1. Kardiotokoqrafiya müayinəsində dölün kritik vəziyyətini göstərən bal hansıdır? A) 5 bal və ondan aşağı B) 4-6 bal C) 4-5 bal D) 4-bal və ondan aşağı E) 5-6 bal 2. Zorakı uşaqlıq boynunun cırılmalarının profilaktikasına aiddir: A) doğuşu cərrahi yolla başa çatdırmalı B) mamalıq maşalarından istifadə etməməli C) vaxtından qabaq gücverməyə icazə verilmir D) uşaqlıq yolunun kolpitini vaxtında müalicə etməli E) uşaqlıq boynunun eroziyasını müalicə etməli 3. Kefalohematomanın əsas əlamətləridir: 1) Ağrılı olur 2) Ağrılı olmur 3) Pulsasiya edir 4) Pulsasiya etmir 5) Böyüməyə meyilli olur A) 2,4, 5 B) 2,3,5 C) 1,3,5 D) 1,2,4 E) 1,4,5 4. Kolporal kesar kəsiyinin üstünlüyünə aiddir: A) kosmetik cəhətdən effektlidir B) əməliyyat zamanı qan itkisi az olur C) uşaqlıq əzələləri az zədələnir D) qarin boşluğun giriş asan olur E) əməliyyatdan sonrakı dövr fəsadsız keçir 5. Amniotomiya: A) arxa bitişmənin tamlığının pozulmasıdır
B) su kisəsinin tamlığının pozulmasıdır C) uşaqlıq yolunun tamlığının pozulmasıdır D) xorinun tamlığının pozulmasıdır E) aralığın tamlığının pozulmasıdır 6. Boru hamiləliyinin rastgəlmə tezliyi: A) 67-78% B) 23-34% C) 11-15% D) 5-6% E) 96,5-98,5% 7. Epidural anesteziyanın ağırlaşmasına aid deyil: A) arterial təzyiqin enməsi B) baş ağrısı C) tremor D) ayaqlarda ağırlıq,keyləşmə hissi E) arterial təzyiqin qalxması 8. Mamalıq travmatizminə görə yüksək risk qrupuna aid olan qadınlar: 1) Hamiləlik zamanı simfizopatiyası olan 2) Ekstragenital patologiyası olan 3) Anamnezində ölü döl olan 4) Çanağı anatomik dar olan 5) Genital infantilizmi olan A) 1,3,4 B) 1,2,3 C) 2,3,5 D) 2,4,5 E) 1,4,5 9. 30 yaşlı müntəzəm aybaşı sikli olan qadın aybaşının 9 həftə gecikməsi, uşaqlıq yolundan az qanlı ifrazat şikayəti ilə qadın məsləhətxanasına müraciət etmişdir. USM-də uşaqlıq boşluğunda 11 həftəlik hamiləlik ölçüsündə döl yumurtası aşkar edilir. Döl yumurtasının arxasında 14x15 mm ölçüdə hematoma aşkar olunur.
Usaqlıq yolu müayinəsində usaqlığın ölçüsü hamiləlik müddətinə uyğun gəlir, usaqlıq boynunun xarici dəliyi barmağın ucunu buraxır. Ehtimal olunan diaqnoz: A) düşük təhlükəsi B) ektopik hamiləlik C) baş tutmamış hamiləlik D) tam abort E) başlanmış düşük 10. Cift gəlişi zamanı stasionarda aparılan müayinənin ardıcıllığı: 1) Qanitirmə dərəcəsinin qiymətləndirilməsi 2) Dölün ürək döyüntülərinə qulaq asılması 3) Uşaqlıq boynuna güzgülər vasitəsilə baxış 4) Uşaqlıq yolu müayinəsi (əməliyyat otağı tam hazır şəkildə) 5) Anamnezin toplanması A) 3,2,4,1,5 B) 2,3,4,1,5 C) 5,2,4,3,1 D) 5,1,2,3,4 E) 1,2,3,4,5 11. Hamilənin kəskin piy hepatozunda həkimin taktikası: A) amniotomiya ilə doğum fəaliyyətinin yaradılması B) planlı qaydada kesar kəsiyi əməliyyatı aparmalı C) təbii doğuş yollarından doğuşun aparılması D) təcili kesar kəsiyi əməliyyatı aparmalı E) hepatoprotektorlardan istifadə etmək 12. Kiçik çanağın aparıcı oxu birləşdirir: A) sirkə kasasının ən uzaq nöqtələrini B) kiçik çanaq müstəvilərinin düz ölçülərinin ortasını C) adsız xəttin ən uzaq nöqtələrini D) otaraq qabarlarının daxili səthlərinin ən uzaq nöqtələrini E) oturaq tinlərinin daxili səthlərini 13. Yetişmiş yumurta hüceyrənin mayalanması baş verir:
A) borunun ampulyar hissəsində B) borunun istmik hissəsində C) borunun intramural hissəsində D) uşaqlığın dibində E) uşaqlığın aşağı seqmentində 14. Dölün xroniki hipoksiyasının səbəbi: A) göbək ciyəsinin sıxılması B) Küveller uşaqlığı C) uşaqlığın natamam cırılması D) uzun müddət hamiləliyin pozulma təhlükəsi olduqda E) ciftin vaxtından qabaq ayrılması 15. Uşaqlıqdaxili kontraseptivlərdən uzun müddət istifadə ektopik hamiləliyin yaranmasına səbəb ola bilər, çünki: A) qalxan infeksiya nəticəsində boru keçiriciliyi pozulur B) uşaqlıqda kalsinatlar yaranır C) usaqlıqda sinexiyalar yaranır D) usaqlıqda qan dövranı pozulur E) uşaqlığın perforasiyası baş verir 16. Böyük əmgəkdə neçə tikiş birləşir? A) 3 B) 2 C) 1 D) 4 E) 5 17. Dyuşen-Erb iflici nədir? A) periferik sinir sisteminin zədələnməsi B) kəllədaxili doğuş travması C) ciyin kələfinin iflici D) körpücük sümüyünün sınığı E) boyun kələfinin iflici
18. 27 yaşlı müntəzəm aybaşı sikli olan qadın aybaşının 8 həftə ləngiməsi, qarnın aşağı hissəsində ağrılar, az-az qanlı ifrazatla qadın məsləhətxanasına müraciət etmişdir. Qanda β-xq 500 BV/l, USM-də uşaqlıqda 4 həftəlik hamiləlik ölçüsündə döl yumurtası təyin edilir. Ehtimal edilən diaqnoz: A) tam düşük B) ektopik hamiləlik C) sarı cismin sisti D) natamam düşük E) baş tutmamış düşük 19. Baş tutmamış düşük zamanı həkimin taktikası: A) uşaqlığın uşaqlıq yoluüstü amputasiyası B) uşaqlığın ekstirpasiyası C) uterorotonik preparatların təyini ilə dölün xaric edilməsi D) uşaqlıq boşluğunun qaşınması ilə döl yumurtasının xaric edilməsi E) hestagen preparatların təyini ilə hamiləliyin uzadılması 20. Uşaqlıq boynunun III dərəcəli cırılmalarına aiddir: A) cırıq 1 tərəfli olmaqla 2 sm-dən artıq olmur B) cırıq 1 və ya 2 tərəfli olmaqla 2 sm-dən artıq olur C) cırıq uşaqlıq yolu tağına çatmır D) cırıq uşaqlıq yolu tağını keçmir E) cırıq uşaqlıq yolu tağına çatır və onu keçir 21. Natamam uşaqlıq cırılması zamanı həkimin taktikası: A) təcili cərrahi əməliyyata götürməli B) qan kəsicilərdən istifadə etməli C) doğum fəaliyyətini aradan qaldırmalı D) uşaqlığı tamponada etməli E) uterotoniklərdən istifadə etməli 22. 32 yaşlı müntəzəm aybaşı sikli olan qadın aybaşının 8 həftə gecikməsi, uşaqlıq yolundan kifayət qədər qanlı ifrazat şikayəti ilə qadın məsləhətxanasına müraciət etmişdir. USM-də uşaqlığın aşağı seqmenti nahiyyəsində 10 həftəlik hamiləlik ölçüsündə döl yumurtası aşkar edilir. Dölün ürək döyüntüsü təyin olunmur. Usaqlıq yolu müayinəsində usaqlığın ölçüsü hamiləlik müddətinə uyğun gəlmir, usaqlıq
boynu kanalı qısalıb, xarici dəlik açıqdır və döl yumurtası elementləri təyin edilir. Ehtimal olunan diaqnoz: A) baş tutmamış hamiləlik B) düşük təhlükəsi C) ektopik hamiləlik D) hazır abort E) tam düşük 23. Normal yerləşmiş ciftin vaxtından əvvəl qopması və qanitirmə >500 ml olduqda doğuşun başa çatdırılması taktikası: A) oksitosinlə doğuşun stimulyasiyası B) kesar kəsiyi əməliyyatı C) prostaqlandinlərlə doğuşun stimulyasiyası D) spazmolitik və hemostatik terapiya E) metilerqometrinin damcı üsulu ilə venaya yeridilməsi 24. Boru abortunun əsas simptomuna aid deyil: A) qıcolma tutmasının olması B) uşaqlıq yolundan qanlı ifrazat C) aybaşının gecikməsi D) qarında ağrılar E) hamiləlik testinin müsbət olması 25. Hansı əməliyyatlardan sonra ektopik hamiləlik müşahidə olunmur? A) fimbrioplastikadan sonra B) neosalpinqostomiyadan sonra C) bağırsağın rezeksiyasından sonra D) endometriumun diaqnostik qaşınmasından sonra E) salpinqoovariolizisdən sonra 26. Spontan düşükdə müşahidə olunan əlamətlərə aid deyil: A) uşaqlıq boynunun açıq olması B) uşaqlığın ölçüsünün güman olunan hamiləlik müddətinə uyğun gəlməsi C) daxili qanaxmanın olması D) qarnın aşağı hissəsində tutmaşəkilli ağrıların olması
E) anemiyanın dərəcəsinin itirilən qanın miqdarına adekvat olması 27. 26 yaşlı müntəzəm aybaşı sikli olan qadın aybaşının 6 həftə ləngiməsi, qarnın aşağı hissəsində ağrılarla qadın məsləhətxanasına müraciət etmişdir. Qanda β-xq 2500 BV/l, USM-də uşaqlıqda döl yumurtası təyin edilmir. Ehtimal edilən diaqnoz: A) natamam düşük B) ektopik hamiləlik C) sarı cismin sisti D) aybaşı funksiyasının pozulması E) tam düşük 28. Yan cift gəlişində: A) cift aşağı seqmentdə yerləşib, uşaqlıq boynunun daxili dəliyini tam örtür B) daxili dəlik nahiyyəsində döl qişalarının və ciftin ancaq kənarı əllənir C) daxili dəlik nahiyyəsində həm döl qişaları, həm də cift paycıqları əllənir D) ciftin uşaqlığın yuxarı seqmentinin arxa divarında yerləşir E) ciftin uşaqlığın yuxarı seqmentinin ön divarında yerləşir 29. Uşaqlığın rudimentar buynuzunda olan hamiləlik zamanı icra edilən cərrahi əməliyyat: A) uşaqlığın artımlarla ekstirpasiyası B) uşaqlığın artımlarsız ekstirpasiyası C) rudimentar buynuzun xaric edilməsi D) usaqlığın uşaqlıqyoluüstü amputasiyası E) rudimentar buynuzun ona bitişik boru ilə birlikdə xaric edilməsi 30. Ağır asfiksiya ilə doğulmuş yenidoğulmuşun doğulduqdan sonrakı 1-ci dəqiqədə Apqar şkalası ilə aldığı qiymət hansıdır? A) 4-5 bal B) 0-3 bal C) 6-7 bal D) 5-6- bal E) 7-8 bal 31. Uşaqlıq boynu hamiləliyinin yaranma səbəblərinə aid deyil: A) əvvəlki doğuşlarda ağırlaşmaların olması
B) zahılıq dövründə ağırlaşmaların olması C) yumurtalıqda şişəbənzər törəmənin olması D) çoxsaylı abortların olması E) uşaqlıqda miomanın olması 32. Epidural anesteziya doğuşun hansı dövründə aparılmalıdır? A) qovulma dövründə B) preliminar dövrdə C) latent fazada D) uşaqlıq boynunun açıqlığı 2 sm olduqda E) aktiv fazada 33. Döl yumurtası uşaqlıq boğazı nahiyyəsində yerləşərsə, hamiləılik əsasən hansı müddətə qədər inkişaf edə bilər? A) 38-39-cu həftəyə qədər B) 16-24 həftəyə qədər C) 34-35-ci həftəyə qədər D) 2-3-cü həftəyə qədər E) 3-5-ci həftəyə qədər 34. Çanağın meyllik bucağı: A) 60-70 º B) 25-35 º C) 30-35 º D) 45-50 º E) 20-30 º 35. Üz gəlişində doğuşun biomexanizminin birinci momentində baş verir: A) başın maksimal bükülməsi B) başın daxili fırlanması C) çiyinlərin daxildə, başın xaricdə fırlanması D) başın bükülməsi E) başın maksimal açılması 36. Uşaqlıq boynu hamiləliyi diaqnozu qoyulan kimi nə üçün dərhal cərrahi əməliyyata başlamaq lazımdır? A) usaqlıq boynunun iltihablaşması baş verə bilər
B) xorionepitelioma yarana bilər C) ağciyər arteriyasının tromboemboliyası baş verə bilər D) gec başlamış əməliyyat profuz qanaxmaya səbəb ola bilər E) usaqlığın cırılması baş verə bilər 37. Mərkəzi cift gəlişində: A) daxili dəlik nahiyyəsində həm döl qişaları, həm də cift paycıqları əllənir B) ciftin uşaqlığın yuxarı seqmentinin arxa divarında yerləşir C) daxili dəlik nahiyyəsində döl qişalarının və ciftin ancaq kənarı əllənir D) ciftin uşaqlığın yuxarı seqmentinin ön divarında yerləşir E) cift aşağı seqmentdə yerləşib, uşaqlıq boynunun daxili dəliyini tam örtür 38. Aralığın III dərəcəli cırılması zamanı zədələnmir: A) uşaqlıq boynu B) uşaqlıq yolu C) aralığın dərisi D) düz bağırsağın dərisi E) düz bağırsağın sfinkteri 39. Uşaqlığın cırılma təhlükəsi zamanı doğuşun başa çatdırılma taktikası: A) planlı kesar kəsiyi əməliyyatı B) doğuşu təbii doğuş yollarından başa çatdırmalı C) təcili kesar kəsiyi əməliyyatı D) doğuşu maşa qoymaqla başa çatdırmalı E) dölparçalayıcı əməliyyat 40. Cift gəlişinə səbəb ola biləcək amillərə aid deyil: A) zahılıq dövründə septiki xəstəliklərin olması B) anamnezdə çoxsaylı abortların olması C) genital infantilizmin olması D) istmiko-servikal çatışmazlığın olması E) anamnezdə hipertenziv vəziyyətlərin olması 41. Arxa asinklitizm zamanı: A) oxabənzər tikiş çanaq çıxacağının düz ölçüsündə yerləşir B) oxabənzər tikiş qasıq birləşməsi və oma burnuna münasibətdə eyni məsafədədir
C) oxabənzər tikiş qasıq birləşməsinə yaxın yerləşir D) oxabənzər tikiş çanaq çıxacağının köndələn ölçüsündə yerləşir E) oxabənzər tikiş oma burnuna yaxın yerləşir 42. Cift gəlişi zamanı hamiləlik və doğuş fəsadlarına aid deyil: A) doğum fəaliyyətinin zəifliyi B) erkən zahılıq dövründə hipotonik qanaxmalar C) hamiləliyin vaxtından qabaq pozulması D) dölün köndələn və çəp vəziyyətinin yaranması E) hamiləlikdə hipertenziv vəziyyətlərin yaranması 43. Ekstrakorporal mayalanmada istifadə olunan yüksək dozada hestagen preparatlar nə üçün ektopik hamiləliyə səbəb ola bilər? A) boruda qan dövranını artıraraq döl yümürtasının inkişafı üçün əlverişli şərait yaradır B) borularda divertikul yaradaraq döl yumurtasının oraya düşməsinə səbəb olur C) usaqlıq borularının peristaltikasını azaldaraq döl yumurtasını boruda ləngidir D) uşaqlıq borularında bitişmə prosesinin yaranmasına səbəb olur E) döl yumurtasını boruda inkişafdan saxlayır 44. Cift gəlişi diaqnozunu qoymaq üçün ən çox informativ üsul: A) rentgen müayinə B) ultrasəs müayinə C) amnioskopiya D) amniosentez E) kompyuter tomoqrafiya 45. Kardiotokoqrafiya müayinəsində dölün normal vəziyyətini göstərən bal hansıdır? A) 6-7 bal B) 5-10 bal C) 6-10 bal D) 9-10 bal E) 8-10 bal 46. Yetişmiş yenidoğulmuşlarda embrional axacaqların bağlanma müddətini 2-3 həftəyə qədər ləngiməsinin səbəbi: A) dölün bətndaxili inkişaf ləngiməsi
B) döldə xromosom anomaliyalarının olması C) iri döl D) vaxtı ötmüş hamiləlikdən doğulma E) dölün hipoksiyası və yenidoğulmuşun asfiksiyası 47. Qadın hamiləliyin 38 həftəsində uşaqlıq yolundan az-az qanlı ifrazatla doğum evinə müraciət etmişdir. Dölün ürək döyüntüsü 1 dəqiqədə 140 vurğu, ritmikdir. Daxili müayinədə uşaqlıq boynunun açıqlığı 5 sm-dir, döl qişaları və ciftin paycıqları əllənir. Həkimin taktikası: A) təcili kesar kəsiyi əməliyyatı etməli B) hemostatik müalicə təyin etməli C) doğuş fəaliyyətini oksitosinlə stimulyasiya etməli D) su kisəsini yırtmalı, qanaxma dayanarsa doğuşu təbii doğuş yollarından aparmalı E) uterolitik preparatlar təyin etməklə hamiləliyi başa çatdırmalı 48. Kesar əməliyyatına döl tərəfdən mütləq göstərişdir: A) dölün köndələn vəziyyəti B) ön baş gəlişi C) çanaq gəlişi D) üz gəlişi E) çoxdöllü hamiləlik 49. Uşaqlıq-cift apopleksiyası zamanı doğuş yollarının doğuşa hazır olmaması aşkar edilərsə, həkimin taktikası: A) təcili kesar kəsiyi əməliyyatı aparmalı B) hemostatik müalicə təyin etməli C) cift qan dövranını yaxşılaşdırmaq üçün damargenəldicilər təyin etməli D) uterotonik müalicə təyin etməli E) doğuşu təbii doğuş yollarından aparmalı 50. Yenidoğulmuşun vəziyyətinin Apqar şkalası ilə qiymətləndirilməsi hansı əlamətlərə görə aparılır? 1) Yenidoğulmuşun dərisinin rəngi 2) Bədən çəkisi 3) Yenidoğulmuşun tənəffüsü
4) Bədənin hərarəti 5) Ürək döyüntüsü A) 1,3,5 B) 1,2,5 C) 2,4,5 D) 1,4,5 E) 2,3,5 51. Mərkəzi cift gəlişində icra olunur: A) uşaqlığın amputasiyası B) kesar kəsiyi əməliyyatı C) doğuşun oksitosinlə stimulyasiyası D) doğuşun enzaprostla stimulyasiyası E) uşaqlığın ekstirpasiyası 52. Hansı halda Vasten əlaməti müsbət olur? A) dölün başı simfiz üzərində hərəkətli olduqda B) dölün başı çanaq boşluğunda olduqda C) dölün başı simfizdən aşağı olduqda D) dölün başı simfizlə eyni səviyyədə olduqda E) dölün başı simfizdən yuxarı olduqda 53. Doğuşdan sonra hərarəti yüksəlmiş, dərisində irinli iltihabi prosesi olan zahılar hansı şöbəyə yerləşdirilməlidirlər? A) hamilələrin patologiya şöbəsinə B) reanimasiya şöbəsinə C) I doğuş şöbəsinə D) II doşuş şöbəsinə E) əməliyyat otağına 54. Boru hamiləliyində aşaqlıq borusunun cırılması zamanı vaginal-abdominal müayinədə aşkar olunur: 1) Üzən uşaqlıq simptomu 2) Duqlasın qışqırığı 3) Uşaqlığın ön divarında bərk, hərəkətli törəmənin olması
4) Uşaqlıq boynunun traksiyası zamanı ağrının olması 5) Uşaqlığın yan tərəfində elastik konsistensiyalı ağrısız törəmənin olması A) 1,2,3 B) 2,3,5 C) 3,4,5 D) 1,2,4 E) 2,4,5 55. Boru hamiləliyində uşaqlıq borusunun cırılması zamanı yaranan simptomlara aid deyil: A) ağrı sindromu B) Duqlasın qışqırığı C) peritonun qıcıqlanma simptomu D) hemorrаgik şok E) uşaqlıq yolundan irinli ifrazatın gəlməsi 56. Boru hamiləliyində uşaqlıq borusunun cırılması zamanı yaranan simptomlara aid deyil: A) arterial təzyiqin yüksəlmasi B) ağrı sindromunun qəflətən başlaması C) huşun qəflətən itməsi D) peritonun qıcıqlanma simptomu E) ürəkbulanma, qusma 57. Kesar kəsiyi əməliyyatının ən çox yayılmış üsulu: A) eksperitoneal kesar kəsiyi əməliyyatı B) uşaqlığın aşağı seqmentində köndələn kəsiklə icra olunan kesar kəsiyi əməliyyatı C) usaqlıq yolu kesar kəsiyi əməliyyatı D) kiçik kesar kəsiyi əməliyyatı E) korporal kesar kəsiyi əməliyyatı 58. Kardiotokoqrafiyada dölün hipoksiyasının əlamətidir: A) akselerasiyaların 2-dən artıq olması B) bazal ritmin 1 dəqiqədə 120-160 vurğu həddində olması C) ritmin monoton olması
D) bazal ritm dəyişkənliyinin 1 dəqiqədə 5-25 vurğu olması E) deselerasiyaların olmaması 59. Vaxtı ötmüş hamiləlik zamanı doğuşun kesar əməliyyatı ilə başa çatdırılması üçün göstərişlərə aiddir: 1) Döl başı ilə çanaq arasındakı uyğunsuzluq 2) Dölyanı mayenin erkən axması 3) Doğuş zamanı dölün hipoksiyası 4) Ananın somatik xəstəlikləri 5) Doğum fəaliyyətinin anomaliyaları A) 2,4,5 B) 1,3,4 C) 2,3,4 D) 1,2,5 E) 1,3,5 60. Xroniki cift çatışmazlığı müsahidə olunur: A) ciftin geniş infarktlarında B) eklampsiyada C) vaxtı ötmüş hamiləlikdə D) uşaqlığın cırılmasında E) ciftin vaxtından qabaq qopmasında 61. Ciftin hissəvi sıx birləşməsi üçün xarakterikdir: A) uşaqlıq yollarından az miqdarda qanlı ifrazatın olması B) cinsiyyət yollarından qanlı ifrazatın olmaması C) xaric olan qanın duru. laxtasız olması D) ciftin ayrılma əlamətləri olmadan cinsiyyət yollarından qanaxma E) ciftin ayrılma əlamətlərinin olması 62. Hamiləlik zamanı cift çatışmazlığının diaqnostikasında istifadə olunmur: A) qanda termostabil qələvi fosfatazanın səviyyəsinin təyini B) fetoplasentar sistemin hormonların səviyyəsinin təyini C) uşaqlıq yolu müayinəsi D) uşaqlıq-cift qan dövranının doplerometrik müayinəsi E) ultrasəs müayinə
63. Arxa ənsə gəlişində doğuşun biomexanizminin üçüncü momentində baş verir: A) gövdənin daxildə, başın xaricdə fırlanması B) başın maksimal açılması C) başın bükülməsi D) başın daxili fırlanması E) başın maksimal bükülməsi 64. Hamilə qadınların qan zərdabında alfafetoproteinin qatılığının artması nəyə işarə edir? A) dölün antenatal tələfinə B) döldə trisomiyaların olmasına C) iri dölə D) trofoblastik xəstəliyə E) sinir borusunun inkişaf qüsurlarına 65. Hamiləlik vaxtı baş vermiş eklampsiyada doğuş yolları doğuşa hazır olmazsa həkimin taktikası: A) doğuşu təbii doğuş yollarından idarə etmək B) dölün vakuum ekstraksiyasını tətbiq etmək C) ağrısızlaşdırma altında mamalıq maşalarından istifadə etmək D) dölün bətndaxili hipoksiyasının müalicəsini aparmaq E) təcili qaydada kesar kəsiyi əməliyyatını aparmaq 66. Cift gəlişinin əsas klinik simptomlarıdır: 1) Ağrı sindromu 2) Cinsiyyət yollarından qanlı ifrazat 3) Dölün kəskin hipoksiyası 4) Hemorragik sindrom 5) Arterial hipotoniya A) 1,2,3 B) 3,4,5 C) 2,3,4 D) 2,4,5 E) 1,3,4
67. 22 yaşlı ilk doğan qadında hamiləliyin 36-37-ci həftəsində eklampsiya tutması baş vermişdir. Arterial təzyiq 180/110 mm c. st. Həkimin taktikası: A) prostaqlandinlərlə doğum fəaliyyətini yaratmalı B) doğum fəaliyyətini yaratmalı, doğuşu mamalıq maşalarının tətbiqi ilə başa çatdırmalı C) təcili qaydada kesar kəsiyi əməliyyatını icra etməli D) eklampsiyanın müalicəsinə başlamalı, effekt olmadıqda kesar kəsiyi əməliyyatını aparmalı E) medikamentoz yuxu təyin etmək 68. Kəllədaxili doguş travmasinin kəskin dövrünə aid deyil: A) yuxululuq B) taxikardiya C) narahat çigirti D) qicolma E) tezləşmiş tənəffüs 69. Preliminar dövrdə kesar kəsiyi əməliyyatına göstəriş deyil: A) çanaq gəlişində çəkisi 3500,0 q-dan artıq olan döl B) vaxtı ötmüş hamiləlik C) yetişmiş hamiləlik D) III-IV dərəcəli dar çanaqlar E) dölün bətndaxili hipoksiyası 70. Uşaqlıq yolunun hematomalarının konservativ müalicəsində istifadə olunmur: A) disinon B) qlukoza C) vikasol D) kalsium-xlorid E) etamzilat 71. Ilk doğan 31 yaşlı qadın 41-42 həftəlik hamiləlik. Baş gəlişi. Doğuşun I dövrü d- zu ilə doğum şöbəsinə daxil olmuşdur. Daxil olan zaman dölün ürəkdöyünməsi aydın, ritmiki olub 1 dəq. 160 vurğudur. Daxili müayinədə: uşaqlıq boynunun açıqlığı -7-8 sm, su kisəsi yoxdur. Gələcək hissə başdır, baş çanaq girəcəyi üzərində hərəkətlidir. Uşaqlıq yolu ifrazatı mekonium qarışıq dölyanı mayedir. Doğuşun aparılma taktikası:
A) doğuşu təcili kesar kəsiyi ilə başa çatdırmalı B) doğuşu təbii doğuş yollarından başa çatdırmalı C) doğuşu oksitosinlə venadaxili stimulyasiya etməklə başa çatdırmalı D) doğuşu maşa qoymaqla başa çatdırmalı E) doğuşu planlı kesar kəsiyi ilə başa çatdırmalı 72. Doğuşdan sonrakı dövrdə əsas ağırlaşma və xəstəliklərə aid deyil: A) amenoreya B) eklampsiya C) qanaxma D) infeksiya E) sidik çıxarıcı yolların xəstəlikləri 73. Natamam cift gəlişində doğuşun təcili kesar kəsiyi əməliyyatı ilə başa çatdırılma taktikasının seçilməsi asılıdır: A) qadının yaşından B) qanitkisinin miqdarından C) dölün gəlişindən D) dölün vəziyyətindən E) uşaqlıq boynunun yetişkənlik dərəcəsindən 74. Normal yerləşmiş ciftin vaxtından əvvəl qopmasına ən çox səbəb olur: A) hamiləlik zamanı hipertenziv vəziyyətləri B) hamiləliyin qusması C) qanazlığı D) xroniki böyrək xəstəlikləri E) uşaqlığın inkişaf anomaliyaları 75. Verbov nəzəriyyəsinə görə uşaqlığın cırılmasına nə səbəb olur? A) uşaqlıq toxumasının patoloji dəyişikliyə uğraması B) dölün təbii doğuş yollarından doğulmasına mexaniki maneənin yaranması C) döl başı ilə ana çanağı arasındakı uyğunsuzluq D) iri döl zamanı uşaqlığın həddən artıq gərilməsi E) çoxsululuq zamanı uşaqlığın həddən artıq gərilməsi 76. Kesar kəsiyi əməliyyatına nisbi göstəriş:
A) III-IV dərəcəli dar çanaq B) uşaqlığın cırılma təhlükəsi C) aralığın III dərəcəli cırılmasının bərpasından sonrakı vəziyyət D) iri və nəhəng döl E) mərkəzi cift gəlişi 77. Dölün çəp vəziyyəti nədir? A) dölün boylama oxu uşaqlığın boylama oxuna düz bucaq altında kəsişir B) dölün boylama oxu uşaqlığın boylama oxu ilə üst-üstə düşür C) dölün boylama oxu uşaqlığın boylama oxu ilə iti bucaq əmələ gətirir D) dölün boylama oxu uşaqlığın boylama oxu ilə kor bucaq əmələ gətirir E) dölün boylama oxu uşaqlığın boylama oxu ilə çarpazlaşır 78. Epiziotomiya icra olunur: A) aralıq əzələsinin cırılma təhlükəsində B) rektosele və sistosele zamanı C) təkrar doğan qadınlarda D) paritetdən asılı olmayaraq bütün qadınlarda E) ilk doğan qadınlarda 79. Boru hamiləliyinin yaranma səbəbi deyil: A) kiçik çanaqda aparılan cərrəhi əməliyyatlar B) kombinəolunmuş oral kontraseptivlərdən istifadə C) qadın cinsiyyət orqanlarının iltihabi xəstəlikləri D) xarici genital endometrioz E) ekstrakorporal mayalanmada hestagenlərin istifadəsi 80. İrinli-iltihabi xəstəlik zamanı yenidoğulmuşun doğum evindən uşaq xəstəxanasına köçürülməsi icra olunur: A) diaqnoz qoyulan gün B) uçaq xəstəxanasının həkimi ilə konsultasiyadan sonra C) sağalmadan sonra reabilitasiya üçün D) ananın doğum evindən çıxması zamanı E) xəstəliyin kəskin simptomlarının sakitləşməsi zamanı 81. Boru abortu diferensasiya olunmur:
A) hamiləliyin erkən müddətlərdə pozulması ilə B) yumurtalığın apopleksiyası ilə C) artımların kəskin iltihabı ilə D) yumurtalığın follikulyar sisti ilə E) yumurtalıq şişinin öz ayaqcığı ətrafında burulması ilə 82. Biofiziki profil hansı göstəricilərdən ibarətdir? A) qeyri-stress test və kontraktil stress test B) qeyri-stress test və 4 ultrasəs müayinə göstəricisi C) kontraktil stress test və 4 ultrasəs müayinə göstəricisi D) 4 ultrasəs müayinə göstəricisi E) kontraktil stress test 83. Mamalıqda septiki şokun yaranmasının əsas səbəbi deyil: A) mastit B) pielonefrit C) endometrit D) aralığın I dərəcəli cırıqları E) peritonit 84. Körpücük sümüyünun sınığına diaqnoz qoyulur: 1) Sınıq nahiyyəsində krepitasiyanın olması 2) Sınıq nahiyyəsində hematomanın olması 3) Əlin hərəkətinin məhdudlaşması 4) Sınıq nahiyyəsində qığırdaq döyənək əmələ gəlməsi 5) Çiyinin bir qədər aşağı sallanması A) 2,3,4 B) 1,3,5 C) 2,3,5 D) 2,4,5 E) 1,3,4 85. Boru hamiləliyinin diaqnostikasında çətinlik yaranarsa, diferensasiya üçün ən informativ üsul hesab olunur: A) uşaqlıq yolunun arxa tağının punksiyası
B) laparoskopiya C) dinamikada qanda xorionik qonadotropinin təyini D) transvaginal exoqrafiya E) histerosalpinqoqrafiya 86. Kolporal kesar kəsiyinin ağırlaşmalarına aiddir: 1) Döl üçün aspirasiya təhlükəsi artır 2) Bağırsaq keçməməzliyi ehtimalı artır 3) Əməliyyatdan sonra bitişmələr çox olur 4) Sidik kisəsinin zədələnmə ehtimalı artır 5) Əməliyyatdan sonra dismenoreya inkişaf edir A) 2,4,5 B) 1,3,4 C) 1,2,5 D) 1,3,5 E) 2,3,4 87. Kesar kəsiyi əməliyyatı zamanı irinli septiki fəsadlaşmaların risk amillərinə aid deyil: A) bakterial vaginoz B) sidik ifrazat sisteminin infeksiyaları C) əməliyyat zamanı çoxlu qan itirmə D) əməliyyatın uşaqlığın aşağı seqmentində icra edilməsi E) döl qişasının vaxtından qabaq yırtılması 88. Ciftin tam həqiqi bitişməsi üçün xarakterikdir: A) döl doğulduqdan 4-5 dəq sonra usaqlıq yolundan qanaxmanın başlaması B) cinsiyyət yollarından qanlı ifrazatın və ciftin ayrılma əlamətlərinin olmaması C) xaric olan qanın duru, laxtasız olması D) döl doğulduqdan dərhal sonra cinsiyyət yollarından qanaxmanın başlaması E) ciftin ayrılna əlamətləri olmadan uşaqlıq yolundan qanlı ifrazatın olması 89. Hemorragik şokun yaranma səbələrinə aiddir: 1) Cift gəlişi və normal yerləşmiş ciftin vaxtından əvvəl qopması 2) Hamiləlikdə hipertenziv vəziyyətlər
3) Ciftin bitişmə anomaliyaları 4) Dölyanı maye ilə emboliya 5) Ananın ekstragenital xəstəlikləri A) 1,3,4 B) 1,2,3 C) 1,4,5 D) 3,4,5 E) 2,3,4 90. Zahılıq dövründə ən çox yaranan irinli septiki ağırlaşma: A) mastit B) yara infeksiyası C) endometrit D) pielonefrit E) tromboflebit 91. Anatomik dar çanağın tez-tez rast gəlinən formalarına aid deyil: A) adi yastı çanaq B) ümumi bərabər daralmış çanaq C) çəpinə əyilmiş, çəpinə daralmış çanaq D) yastı raxitik çanaq E) kömdələn daralmış çanaq 92. Dölün bətndaxili inkişaf ləngiməsinin assimetrik formasında dölün biometrik göstəricilərindən hansı başqalarından böyük olur? A) qarının çevrəsi B) bud sümüyünün uzunluğu C) başın çevrəsi D) timus vəzinin ölçüsü E) qaraciyərin ölçüsü 93. Apqar şkalasına görə 6-7 balla doğulmuş yenidoğulmuşun reanimasion tədbirlərinə aid deyil: A) ağciyərlərin süni ventilyasiyasının aparılması B) istiliyin təmin olunması
C) nəmlənmiş oksigen verilməsi D) göbək ciyəsi venasına qlükoza və kokarboksilazа məhlullarının yeridilməsi E) möhtəviyyatin burun, ağız və mədədən sorulması 94. Başın açılış gəlişlərində doğuş biomexanizminin II momentində döl başı hansı hərəkəti icra edir? A) başın açılması B) başın maksimal bükülməsi C) başın əlavə bükülməsi D) başın daxili fırlanması E) başın xaricdə, gövdənin daxildə fırlanması 95. Kiçik əmgəkdə neçə tikiş birləşir? A) 5 B) 4 C) 3 D) 1 E) 2 96. Alın gəlişində hamiləlik və doğuş zamanı baş verən ağırlaşmalara aid deyil: A) klinik dar çanağın formalaşması B) hipertenziv vəziyyətlərin yaranması C) ana və dölün travmatizasiyası D) uşaqlığın cırılma təhlükəsinin formalaşması E) dölyanı mayenin vaxtsız axması 97. Uşaqlıq cırılması təsnif olunmur: A) patogenezinə görə B) lokalizasiyasına görə C) qan itkisinə görə D) cırığın xarakterinə görə E) baş vermə müddətinə görə 98. Cift gəlişləri üçün xarakterik simptom deyil: A) uşaqlıq yolundan qanaxma B) hamiləliyin III üçaylığının əvvəlində qanaxma
C) qanaxma ağrısız olur D) usaqlığın tonusunun artması E) uşaqlığın aşağı seqmentinin nazikləşməsi 99. Uşaqlığın aşağı seqmentində köndələn kəsiklə icra olunan kesar kəsiyi əməliyyatının üstünlükləri: 1) Kəsiyin əzələ liflərinə paralel aparılması travmaları azaldır 2) Peritonizasiya hermetik olduğundan əməliyyatdan sonra bitişmələr yaranmır 3) Əməliyyatdan sonra hipotonik qanaxmalar tez-tez müşahidə olunur 4) Qarın boşluğunun infeksiyalaşması ehtimalı azdır 5) Yara səthinə dölün istənilən hissəsi çıxarıla bilər A) 1,2,4 B) 1,2,3 C) 2,3,4 D) 3,4,5 E) 1,4,5 100. Uşaqlığın cırılması üçün yüksək risk qrupunu təşkil edir: 1) Uşaqlıqda çapıq 2) İlk gec doğanlar 3) Çox doğan qadınlar 4) Dar çanaqlar 5) Çanaq gəlişləri A) 1, 3, 4 B) 2,4,5 C) 1,3,5 D) 1,2,5 E) 1,4,5 101. Başın açılış gəlişlərinin rastgəlmə tezliyi: A) 4-5 % B) 1,2 % C) 5-6 % D) 10-15 %
E) 0,5-1 % 102. Uşaqlıqdankənar hamiləlik zamanı endometriumda xarakterik dəyişikliklər: A) vəzili-kistoz hiperplaziya B) atrofiya C) desidual transformasiya D) endometrial polip E) proliferasiya 103. Son dövründə qanaxmaya əsasən səbəb olur: A) uşaqlığın inkişaf anomaliyaları B) uşaqlığın hipotoniyası C) doğum fəaliyyətinin anomaliyaları D) uşaqlıqda çapıq E) ciftin birləşmə anomaliyaları 104. Normal yerləşmiş ciftin vaxtından əvvəl qopmasının əsas klinik simptomlarıdır: 1) Ağrı sindromu 2) Hemorragik sindrom 3) Qum saatına bənzər uşaqlıq 4) Sidiyin qanlı olması 5) Dölün kəskin hipoksiyası A) 1,2,5 B) 2,3,4 C) 3,4,5 D) 1,2,3 E) 1,3,4 105. Yenidoğulmuşun krаnioserebral hipotermiyasına göstəriş deyil: A) beyindaxili qansızmalar B) keflohematoma C) nevrоloji simptomatikanın artması. D) ağır asfiksiya E) doğum sisi 106. Alın gəlişində doğuşun biomexanizminin ikinci momentində baş verir:
A) başın daxili fırlanması B) başın maksimal bükülməsi C) çiyinlərin daxildə, başın xaricdə fırlanması D) başın bükülməsi E) başın maksimal açılması 107. Kənari cift gəlişində: A) cift aşağı seqmentdə yerləşib, uşaqlıq boynunun daxili dəliyini tam örtür B) daxili dəlik nahiyyəsində həm döl qişaları, həm də cift paycıqları əllənir C) ciftin uşaqlığın yuxarı seqmentinin arxa divarında yerləşir D) daxili dəlik nahiyyəsində döl qişalarının və ciftin ancaq kənarı əllənir E) ciftin uşaqlığın yuxarı seqmentinin ön divarında yerləşir 108. Ümumi bərabər daralmış çanaq üçün səciyyəvidir: A) çanaq çıxacağının düz ölçüsünün kiçilməsi B) çanaq girəcəyinin düz ölçüsünün kiçilməsi C) çanağın bütün düz ölçülərinin kiçilməsi D) bütün ölçülərin eyni dərəcədə kiçilməsi E) çanağın köndələn ölçüsünün kiçilməsi 109. Özbaşına uşaqlıq cırılmasının səbəblərinə aiddir: 1) Endometrit 2) Mamalıq maşaları 3) Dölparçalayıcı əməliyyatlar 4) Uşaqlıqda çapıq 5) Doğum fəaliyyətinin zəifliyi A) 2,4 B) 3,4 C) 1,5 D) 2,3 E) 1,4 110. Doğusun II dövrünü tezləşdirmək üçün çixacaq maşalarindan istifadə olunub. Yenidogulmuşa baxiş keçirərəkən,onun burun dodaq büküşünün hamarlasmaşi,agiz küncünün sallanmasi aşkar olunub. Səbəb nə ola bilər?
A) üz sinirinin zədələnməsi B) körpücük sümüyunun sinmasi C) beyninə qansizmanin olmasi D) siflitik psevdoiflicin olmasi E) mamaliq iflicinin olmasi 111. Ön baş gəlişində döl doğulur: A) başın düz ölçüsü ilə B) başın vertical ölçüsü ilə C) başın böyük çəp ölçüsü ilə D) başın kiçik çəp ölçüsü ilə E) başın orta çəp ölçüsü ilə 112. 20 yaşlı ilk doğan qadın 38-39 həftəlik hamiləlik. Köndələn vəziyyət. d-zu ilə doğum evinə daxil olmuşdur. Dölün ürəkdöyünməsi aydın, ritmiki, 1 dəq. 142 vurğudur. Dölün təxmini çəkisi 3200,0+200,0. Daxili müayinədə uşaqlıq boynunun açıqlığı 7-8 sm, su kisəsi tamdır, gərgindir, gələcək hissə yoxdur. Həkimin taktikası: A) doğuşu xarici-daxili döndərmə etməklə başa çatdırmalı B) doğuşu dölparçalayıcı əməliyyatla başa çatdırmalı C) doğuşu təcili kesar əməliyyatı ilə başa çatdırmalı D) doğuşu təbii doğuş yollarından başa çatdırmalı E) su kisəsini deşməli və doğuşu təbii doğuş yollarından başa çatdırmalı 113. Kesar kəsiyi əməliyyatına əks göstəriş: A) diri yetkin döl B) xroniki fetoplasentar çatışmazlıq C) dölün diri xaric olunma ehtimalının az olması D) iri və nəhəng döl E) vaxtı ötmüş hamiləlik 114. Üz gəlişində doğuşun biomexanizminin ikiinci momentində baş verir: A) çiyinlərin daxildə, başın xaricdə fırlanması B) başın bükülməsi C) başın daxili fırlanması D) başın maksimal bükülməsi
E) başın maksimal açılması 115. Sağlam yenidoğulmuşlar Apqar şkalası ilə qiymətləndirərkən 1 dəqiqədən sonra hansı qiymətə malik olurlar? A) 4-6 bal B) 7-10 bal C) 4-5 bal D) 3-4 bal E) 6-7 bal 116. Bandl nəzəriyyəsinə görə uşaqlığın cırılmasına nə səbəb olur? A) iri döl zamanı uşaqlığın həddən artıq gərilməsi B) dölün təbii doğuş yollarından doğulmasına mexaniki maneənin yaranması C) çoxsululuq zamanı uşaqlığın həddən artıq gərilməsi D) uşaqlıq toxumasının patoloji dəyişikliyə uğraması E) döl başı ilə ana çanağı arasındakı uyğunsuzluq 117. Klinik dar çanaq diaqnozunun qoyulması üçün daha əhəmiyyətlidir: A) doğum fəaliyyətinin zəif olması B) Vasten əlamətinin mənfi olması C) Sangemeyster əlamətinin mənfi olması D) Vasten əlamətinin müsbət olması E) doğum fəaliyyətinin güclü olması 118. Cift gəlişi zamanı güclü və təkrarlanan qanaxmalarda həkimin taktikası: A) təcili kesar kəsiyi əməliyyatı aparmalı B) uşaqlığın ekstirpasiyası əməliyyatı etməli C) hemostatik müalicə təyin etməli D) hemotransfuziya etməli E) uşaqlığın amputasiyası əməliyyatını etməli 119. Kəskin cift çatışmazlığı müşahidə olunur: A) uşaqlığın cırılmasında B) ana və döl qanı arasında izoseroloji uyğunsuzluqda C) hamiləliyin vaxtından əvvəl pozulma təhlükəsində D) vaxtı ötmüş hamiləlikdə
E) dölün bətndaxili infeksiyalarında 120. Ön baş gəlişində doğuşun biomexanizminin birinci momentində baş verir: A) başın maksimal bükülməsi B) başın mülayim dərəcədə açılması C) başın daxili fırlanması D) çiyinlərin daxildə, başın xaricdə fırlanması E) başın maksimal açılması 121. Hansı halda Vasten əlaməti mənfi olur? A) dölün başı simfizdən yuxarı olduqda B) dölün başı simfizlə eyni səviyyədə olduqda C) dölün başı simfiz üzərində hərəkətli olduqda D) dölün başı simfizdən aşağı olduqda E) dölün başı çanaq boşluğunda olduqda 122. Alın gəlişinin rastgəlmə tezliyi: A) 0,2-0,31 % B) 0,34-0,4 % C) 0,8-1 % D) 0,67-0,78 % E) 0,021-0,026 % 123. Hematomanın əsas diaqnostik əlamətlərinə aid deyil: A) konturların aydın olmaması B) palpasiyada kəskin ağrının olması C) göy bənövşəyi rəngə çalan törəmənin olması D) elastiki konsistensiyalı olması E) konturların aydın olması 124. Dölün bətndaxili inkişaf ləngiməsinin simmetrik forması hansı patologiyada rast gəlinir? A) xroniki hipertenziya zamanı B) preeklampsiyada C) cift gəlişində D) trisomiyalar zamanı
E) hamilənin xroniki böyrək, ürək xəstəlikləri 125. 33 yaşlı qadın növbəti aybaşının 7 həftə ləngiməsi, hamiləliyin əvvəlindən uşaqlıq yolundan vaxtaşırı qanlı ifrazatın gəlməsi və hamiləlik müddəti artdıqca qanaxmanın da artması şikayəti ilə müraciət edib. Qanaxma ağrı ilə müşayiət olunmur. Daxili müayinədə uşaqlıq boynu böyüyüb, yumşaqdır, kürəvari formalıdır, xarici dəlik az-acıq açıqdır, ekssentrik yerləşib. Uşaqlıq boşluğunu qaşıyarkən qanaxmanın güclənməsi və döl yumurtasının xaric olunmasından sonra da dayanmaması aşkar edilir. Ehtimal olunan diaqnoz: A) başlanmış düşük B) hazır abort C) baş tutmamış hamiləlik D) uşaqlıq boynu hamiləliyi E) düşük təhlükəsi 126. Uşaqlıq boynu cırılmalarının yaxın fəsadlarına aiddir: A) hematoma B) eroziya C) ektropion D) qanaxma E) çapıq 127. Uşaqlığın cirilma təhlükəsinin əsas klinik əlamətlərinə aid deyil: A) kontraksion həlqənin göbək səviyyəsinə qədər qalxması B) Dölün ürək döyüntülərinin itməsi C) qanla qarışıq sidik ifrazının olması D) uşaqlığın qum saatına bənzər şəkil alması E) sancıların qıcolma xarakterli olması 128. Kardiotokoqrammada deselerasiyasının olması göstərir: A) dölün infeksiyasını B) dölün hipoksiyasını C) dölün normal vəziyyətini D) döldə onurğa beyni yırtığının olmasını E) dölün ürək qüsurunu. 129. Doğuşu ağrısızlaşdırmanın ən effektiv metodu:
A) narkotik analgetiklər B) inqalyasion anestetiklər C) spazmolitiklər D) trankvilizatorlar E) epidural anesteziya 130. 30 yaşlı təkrar doğan qadın 38-39 həftəlik hamiləlik. Əkizlər. Doğuşun I dövrü d-zu ilə doğum evinə daxil olmuşdur. I döl boylama, gələcək hissə başdır. II döl köndələn, baş sağdadır. Daxili müayinədə uşaqlıq boynunun açıqlığı 7-8 sm, su kisəsi yoxdur, gələcək hissə başdır, baş çanağın boşluğundadır. Həkimin taktikası: A) doğuşu təbii doğuş yollarından başa çatdırmalı B) doğuşu təcili kesar əməliyyatı ilə başa çatdırmalı C) doğuşu planlı kesar əməliyyarı ilə başa çatdırmalı D) doğuşu vaakum ekstrasiya ilə başa çatdırmalı E) doğuşu dölparçalayıcı əməliyyatla başa çatdırmalı 131. Küveler uşaqlığın yaranmasına səbəb olur: 1) Rertroplasentar hamatomanın əmələ gəlməsi 2) Uşaqlıqda çapığın olması 3) Uşaqlığın əzələ qatının qanla infiltrasiyası 4) Uşaqlığın inkişaf anomaliyaları 5) Uşaqlıqda olan iltihabi distrofik dəyişikliklər A) 2,3 B) 4,5 C) 2,5 D) 3,4 E) 1,3 132. Dölün alın gəlişində aparıcı nöqtə: A) çənəaltı nahiyyə B) alın sümükləri C) kiçik əmgək D) dilaltı sümük E) böyük əmgək
133. Doğuşu ağrısızlaşdırmanın medikamentoz metodlarına qoyulan tələblər içərisində hansı yoxdur? A) qadının huşu aydın olmalı və doğuş aktında aktiv iştirak etməlidir B) ana və döl üçün təhlükəsiz olmalıdır C) doğuş fəaliyyətini zəiflətməlidir D) laktasiya və zahılıq dövrünün gedişinə mənfi təsir etməməlidir E) effekti kifayət qədər olmalıdır 134. Mamalıq maşaları nə məqsədlə istifadə olunur? A) sancı zəifliyinin profilaktikası məqsədilə B) doğuş sancılarının ağrılı olmasını azaltmaq məqsədilə C) doğuşun II dövrünü təcili bitirmək məqsədilə D) doğuşun I dövrünü sürətləndirmək məqsədilə E) doğuşu stimulyasiya etmək məqsədilə 135. Aralığın cırılmasının baş vermə səbəblərinə aiddir: 1) Başın açılış gəlişləri 2) Doğum fəaliyyətinin zəifliyi 3) Ildırım sürətli doğuş 4) Dölün qeyri düzgün vəziyyətləri 5) Ciyinlərin ləngiməsi A) 1,4,5 B) 1,2,3 C) 1,3,5 D) 1,3,4 E) 2,4,5 136. Uşaqlığın cırılma təhlükəsinin kliniki şəkli: 1) Uşaqlıq qum saatına bənzər şəkil alır 2) Kontraksion həlqə göbəkdən yuxarı qalxır 3) Kontraksion həlqə göbək səviyyəsində olur 4) Uşaqlığın aşağı seqmenti gərilir 5) Uşaqlığın tonusu kəskin aşağı olur A) 1,4,5
B) 1,3,5 C) 1,3,4 D) 2,4,5 E) 3,4,5 137. Neyroleptanalgeziya üçün istifadə olunan preparat kombinasiyasını seçin A) diprivan və fentanil B) fentanil və natrium-oksibutirat C) fentanil və droperidol D) seduksen və fentanil E) droperidol və klofelin 138. Dölün bətndaxili inkişaf ləngiməsi ilə doğulmuş yenidoğulmuşlarda hansına rast gəlinmir? A) dölyanı mayenin aspirasiyası B) hiperqlikemiya C) mikoniumun aspirasiyası D) asfiksiya E) hipoqlikemiya 139. Erkən dövrdə hamiləliyin süni surətdə pozulması əks göstərişdir: A) kavernoz vərəmdə B) ağır ürək qüsurlarında C) uşaqlıq boynu hamiləliyində D) dölün inkişaf qüsurlarında E) hipertoniyanın III mərhələsində 140. Boru hamiləliyində ən çox icra olunan əməliyyat: A) milkinq B) tubotomiya C) laparoskopik drilinq D) tubektomiya E) borunun rezeksiyası 141. Çəp vəziyyət, II mövqedə dölün başı yerləşir: A) solda və aşağıda B) sagda və yuxarıda
C) sağda D) çanaq girəcəyi üzərində E) uşaqlıq dibində 142. Ön baş gəlişində doğuşun biomexanizminin üçüncü momentində baş verir: A) başın maksimal açılması B) başın maksımal bükülməsi C) başın bükülməsi D) gövdənin daxildə, başın xaricdə fırlanması E) başın daxili fırlanması 143. Dölün kariotipini təyin etmək üçün ən erkən müayinə üsulu aşağıdakılardan hansıdır? A) kordosentez B) kardiotokoqrafiya C) ultrasəs müayinəsi D) xovlu qişa biopsiyası E) amniosentez 144. Uşaqlığın cırılma təhlükəsi zamanı kontraksion həlqə yerləşir: A) göbəkdən aşağıda B) simfizdən yuxarıda C) göbək səviyyəsində D) simfiz səviyyəsində E) göbəkdən yuxarıda 145. Aralığın I dərəcəli cırılması zamanı zədələnir: A) düz bağırsaq sfinkteri B) düz bağırsaq C) uşaqlıq boynu D) uşaqlıq yolu E) arxa bitişmə 146. Mamalıq qanaxmaları zamanı cərrahi əməliyyatın həcmi: A) uşaqlığın artılarla supravaginal amputasiyası B) uşaqlıq damarlarının bağlanması
C) uşaqlığın artımlarsız ekstirpasiyası D) uşaqlıq boynuna tikişlərin qoyulması E) uşaqlığın artımlarla ekstirpasiyası 147. Yenidogulmuşda sepsisin inkişaf etməsinə infeksiya qapisi deyil: A) periferik sinir sistemi B) dəri C) ağciyərlər D) bağirsaq E) göbək yarasi 148. Ciftin həqiqi bitişməsi zamanı xorionun xovları sirayət edir: A) funksional qata B) miometriuma C) endometriuma D) bazal qata E) seroz qata 149. Xəncər zərbəsinə bənzər ağrı simptomu xarakterikdir: A) uşaqlıq cırılmasının başlanğıcı zamanı B) natamam uşaqlıq cırılması zamanı C) baş vermiş uşaqlıq cırılması zamanı D) uşaqlığın cırılma təhlükəsi zamanı E) tam uşaqlıq cırılması zamanı 150. Uşaqlıq boşluğunun əllə yoxlanılması aparılır: A) ciftin tamlığının pozulmasında B) çox doöan qadınlarda C) iri döl doğan qadınlarda D) döl qişalarının qüsuru olduqda E) ilk doğan qadınlarda 151. Uşaqlıq yolunun arxa tağının punksiyası zamanı qanın gəlməsi müşahidə olunur: 1) Uşaqlıq borusunun cırılmasında 2) Boru abortunda
3) Uşaqlığın subseroz miomasının qidalanmasının pozulmasında 4) Tuboovarial törəmənin deşilməsində 5) Yumurtalığın apopleksiyasında A) 1,2,3 B) 2,3,4 C) 3,4,5 D) 1,2,5 E) 1,4,5 152. Uşaqlıq boynunun II dərəcəli cırılmalarına aiddir: A) cırıq 1 tərəfli olmaqla 2 sm-dən artıq olmur B) cırıq 1 və ya 2 tərəfli olmaqla 2 sm-dən artıq olur C) cırıq uşaqlıq yolu tağına çatır D) cırıq uşaqlıq yolu tağını keçir E) cırıq 1 tərəfli olmaqla 1 sm-dən artıq olmur 153. Normal yerləşmiş ciftin vaxtından əvvəl qopması zamanı əsasən müşahidə olunmur: A) qanaxma B) uşaqlığın cırılması C) qarında kəskin ağrı D) disseminasiya etmiş damardaxili laxtalanma E) uşaqlıq-cift apopleksiyası 154. Gec dövrdə hamiləliyin süni surətdə pozulmasına tibbi göstəriş: A) ananın yaşının 40 olması B) çox doğan qadın C) böyrək xəstəlikləri D) keçirilmiş süzənək E) hipertoniya III mərhələ 155. Xovlu qişa biopsiyası hamiləliyin hansı müddətində aparılır? A) 7-9 həftədə B) 22-24 həftədə C) 30-32 həftədə
D) 9-12 hətədə E) 15-20 həftədə 156. Ektopik hamiləlik ən çox harada inkişaf edir? A) yumurtalıqlarda B) uşaqlıq boynunda C) rudimentar buynuzda D) qarın boşluğunda E) uşaqlıq bоrularında 157. Uşaqlıq boynu cırılmalarının uzaq fəsadlarına aiddir: A) qanaxma B) ektropion C) çapıq D) atreziya E) hematoma 158. Uşaqlıqdankənar hamiləliyin az təsadüf olunan formalarıdır: 1) Boru hamiləliyi 2) Yumurtalıq hamiləliyi 3) Uşaqlıq boynu hamiləliyi 4) Rudimentar buynuzda olan hamiləlik 5) Qarın boşluğu hamiləliyi A) 1,2,4 B) 1,3,5 C) 1,4,5 D) 1,2,3 E) 3,4,5 159. Preliminar dövrdə Kesar kəsiyi əməliyyatına göstəriş deyil: A) III-IV dərəcəli dar çanaqlar B) çanaq gəlişində çəkisi 3600 q-dan artıq olan döl C) vaxtı ötmüş hamiləlik və dölün bətndaxili xroniki hipoksiyası D) uşaqlıq yolu və boynundakı çapıq daralmalar E) yetişmiş hamiləlik
160. Ön baş gəlişində doğuşun biomexanizminin dördüncü momentində büzdümün zirvəsinə istinad edir: A) ənsə qabarı B) üst çənə C) ənsəaltı çuxur D) alnın tüklü hissəsinin sərhəddi E) qaşarası 161. Kardiotokoqrafiya müayinəsi hansı göstəricilərlə səciyyələnir? A) bazal ritm, onun variabellik amplitudası, deselerasiyalar B) akselirasiyalar, deselerasiyalar C) bazal ritm, onun variabellik amplitudası D) bazal ritm, onun variabellik amplitudası, akselirasiyalar, deselerasiyalar E) bazal ritm, akselirasiyalar, deselerasiyalar 162. Lokalizasiyasına görə uşaqlıq cırılmasının təsnifatına aiddir: 1) Uşaqlıq dibinin cırılması 2) Uşaqlığın tam cırılması 3) Uşaqlıq cisminin cırılması 4) Aşağı seqmentin cırılması 5) Uşaqlığın natamam cırılması A) 1, 3, 4 B) 1,3,5 C) 2, 3,5 D) 1,4,5 E) 2,4,5 163. Bandl nəzəriyyəsinə görə uşaqlıq cırılmasının səbəbidir: A) distrofik dəyşiriklik B) üzvi dəyşiriklik C) mexaniki təsir D) iltihabi dəyşiriklik E) patoloji dəyişikliklər 164. Periferik sinir sisteminin zədələnməsi zamanı müşahidə olunur:
1) Ağız bucağının sallanması 2) Ağızın xəstə tərəfə dartılması 3) Ağızın sağlam tərəfə dartılması 4) Burun ağız bucağının hamarlaşması 5) Burun-ağız bucağının qalınlaşması A) 1,4,5 B) 1,3,4 C) 2,4,5 D) 2,3,4 E) 1,3,5 165. Uşaqlığın aşağı seqmentində icra olunan kesar əməliyyatının üstünlüklərinə aiddir: 1) Kosmetik cəhətdən effektlidir 2) Əməliyyatdan sonra bitişmələr az olur 3) Qarın boşluğuna giriş asan olur 4) Uşaqlıq əzələləri az zədələnir 5) Qonşu orqanların zədələnmə ehtimalı az olur A) 1,4,5 B) 1,2,4 C) 1,3,5 D) 2,4,5 E) 2,3,5 166. Anatomik dar çanağın nadir təsadüf olunan formalarına aid deyil: A) ostemalyatik çanaq B) şişlər, ekzostozlar hesabına daralmış çanaq C) köndələn daralmış çanaq D) qıfabənzər çanaq E) çəpinə əyilmiş, çəpinə daralmış çanaq 167. Mamalıq praktikasında sagital tikiş başqa cür adlanır: A) oxabənzər tikiş B) tac tikişi
C) kiçik əmgək D) lyambdayabənzər tikiş E) alın tikişi 168. Maşalar nə vaxt istifadə olunur? A) son dövründə B) preliminar dövrdə C) qovulma dövründə D) açılma dövründə E) aktiv fazada 169. Boru hamiləliyi adətən hamiləliyin neçənci həftəsinə qədər inkişaf edir? A) 6-8 B) 17-18 C) 2-3 D) 4-5 E) 20-22 170. Uşaqlıq cırılmasının başlanğıcı zamanı doğuşun başa çatdırılma taktikası: A) planlı cərrahi əməliyyata götürməli B) təcili cərrahi əməliyyata götürməli C) doğuşu təbii doğuş yollarından başa çatdırmalı D) doğuşu maşa qoymaqla başa çatdırmalı E) dölparçalayıcı əməliyyat etməli 171. Ümumi bərabər daralmış çanaqda doğuşun biomexanizminin I momentində baş verir: A) döl başının maksimal bükülməsi B) döl başının əlavə bükülməsi C) döl başının açılması D) döl başının azacıq açılması E) döl başının yüngül bükülməsi 172. Dyuşen-Erb iflici zamanı zədələnir: A) VII və VIII döş fəqərələri B) V və VI döş fəqərələri
C) VII VIII boyun və I döş fəqərələri D) VII və VIII boyun fəqərələri E) V və VI boyun fərəqərələri 173. Dölün bətndaxili inkişaf ləngiməsi zamanı müşahidə olunan azsululuğun səbəbi nədir? A) dölün böyrək perfuziyasının azalması B) anada anemiyanın olması C) dölün bətndaxili infeksiyalaşması D) dölün qaraciyərində funksional pozulmalar. E) dölün hemolitik xəstəliyi 174. Erkən amniotomiya əsasən aparılır: A) anatomik dar çanaqlarda B) mərkəzi cift gəlişində C) yastı su kisəsində D) dölün çanaq gəlişində E) vaxtı ötmüş hamiləlikdə 175. Uşaqlığın tam cırılması zamanı həkim taktikasının ardıcıllığını göstərin: 1) itirilmiş qan bərpa olunmalı 2) cırılmış uşaqlıq bərpa olunmalı 3) qarın boşluğunun təftişi olunmalı 4) döl və son xaric olunmalı 5) qarın boşluğu açılmalı A) 5, 2, 4, 3,1 B) 5, 4, 2, 3, 1 C) 5, 2, 1, 3,4 D) 5, 3, 4, 2, 1 E) 1, 5, 4, 2, 3 176. Dölün alın gəlişində istinad nöqtələri: A) dilaltı sümük B) çənəaltı nahiyyə C) üst çənə və ənsə qabarı
D) alın sümükləri və ənsəaltı çuxur E) qaşarası 177. Baş gəlişləri içərisində ən çox rast gəlinir: A) alın gəlişi B) üz gəlişi C) ön ənsə gəlişi D) arxa ənsə gəlişi E) ön baş gəlişi 178. Üz gəlişində hamiləlik və doğuş zamanı baş verən ağırlaşmalara aid deyil: A) göbək ciyəsinin düşməsi B) dölyanı mayenin vaxtsız axması C) uşaqlığın cırılma təhlükəsinin formalaşması D) hipertenziv vəziyyətlərin yaranması E) ana və dölün travmatizasiyası 179. Kardiotokoqrafiya müayinəsi nəyin qrafik təsviridir? A) dölün ürək döyüntüsü və hərəki aktivliyi B) dölün ürək döyüntüsü C) dölün hərəki aktivliyi D) dölün ürək döyüntüsü və uşaqlıq yığılması E) dölün hərəki aktivliyi və uşaqlıq yığılması 180. Zorakı uşaqlıq boynu cırılmalarının səbəblərinə aiddir: 1) İltihabi proseslər 2) Vaxtından qabaq gücvermə 3) Dölparçalayıcı əməliyyatlar 4) Tezləşmiş doğuşlar 5) Maşaların qoyulması A) 1,2,5 B) 2,4,5 C) 2,3, 5 D) 2,3,4 E) 1,3,5
181. 26 yaşlı qadın 39-40 həftəlik hamiləlik. Baş gəlişi. İri döl. d-zu ilə doğum evinə daxil olmuşdur. Dаxili müayinədə uşaqlıq boynunun açıqlığı 7-8 sm, su kisəsi yoxdur, öndə gələn hissə başdır, baş kiçik çanaq girəcəyi üzərində hərəkətlidir. Vasten əlaməti müsbətdir. Doğuşun aparılma taktikası: A) doğuşu təcili kesar əməliyyatı ilə başa çatdırmalı B) doğuşu təbii doğuş yollarından başa çatdırmalı C) doğuşu mamalıq maşaları vasitəsilə başa çatdırmalı D) dölparçalayıcı əməliyyatla başa çatdırmalı E) doğuşu stimulyasiya etməklə başa çatdırmalı 182. Uşaqlığın cırılma təhlükəsi zamanı meydana cıxan simpomlara aiddir: 1) sidiyin qanlı olması 2) sancıların güclü olması 3) xəncər zərbəsinə bənzər ağrının olması 4) uşaqlığın qum satına bənzər şəkil olması 5) dölün ürək vurğularının itməsi 6) Vasten əlamətinin müsbət olması A) 2, 4, 5 B) 2, 4, 6 C) 1, 5, 6 D) 2, 5, 6 E) 1, 3, 4 183. Hamiləlik zamanı dölün bətndaxili hipoksiyasının diaqnostikasında istifadə olunmur: A) fenoplasentar sistemin hormonların səviyyəsinin təyini B) hamilədə uşaqlıq dibi hündürlüyünün ölçülməsi C) amnioskopiya, amniosentez D) kardiotokoqrafiya E) ultrasəs müayinə 184. Yenidoğulmuşun tənəffüs pozğunluğu sindromu inkişaf etmir: A) dölyani mayenin aspirаsiyasında B) beyindaxili qansızmada
C) hiаlin - membran xəstəliklərində D) böyrəklərin hidronеfozunda E) bətndaxili pnevmoniyada 185. Dölyanı mayedə lesitin/sfinqomielin nisbətinin təyini nə üçün aparılır? A) dölün ağciyər toxumasının yetişkənliyini təyin etmək üçün B) qaraciyərin funksiyasının pozulmasınin erkən diaqnostikası üçün C) bağırsaq disbakteriozunun erkən diaqnostikası üçün D) ürək fəaliyyətinin pozulmasına nəzarət məqsədi ilə E) böyrəklərin filtrasiya qabiliyyətinə nəzarət məqsədi ilə 186. Kesar əməliyyatına əks göstərişlərdir: 1) Susuz dövrün 12 saatdan çox olması 2) Dölün ölü və ya ölümcül olması 3) Xroniki fetoplasentar çatmamazlıq 4) Ananın ekstrgenital xəstəlikləri 5) İmmun çatışmazlığı vəziyyətləri A) 1,3,5 B) 2,4,5 C) 1,2,4 D) 1,4,5 E) 1, 2, 5 187. 34 yaşlı İlk doğan qadın doğum evinə intensiv sancılarla daxil olmuşdur. Diaqnoz: 40-41 həftəlik hamiləlik. Alın gəlişi. Çanağın xarici ölçüləri normaldır. Dölün təxmini çəkisi 3200±200 qramdır. Doğuşun aparılma taktikası: A) amniotomiya etməli və doğuşu təbii doğuş yollarından başa çatdırmalı B) kesar kəsiyi əməliyyatı ilə doğuşu başa çatdırmalı C) doğuşu təbii doğuş yollarından başa çatdırmalı D) maşa qoymaqla doğuşu başa çatdırmalı E) vakuum ekstraksiya ilə doğuşu başa çatdırmalı 188. Kesar əməliyyatına ana tərəfdən mütləq göstərişdir: A) kənarı cift gəlişi B) ciftin hissəvi ayrılması
C) doğum fəaliyyəti zəifliyi D) uşaqlıqda çapıq E) mərkəzi cift gəlişi 189. hansı faktor dölün bətndaxili inkişaf ləngiməsinə səbəb olmur? A) infeksiyalar B) ananın ekstragenital xəstəlikləri C) preeklampsiyaya D) ananın zərərli vərdişləri E) paritet 190. Ön baş gəlişində istinad nöqtələri: A) alın tüklü sərhəddi B) dilaltı sümük C) ənsə qabarı və üst çənə D) ənsəaltı çuxur E) qlabella və ənsəaltı çuxur 191. Baş vermiş uşaqlıq cırılmasının klinik şəkli: 1) Doğum fəaliyyəti bidən-birə itir 2) Uşaqlıq qum saatına bənzər şəkil alir 3) Uşaqlığın qum saatına bənzər şəkli itir 4) Peritonun qıcıqlanma simptomu yaranır 5) Palpasiya zamanı qarın ağrılı olmur A) 2,4,5 B) 1,4,5 C) 1,3,4 D) 1,3,5 E) 2,3,5 192. Uşaqlıq boynunun özbaşına cırılmasının səbəblərinə aid deyil: A) rigid uşaqlıq boynu B) iri döl C) iltihabi proseslər D) mamalıq maşaları
E) tezləşmiş doğuşlar 193. 25 yaşlı təkrar doğan qadın 38-39 həftəlik hamiləlik. Sağrı gəlişi. Doğuşun I dövrü d-zu ilə doğum evinə daxil olmuşdur. Dölün ürəkdöyünməsi aydın, ritmiki, 1 dəq. 142 vurğudur. Dölün təxmini çəkisi 3800,0+200,0. Daxili müayinədə uşaqlıq boynunun açıqlığı 7-8 sm, su kisəsi yoxdur, gələcək hissə sagrılardır. Çanaq sümükləri patologiyasızdır. Həkimin taktikası: A) doğuşu planlı kesar əməliyyarı ilə başa çatdırmalı B) doğuşu təcili kesar əməliyyatı ilə başa çatdırmalı C) doğuşu vena daxili stimulyasiya ilə təbii doğuş yollarından başa çatdırmalı D) doğuşu dölparçalayıcı əməliyyatla başa çatdırmalı E) doğuşu vaakum ekstrasiya ilə başa çatdırmalı 194. Üz gəlişində doğuşun biomexanizminin dördüncü momentində baş verir: A) başın maksimal bükülməsi B) çiyinlərin daxildə, başın xaricdə fırlanması C) başın bükülməsi D) başın maksimal açılması E) başın daxili fırlanması 195. Şok indeksi nədir? A) sistolik arterial təzyiqin 1 dəqiqəlik nəbz tezliyinə nisbətidir B) diastolik arterial təzyiqin 1 dəqiqəlik nəbz tezliyinə nisbətidir C) 1 dəqiqəlik nəbz tezliyinin diastolik arterial təzyiqə nisbətidir D) sistolik arterial təzyiqin diastolik arterial təzyiqə nisbətidir E) 1 dəqiqəlik nəbz tezliyinin sistolik arterial təzyiqə nisbətidir 196. Uşaqlıq yolu hematomalarının cərrahi müalicəsinə aid deyil: A) qanayan damarlar bağlanır B) yara tikilir C) hematoma tamponada olunur D) içərisindəki qan sıxılır E) hematoma kəsilir 197. Doğuşun I dövründə eklampsiya tutması baş vermişdir. Doğuşun təcili başa çatdırılmasının optimal üsulu: