Laboratoriya işi 6. SZM şəkillərinin işlənməsi və kəmiyyətcə təhlili

Μέγεθος: px
Εμφάνιση ξεκινά από τη σελίδα:

Download "Laboratoriya işi 6. SZM şəkillərinin işlənməsi və kəmiyyətcə təhlili"

Transcript

1 Laboratoriya işi 6. SZM şəkillərinin işlənməsi və kəmiyyətcə təhlili 6.1. İşin məqsədi İşin məzmunu Tapşırıq Metodik göstərişlər Yoxlama sualları

2 Nanotexnologiyadan laboratoriya işləri. Dərs vəsaiti 6.1. İşin məqsədi SZM şəkillərinin işlənməsi və kəmiyyətcə təhlili sahəsində təcrübi vərdişlərin əldə olunması. Ləvazimat: Skanedici zond mikroskopu(model SZMU-L5), zond, NanoEducator proqramı və kompüter. Tədqiqat üçün nümunə: Periodik quruluşlu nümunələr 6.2. İşin məzmunu SZM şəkillərinin keyfiyyətinin yaxşılaşdırılması Metodikanın spesifikliyinə əsasən SZM şəkillərə adətən küylərlə əlaqədar məlumatlar daxildir. Bu nümunəyə nəzərən zondun titrəməsi, akustik təsirlər cihazın elektrik küyləri ilə əlaqəli olub zəif siqnalları ölçərkən həmişə yaranır. Şəkildəki təhriflər nümunəyə nəzərən zondun istilik dreyfinə görə də əmələ gəlir. Bununla əlaqədar SZM şəkillərinin yüksək keyfiyyətdə alınması və onların kəmiyyətcə təhlilinin aparılması üçün bu şəkillərin xüsusi ədədi üsulların köməyi ilə işlənməsini və təkmilləşdirilməsini tələb edir. SZM şəkillərinin filtrlənməsinin əsas üsulları bunlardır: Hamarlama Sadə halda şəklin hamarlanması hər bir nöqtədə kəmiyyətin qiymətinin, bu nöqtənin yaxın ətrafında kəmiyyətin orta qiyməti ilə əvəz etmək yolu ilə yerinə yetirilir. Median filtrləmə Median filtrləmə zamanı şəklin hər bir nöqtəsi üçün, bu nöqtənin müəyyən ətrafına görə variasiya sırası qurulur, yəni bu ətrafın elementləri artan sıra ilə yerləşdirilir və bu nöqtədə qiymət variasiya sırasındakı mərkəzi səviyyədə yerləşən elementin qiyməti ilə əvəz olunur. Median filtrasiyası impuls maneələri olan şəkillərin istifadəsi və ya təkmilləşdirilməsi zamanı xüsusi ilə effektlidir. Şəkildə üfüqi sahənin silinməsi şəklin hər bir nöqtəsində elementlərin orta qiymətlərinin bərabərləşdirilməsi yolu ilə aparılır. Üfüqi sahələrin şəkildə alınması SZM şəkillərində 136

3 xarakterik təhriflərdəndir. Bu onunla əlaqədardır ki, SZM təcrübələrində şəkil adətən xətt boyunca skanedilməsi yolu ilə alınır, bir xətdəki qonşu nöqtələrin ölçmələr arası vaxtı skanetmənin perpendikulyar istiqamətdə qonşu nöqtələrin ölçmələr arası vaxtından kifayət qədər kiçikdir. Şəkildən meylin silinməsi sahənin sıxılması yolu ilə aparılır. Şəklin meyli nümunənin müstəviyə nəzərən meyllik vəziyyətinin nəticəsinə görə ola bilər, bu skan edərkən zondun yerdəyişməsi zamanı, həmçinin istilik dreyfinin təsiri nəticəsində yarana bilər. Səthin ikinci tərtibinin çıxılması səthin nazik təbəqəsinin tədqiqi zamanı istifadə olunur. Buna görə də SZM şəkillərində kobud relyef adətən informasiya xarakterli olmadığına görə və onu kənarlaşdırmaq zəruridir. SZM şəkillərinin kəmiyyətcə təhlili Şəklin histoqramının qurulması Şəklin analizi üsullarından biri şəkil nöqtələrinin qiymətlərinin histoqramının qurulmasıdır. Histoqramı qurarkən üfüqi oxda şəklin nöqtələrindəki bütün qiymətlər diapazonu yerləşir, bu diapazonun bütün qiymətləri üçün uyğun qiymətlər çoxluğu şaquli ox üzə yerləşdirilir. Səthin hamarlılığının təyini parametrləri SZM şəkillərinin kəmiyyətcə xarakteristikası üçün şəklin hamarlılıq parametrindən həmişə istifadə edilir: Orta hamarlılıq parametri M N Sa = MN k= 0 l= 0 z( xk, yl ) μ, (1) kimi təyin olur. burada μ şəkilin orta hündürlüyüdür: orta kvadratik hamarlılıq isə M N [ z( xk, yl ) ] k = 0 l = 0 μ = MN M N k= 0 l= 0 Sq = μ (2) MN z( x k, y l )

4 Nanotexnologiyadan laboratoriya işləri. Dərs vəsaiti kimi təyin olunur. Hamarlılığın düzgün təyini üçün şəklin qeyri-hamarlığını qabaqcadan silmək zəruridir. Bunun üçün sahəni çıxmaq və ya ikinci tərtib səthi silmək lazımdır. Şəklin Furye spektrinin qurulması Şəklin fəza tezliklərinin kompleks eksponentdən ibarət Furye-spektri onun ortanormal bazisdə tezlik təsviridir. Belə fəzada şəklin təsviri kiçik detallar, elementlərin xassələrindəki periodik təkrarlığı və s. ilə əlaqədar struktur xüsusiyyətlərinin müşahidə olunmasına imkan verir. Fəza tezliklərinin ölçüsü, şəkil üzərində məsafənin ölçülməsinin tərs qiyməti ilə təyin olunur. Şəklin kompleks eksponensial funksiyalar bazisində ayrılışı Furye çevirməsi cütü ilə verilir (sonsuz sahədə verilmiş a(x,y) kəsilməz intensivlik funksiyası halına baxılır). [ ((f x + f y) ) F(fx, f y ) = a ( x, y) exp i2π x y ] dxdy (3) düzünə çevirmə, a [ i2 ((f x + f y) )] ( x, y) F(f, f y ) exp x y = x π dxdy (4) əksinə çevirmədir. Burada x, y-şəkil müstəvisində koordinatları, f x, f y -fəza tezlikləridir. Sonsuz kəsilməz siqnalların tezliklə əlaqədar ifadə olunması anlayışı təcrübədə istifadə olunan məhdud aralıqlı və diskret siqnallar halına şamil oluna bilər. Eni N və hündürlüyü M olan düzbucaqlı şəklə baxaq. Belə şəklin Furye çevrilməsi F(u, v) = M / 2 N / 2 M / 2 N / 2 [ i2 ((ux + vy) )] a( x, y) exp π dxdy (5) şəklindədir. Siqnal fəzasında ( x >N/2 və y >M/2, qiymətlərində f(x, y) = 0) əgər bütün müstəvi üzrə məhdud Furye çevirməsi 138

5 periodik ifadə olunarsa və diskretdirsə, onda (k/n, l/m) < k, l < tezliklərdə harmonikanın miqdarı yalnız hesabı saydadır. Şəklin diskret fəzasında qeyri məhdud spektri periodik funksiyadır. Əgər Ox və Oy oxları üzrə nöqtələr arası məsafə uyğun olaraq Δx və Δy olarsa, onda Furye çevirmələrinin təkrarlanma periodları uyqun olaraq 1/Δx və 1/Δy olacaqdır. Əgər hesablama başlanğıcını Furye obrazının təkrarlanan periodlı matrisinin orta nöqtəsində yerləşdirsək, maksimal fəza 1 1 tezliyi ± və ± olacaqdır. Verilmiş siqnalın diskretləşmə addımda alınmış maksimal tezliyə Naykvist tezliyi adlanır. 2 Δx 2 Δy Alınmış periodik Furye çevirmələrində təkrarlanan spektrləri atmaq olar və hesab etmək olar ki, diskret siqnal spektr tezliyinə görə məhduddur. Beləliklə yuxarıda verilmiş mühakimələri ümumiləşdirərək belə qərara gəlmək olar ki, şəklin Furye çevirməsi diskret fəzada məhduddursa, onda o həmçinin tezliyə görə diskret və məhduddur. Maksimal fəza tezlikləri şəkilin diskretlilik addımı ilə təyin olunur. Tezliyə görə şəklin diskret spektrinin məhdudluğunun göstərilməsinə sadə misalda baxmaq olar. OX oxu üzrə əgər ağ və qara nöqtələri növbələşdirərək şəkildə ən kiçik təkrarlanma periodu almaq olar. Bu period 2 x-ə bərabər olacaq, buna uyğun fəza tezliyi 1/(2 x) -ə bərabərdir. Verilmiş, k = 0,..., M 1, l = 0,..., n nöqtələrdə f k, l 1 şəklin diskret Furye çevirməsi (DFÇ) M 1N 1 km ln Fm, n = fk, l exp i2π +, (6) k= 0 l= 0 M N düsturu ilə təyin edilir. Şəkilin Furye-obrazının qrafik təsviri üçün (6) düsturuna görə alınmış kompleks çevirmələr kəmiyyətinin matrislər modulu qurulur. Şəkilin həqiqi çevirmələr matrisi-mərkəzi 139

6 Nanotexnologiyadan laboratoriya işləri. Dərs vəsaiti simmetrik matris adlanır. Tezliyə görə hesabat onun mərkəzinə görə aparılır. Şaquli oxda tezlik müstəvisində mərkəzdən eyni bir f 0 məsafəsində iki nöqtədən ibarət olan şəklin Furyeobrazı üfüqi sinusoidal zolaqdan təşkil olunmuşdur. Bu zaman şəkildə təkrarlanma sahəsinin periodu T olub T = 1 f0 bərabərdir Tapşırıq İş iki variantda aparıla bilər: - Əvvəlki alınmış şəkillərin təhlili - Ölçmələrin aparılması və yeni şəklin alınması, işlədilməsi və bu şəklin təhlili İşdə zəruridir: - Şəklin filtrlənməsinin yerinə yetirilməsi - Filtrlənmədən qabaq və sonra şəklin kələ - kötürlüyünün parametrlərinin ölçülməsi və müqayisəsi. - Şəklin Furye-spektrini qurmaq və spektrin əsas fəza tezliyinin qiymətlərini ölçmək. Şəklin bu tezliklərə uyğun təkrarlanma periodlarının elementləri ilə, həmin intervallarla şəkildə alınmış ölçmələrlə müqayisə etmək. Şəkil 6-1. Şəkillərin analizi pəncərəsi. Şəkil səthinin xüsusiyyətinin analizinin yerinə yetirilməsi 140

7 6.4. Metodik göstərişlər A variantının yerinə yetirilməsi halında laboratoriya işi üçün zəruridir: - İstifadəçilərə göstərişlərə uyğun olaraq SZM təcrübələrinin aparılması üçün ilkin hazırlıq işlərinin yerinə yetirilməsi - İstifadəçilərə rəhbərlik sənədində göstərilmiş üsulların biri ilə nümunənin skan edilməsini yerinə yetirmək. - Alınmış şəkli seçilmiş qovluqda saxlamalı. İstifadə olunma və verilənlərin analizinə aid olan növbəti işin mərhələləri A və B variantları üçün üst-üstə düşür. Bunların yerinə yetirilməsi üçün zəruridir: - İstifadəçilərə köməkdə əvvəllər alınmış fayllarla iş bölməsi ilə tanış olmalı. - NanoEducator proqramının köməyi ilə verilənlərə baxılması və işlədilməsinə keçməli. - İş aparılan faylı açmalı və şəklin yoxlama kəsiyini təyin etməli. - Proqramda mümkün olan metodların birinin köməyi ilə təhriflərin əmələ gəlmə xarakterini verməli, verilənlərin işlənməsi və filtrasiyasını aparmalı. - faylın işlənməsindən sonra yoxlama kəsiyinin aparılması və verilmiş şəklin kəsiyi ilə müqayisə etməli. - İstifadə olunan aktiv pəncərədə şəklin İmage analysis(şəkil 6.1.) pəncərəsini açmaq. Şəklin histoqramını öyrənmək və təsvir etmək. Orta və orta kvadratik hamarlılıq qiymətlərini qeyd etmək. - Furier Spectrum(Şəkil 6-2, Şəkil 6-3) imkanını seçmək. Spektrin xarakterinə görə şəkildə periodik strukturların olmasını yəqin etmək. Əgər varsa onda əsas xarakterli tezliyin qiymətini ölçməli(tezliyin ölçülməsinə Freq sıxmaqla keçmək olar). Mışın sol düyməsinin köməyi ilə şəkildə Furyeobrazının şəklini göstərmək. İlkin şəkil üzərində yerləşən alət vasitəsilə ölçülmüş periodik şəkilləri Furye-obrazın köməyi ilə alınmış nəticələrlə müqayisə etməli. Furye- 141

8 Nanotexnologiyadan laboratoriya işləri. Dərs vəsaiti obrazının şəklinə görə istiqamətlər arası bucaqların qiymətinin təyin edilməsi( aləti ilə) və tədqiq olunan nümunə şəkillərinin uyğun kəsikləri arası bucağının qiymətləri ilə müqayisə etməli. Şəkil 6-2. Şəkilin təhlili pəncərəsi. Bir ölçülü periodik strukturlu şəklin Furye-spektrinin analizinin yerinə yetirilməsi Şəkil 6-3. Furye-spektrinin köməyi ilə iki ölçülü periodik strukturlu şəklin analizinin yerinə yetirilməsi 142

9 6.5. Yoxlama sualları 1. SZM şəkilləri üçün hansı növ təhriflər xarakterikdir və hansı səbəblərə görə bunlar əmələ gəlir? 2. SZM şəkillərinin hansı əsas filtrlənmə üsulları vardır? 3. Şəkillərin kəmiyyət xarakteristikalarının təyininin bəzi üsullarının adlarını deyin. 4. Hansı şəkillər üçün tezlik təsvirlərindən istifadə olunur? 5. Şəkil haqqında hansı məlumatı onun Furye obrazına görə almaq olar? 143

Skanedici zond litoqrafiyası.

Skanedici zond litoqrafiyası. Laborrattorri iya işşi i i 5. Skanedici zond litoqrafiyası. 5.1. İşin məqsədi......117 5.2. İşin məzmunu......117 5.3. Metodik göstərişlər.............130 5.4. Tapşırıq...130 5.5. Yoxlama sualları......134

Διαβάστε περισσότερα

Mühazirə 4. HİDROGENƏBƏNZƏR ATOMLAR ÜÇÜN ŞREDİNGER TƏNLİYİNİN HƏLLİ. Nüvədən və bir elektrondan ibarət sistemlərə hidrogenəbənzər sistemlər deyilir.

Mühazirə 4. HİDROGENƏBƏNZƏR ATOMLAR ÜÇÜN ŞREDİNGER TƏNLİYİNİN HƏLLİ. Nüvədən və bir elektrondan ibarət sistemlərə hidrogenəbənzər sistemlər deyilir. Mühazirə. HİDROGENƏBƏNZƏR ATOMLAR ÜÇÜN ŞREDİNGER TƏNLİYİNİN HƏLLİ H He Nüvədə və bir eektroda ibarət sistemərə hidrogeəbəzər sistemər deyiir. + Li + Be + və s. Burada z - üvəi sıra ömrəsi r - üvədə eektroa

Διαβάστε περισσότερα

3. Sərbəst işlərin mövzuları və hazırlanma qaydaları

3. Sərbəst işlərin mövzuları və hazırlanma qaydaları 3. Sərbəst işlərin mövzuları və hazırlanma qaydaları Təhvil verilmə tarixi (həftə) Mövzunun adı və ədəbiyyatın şifri 1. 3 Koordinatları ilə verilmiş nöqtələrin hər üç proyeksiyasını və əyani təsvirini

Διαβάστε περισσότερα

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ MÜHƏNDİS GEOLOJİ QRAFİKA

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ MÜHƏNDİS GEOLOJİ QRAFİKA AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ MÜHƏNDİS GEOLOJİ QRAFİKA Laboratoriya işlərinin yerinə yetirilməsinə dair METODİKİ GÖSTƏRİŞLƏR AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ HƏBİBOV İ.Ə.,

Διαβάστε περισσότερα

Skanedici zond mikroskopunun köməyi ilə suyun mikroflorasının öyrənilməsi.

Skanedici zond mikroskopunun köməyi ilə suyun mikroflorasının öyrənilməsi. Laborrattorri iya işşi i i 8. Skanedici zond mikroskopunun köməyi ilə suyun mikroflorasının öyrənilməsi. 8.1. İşin məqsədi.......185 8.2. İşin məzmunu.......185 8.3. Metodik göstərişlər......218 8.4. Tapşırıq..........219

Διαβάστε περισσότερα

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva Bakı Dövlət Universiteti Nanomaterialların n kimyəvi ə ifizikası ikas kafedrası Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva MÜHAZİRƏ-4 (ardı) NANOMATERİALLARIN TƏDQİQİNDƏ İSTİFADƏ OLUNAN ÜSULLAR SKANEDICI

Διαβάστε περισσότερα

KURS LAYİHƏSİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI. Fakültə: QNM

KURS LAYİHƏSİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI. Fakültə: QNM AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI Fakültə QNM Kafedra Qaz və q/k yataqlarının işlənməsi və istismarı Qrup 2378 İxtisas T020500 KURS LAYİHƏSİ Fənn Neft və qaz yataqlarının

Διαβάστε περισσότερα

Е. S. C Ə F Ə R O V F İ Z İ K A

Е. S. C Ə F Ə R O V F İ Z İ K A Е. S. C Ə F Ə R O V F İ Z İ K A Abituriyentlər, orta məktəbin yuxarı sinif şagirdləri, orta məktəb müəllimləri, fizikanı sərbəst öyrənənlər üçün vəsait B A K I - 2013 Elmi redaktor: AMEA-nın Radiasiya

Διαβάστε περισσότερα

II. KINEMATIKA Kinematikaya giriş

II. KINEMATIKA Kinematikaya giriş II. KINEMTIK.1. Kinematikaya giriş Kinematika nəəri mexanikanın elə bir bölməsidir ki, burada cisimlərin hərəkəti həndəsi nöqteyi-nəərdən, yəni onların kütlələri və təsir edən qüvvələr nəərə alınmadan

Διαβάστε περισσότερα

NMR-SPEKTROSKOPIYA Nüvənin spini + + Protonun maqnit sahəsində presessiyası Zeeman effekti Zeeman effekti H0 maqnit sahəsi təsirindən protonun istiqamətlənməsi Spin kvant ədədi I = ½ olan çox sayda

Διαβάστε περισσότερα

HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ l i n ü ç ü HEYDƏR ƏLİYEV p a e d AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ Ç ali Çap üçün deil. Nama Qəhrəmanova Məhəmməd Kərimov İlham Hüsenov RİYAZİYYAT0 Öìóìòÿùñèë ìÿêòÿáëÿðèíèí 0-úó ñèíôè ö öí Ðèéàçèééàò

Διαβάστε περισσότερα

POLİMERLƏRİN FİZİKİ KİMYASI

POLİMERLƏRİN FİZİKİ KİMYASI E.Ə.MƏSİMOV E.Ə.MƏSİMOV POLİMERLƏRİN FİZİKİ KİMYASI POLİMERLƏRİN FİZİKİ KİMYASI H N R C H O C N H H C R C O H N R C H O C Ali məktəblər üçün dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin may 8-ci

Διαβάστε περισσότερα

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva Bakı Dövlət Universiteti Nanomaterialların n kimyəvi ə ifizikası ikas kafedrası Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva MÜHAZİRƏ-4 NANOMATERİALLARIN TƏDQİQİNDƏ İSTİFADƏ OLUNAN ÜSULLAR İnsan gözünün

Διαβάστε περισσότερα

RОspublikanın ümumtəhsil məktəblərinin 6-cı siniпləri üçün Riyaziyyat dərslik komplekti

RОspublikanın ümumtəhsil məktəblərinin 6-cı siniпləri üçün Riyaziyyat dərslik komplekti RОspublikanın ümumtəhsil məktəblərinin 6-cı siniпləri üçün Riyaziyyat dərslik komplekti Müəlliflər: Sevda İsmayılova Arzu Hüseynova Bakı: Şərq-Qərb, 2015. Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş

Διαβάστε περισσότερα

1.Kompleks ədədlərin ustlü şəkli və onlar üzərində əməllər. 2.Qeyri müəyyən inteqral. Dəyişənin əvəz edilmə üsulu

1.Kompleks ədədlərin ustlü şəkli və onlar üzərində əməllər. 2.Qeyri müəyyən inteqral. Dəyişənin əvəz edilmə üsulu 1 Sərəst mövzulr: 1.Kompleks ədədlərin ustlü şəkli və onlr üzərində əməllər 2.Qeyri müəyyən inteqrl. Dəyişənin əvəz edilmə üsulu 3.Hissə-hissə inteqrllm üsulu 4.Müəyyən inteqrl,onun əzi tətiqləri 5.Tənliyin

Διαβάστε περισσότερα

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Cəbr 9 dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Cəbr 9 dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Cəbr 9 dərsliyi Müəlliflər: Misir Mərdanov Məmməd Yaqubov Sabir Mirzəyev Ağababa İbrahimov İlham Hüseynov Məhəmməd Kərimov Bakı: Çaşıoğlu, 0.

Διαβάστε περισσότερα

Antony van Leeuwenhoek

Antony van Leeuwenhoek Nanobiotexnologiya XXI əsrin texnologiyası Mühazirə :7 Atom Qüvvət Mikroskopu Dr. İsmәt Әhmәdov Bakı Dövlәt Universiteti Nanoaraşdırmalar Mәrkәzinin aparıcı elmi işçisi Tel: 4189067 iş 3350923 mobil E-mail:

Διαβάστε περισσότερα

18x 3x. x + 4 = 1 tənliyinin kökləri hasilini

18x 3x. x + 4 = 1 tənliyinin kökləri hasilini 1. Mərəzləri düzucqlı üçucğın iti ucq təpələrində oln ii çevrənin əsişmə nöqtələrindən iri düzucq təpəsindədir. Üçucğın tetləri sm və sm olrs, çevrələrin əsişmə nöqtələri rsındı məsfəni ) 5, sm ) 8 sm

Διαβάστε περισσότερα

RADİOFİZİKA. Elmi redaktoru: fizika-riyaziyyat elmləri namizədi, dosent N.Ə.Məmmədov AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

RADİOFİZİKA. Elmi redaktoru: fizika-riyaziyyat elmləri namizədi, dosent N.Ə.Məmmədov AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCAN RESPBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT NİVERSİTETİ Elmi redaktoru: fizika-riyaziyyat elmləri namizədi, dosent NƏMəmmədov Rəyçilər: fizika-riyaziyyat elmləri doktoru, professor VMSalmanov fizika-riyaziyyat

Διαβάστε περισσότερα

12. Elektrostatika. Elektrostatika sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini və sabit elektrik cərəyanının xüsusiyyətlərini öyrənir.

12. Elektrostatika. Elektrostatika sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini və sabit elektrik cərəyanının xüsusiyyətlərini öyrənir. . Elektrostatika Elektrostatika sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini və sabit elektrik cərəyanının xüsusiyyətlərini öyrənir. - Elektrik yükləri Elektrik yükü cismin və ya zərrəciyin daxili

Διαβάστε περισσότερα

T.M.Pənahov V.İ.Əhmədov ÜMUMİ FİZİKA KURSU FİZİKA -1

T.M.Pənahov V.İ.Əhmədov ÜMUMİ FİZİKA KURSU FİZİKA -1 T.M.Pənahov V.İ.Əhmədov ÜMUMİ FİZİKA KURSU FİZİKA -1 Qısa mühazirə kursu Азярбайжан Республикасы Тящсил Назирлийинин 18 aprel 013-жü ил тарихли, 587 сайлы ямри иля дярс vəsaiti кими тясдиг олунмушдур.

Διαβάστε περισσότερα

Fizika-2 Fənni Üzrə İmtahan. Suallarının Cavabları

Fizika-2 Fənni Üzrə İmtahan. Suallarının Cavabları Fizika- Fənni Üzrə İmtahan Suallarının Cavabları. Optikanınəsasqanunları: işığın düz xətli yayılması qanunu. İşıq dəstələrinin qeyri-asılılıq qanunu. Optik hadisələrin ilk qanunları işıq şüalarının düz

Διαβάστε περισσότερα

Giriş. 1. Revstal emiqramları (x = T; y = - Rlnp); 2. Şou teftoqramları (x= T; y = ); 3. Revstal aeroqramları (x = InT; y = - RTInp);

Giriş. 1. Revstal emiqramları (x = T; y = - Rlnp); 2. Şou teftoqramları (x= T; y = ); 3. Revstal aeroqramları (x = InT; y = - RTInp); Giriş Meteoroloji bölmələrdə müxtəlif hava xəritələri ilə bərabər, aeroloji müşahidələrin nəticələrinə görə də xüsusi qrafiklər, blanklar tərtib olunur ki, bunlara da aeroloji diaqramlar deyilir. Bu diaqramlar

Διαβάστε περισσότερα

Nayma Qəhrəmanova Məhəmməd Kərimov İlham Hüseynov RİYAZİYYAT 10

Nayma Qəhrəmanova Məhəmməd Kərimov İlham Hüseynov RİYAZİYYAT 10 Nama Qəhrəmanova Məhəmməd Kərimov İlham Hüsenov RİYAZİYYAT 0 Ümumtəhsil məktəblərinin 0-cu sinfi üçün Riaziat fənni üzrə dərsliin METODİK VƏSAİTİ Bu nəşrlə bağlı irad və təkliflərinizi radius_n@hotmail.com

Διαβάστε περισσότερα

Ə.A.Quliyev HƏNDƏSƏ MƏSƏLƏLƏRİ

Ə.A.Quliyev HƏNDƏSƏ MƏSƏLƏLƏRİ Ə.A.Quliyev HƏNDƏSƏ MƏSƏLƏLƏRİ Azərbaycan Respublikası Təhsil Nazirinin 7.7.-cu il tarixli 9 -li əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir. BAKI- ELM - Elmi redaktor: Musayev V.M. Fizika-riyaziyyat

Διαβάστε περισσότερα

"Proqramlaşdırma dilləri və İnformatika" fənnindən imtahan cavabları. 1. İnformasiya anlayışı, onun mövcudolma və təsvir formaları.

Proqramlaşdırma dilləri və İnformatika fənnindən imtahan cavabları. 1. İnformasiya anlayışı, onun mövcudolma və təsvir formaları. "Proqramlaşdırma dilləri və İnformatika" fənnindən imtahan cavabları. 1. İnformasiya anlayışı, onun mövcudolma və təsvir formaları. İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar,

Διαβάστε περισσότερα

M Ü H A Z İ R Ə NANOTEXNOLOGİYALARIN TƏDBİQ SAHƏLƏRİ. NANOELEKTRONİKA: nanoobyektlər əsasında işləyən elektron qurğuları.

M Ü H A Z İ R Ə NANOTEXNOLOGİYALARIN TƏDBİQ SAHƏLƏRİ. NANOELEKTRONİKA: nanoobyektlər əsasında işləyən elektron qurğuları. 85 M Ü H A Z İ R Ə - 12-13 NANOTEXNOLOGİYALARIN TƏDBİQ SAHƏLƏRİ. NANOELEKTRONİKA: nanoobyektlər əsasında işləyən elektron qurğuları. Hazirki dövrdə nanotexnologiyalarin tədbiq sahələri dedikdə, fikrimizə

Διαβάστε περισσότερα

Xələfli A.A. Redaktor: Əməkdar elm xadimi professor M.İ.İsayeva. Ali məktəb tələbələri üçün dərslik s., 53 şəkil, 7 cədvəl.

Xələfli A.A. Redaktor: Əməkdar elm xadimi professor M.İ.İsayeva. Ali məktəb tələbələri üçün dərslik s., 53 şəkil, 7 cədvəl. Xələfli A.A. BAKI- 2009 Redaktor: Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik. 2009. 181 s., 53 şəkil, 7 cədvəl. Xələfli A.A. Paleomaqnetizm. Rəyçilər: AMEA müxbir üzvü

Διαβάστε περισσότερα

Riyaziyyat. 2. f(x) = (2x 3 4x 2 )e x funksiyasının törəməsini tapın. e) Heç biri

Riyaziyyat. 2. f(x) = (2x 3 4x 2 )e x funksiyasının törəməsini tapın. e) Heç biri Riyaziyyat 1. Beş müxtəlif rəngdə bayraq verilmişdir. Hər bir siqnal iki fərqli bayraq vasitəsilə yaradılır. Belə olan halda bayraqlardan biri yuxarı, digəri isə aşağı istiqamətdə olur. Neçə belə müxtəlif

Διαβάστε περισσότερα

MÜHAZİRƏ - 3. Karbon klasterləri: füllerenlər, nanoborular, nanoalmazlar və qrafen

MÜHAZİRƏ - 3. Karbon klasterləri: füllerenlər, nanoborular, nanoalmazlar və qrafen 21 MÜHAZİRƏ - 3 Karbon klasterləri: füllerenlər, nanoborular, nanoalmazlar və qrafen Nano aləmdə hal-hazırda mövcud olan klasterlər içərisində karbon atomundan yarananları həm sadəliyi, həm dayanıqlılığı

Διαβάστε περισσότερα

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva Bakı Dövlət Universiteti Nanomaterialların n kimyəvi ə ifizikası ikas kafedrası Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva 1 NANOTEXNOLOGİYALARIN TƏDBİQ Ə QSAHƏLƏRİ. Ə Ə BİO- VƏ TİBBİ NANOTEXNOLOGİYALAR

Διαβάστε περισσότερα

C.M.QULUZADƏ R.Q.SƏRTİPZADƏ. Təqvimlərin riyazi və astronomik əsasları. Təqvimlərin riyazi və astronomik əsasları. Bakı 2013.

C.M.QULUZADƏ R.Q.SƏRTİPZADƏ. Təqvimlərin riyazi və astronomik əsasları. Təqvimlərin riyazi və astronomik əsasları. Bakı 2013. C.M.QULUZADƏ R.Q.SƏRTİPZADƏ C.M.QULUZADƏ R.Q.SƏRTİPZADƏ Təqvimlərin riyazi və astronomik əsasları Təqvimlərin riyazi və astronomik əsasları Bakı 203 2 Bakı 203 Ön söz Elmi redaktor: Ə.S. Quliyev AMEA-

Διαβάστε περισσότερα

FƏSİL IX ELEKROMAQNİT İNDUKSİYASI ÜÇÜN FARADEY QANUNU

FƏSİL IX ELEKROMAQNİT İNDUKSİYASI ÜÇÜN FARADEY QANUNU FƏSİL IX ELEKROMAQNİT İNDUKSİYASI ÜÇÜN FARADEY QANUNU İŞARƏLƏMƏLƏR İştirakçılar: M - müəllim T 1, T2 - tələbələr və Ş - şagird 9-1 Faradeyin induksiya anunu 9-2 Hərəkət e. h. -si 9-3 Lens anunu 9-4 İnduksiya

Διαβάστε περισσότερα

Hazırladı: Geologiya mühəndisliyi tələbələri Bakı Design by Ali Agakishiyev

Hazırladı: Geologiya mühəndisliyi tələbələri Bakı Design by Ali Agakishiyev Hazırladı: Geologiya mühəndisliyi tələbələri Bakı 2015 1 Giriş, kursun məqsədi və vəzifəsi Struktur geologiya geotektonika elminin əsas tərkib hissələrindən biridir və Yer qabığının quruluşu,onda baş verən

Διαβάστε περισσότερα

RESPUBLİKA FƏNN OLİMPİADALARI

RESPUBLİKA FƏNN OLİMPİADALARI RESPUBLİKA FƏNN OLİMPİADALARI RESPUBLİKA MƏRHƏLƏSİ YARIMFİNAL TUR 11.03.2017 KİMYA 10-cu SİNİF 1. Məhlulun kütləsi, q m1 m2 m2 Məhlulun qatılığı, % a a b Həllolan maddənin kütləsi, q x y z x < y < z olarsa,

Διαβάστε περισσότερα

ÜZVI KIMYADA FIZIKI TƏDQIQAT ÜSULLARI

ÜZVI KIMYADA FIZIKI TƏDQIQAT ÜSULLARI Məhərrəmov A.M., Nəsibov Ş.S., Allahverdiyev M.Ə. REDAKTOR AMEA-nın müxbir üzvü Ə.Ə.MƏCİDOV RƏYÇİ kimya elmləri doktoru, professor M.N.MƏƏRRƏMOV ÜZVI KIMYADA FIZIKI TƏDQIQAT ÜSULLARI Ali məktəblər üçün

Διαβάστε περισσότερα

Son illər ərzində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Sən demə, qədim insanlar da nanotexnologiyalar ilə məşğul olurmuş.

Son illər ərzində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Sən demə, qədim insanlar da nanotexnologiyalar ilə məşğul olurmuş. 1 P L A N 1. Fənnə giriş 2. Nanohissəcik və ya nanoquruluş terminləri nədir və onların hər biri haqqında qısa məlumat. 3. Nanoquruluşlarda ölçü effektləri. 4. Nanoquruluşarın alınma üsulları. 5. Nanoquruluşların

Διαβάστε περισσότερα

Sərbəst iş 5. (metiletilizopropilmetan) (2-metil 4-etil heptan)

Sərbəst iş 5. (metiletilizopropilmetan) (2-metil 4-etil heptan) Sərbəst iş 5 Baxılan Suallar: Karbohidrogenlər. Alkanlar, alkenlər, alkadienlər, alkinlər və arenlərin alınması, xassələri və təbabətdə rolu Yalnız karbon və hidrogendən ibarət olan üzvi birləşmələr karbohidrogenlər

Διαβάστε περισσότερα

Mühazirə 10: Heterozəncirli polimerlər

Mühazirə 10: Heterozəncirli polimerlər Fənn: Yüksək molekullu birləşmələr kimyası Müəllim: Yavər Cəfər qızı Qasımova Fakültə: Kimya İxtisas: Kimya müəllimliyi Kafedra: Üzvi kimya və kimya texnologiyası Təhsil pilləsi: Bakalavr Mühazirə 10:

Διαβάστε περισσότερα

MEXANIKA VƏ MOLEKULYAR FIZIKA

MEXANIKA VƏ MOLEKULYAR FIZIKA F.A.ƏHMƏDOV MEXANIKA VƏ MOLEKULYAR FIZIKA 0 F.A.ƏHMƏDOV MEXANIKA VƏ MOLEKULYAR FIZIKA Ali məktəb tələbələri üçün dərs vəsaiti Azərbaycan Resпublikası əhsil Nazirliyinin 08.07.004- cü il tarixli 64 saylı

Διαβάστε περισσότερα

Mühazirə 1: YMB - kimyasi haqqında ümumi məlumat və əsas anlayişlar

Mühazirə 1: YMB - kimyasi haqqında ümumi məlumat və əsas anlayişlar Fənn: Yüksək molekullu birləşmələr kimyası Müəllim: Yavər əfər qızı Qasımova Fakültə: Kimya İxtisas: Kimya müəllimliyi Kafedra: Üzvi kimya və kimya texnologiyası Təhsil pilləsi: Bakalavr Mühazirə 1: YMB

Διαβάστε περισσότερα

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Fizika fakültəsi İstiqamətin şifri və adı : İxtisasın şifri və adı : TEM 030000 Fizika TEM 030032 Nanohissəciklərin fizikası Nanohissəciklərin

Διαβάστε περισσότερα

Sabit cərəyan dövrələri

Sabit cərəyan dövrələri Fəsil VI Sabit cərəyan dövrələri ƏLVƏ İŞƏLƏMƏLƏ İştirakçılar: M - müəllim T, T - tələbələr və Ş - şagird Ɛ elektrik hərəkət qüvvəsi, sadə olaraq e. h. q r daxili müqavimət ekv ekvivalent müqavimət dövrənin

Διαβάστε περισσότερα

dərslik komplektinə dair İLKİN RƏY

dərslik komplektinə dair İLKİN RƏY Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Ümumtəhsil məktəblərində

Διαβάστε περισσότερα

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ QAPALI SƏHMDAR CƏMİYYƏTİ AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI. Dəniz naviqasiyası və menecment fakultəsi SƏRBƏST IŞ 1

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ QAPALI SƏHMDAR CƏMİYYƏTİ AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI. Dəniz naviqasiyası və menecment fakultəsi SƏRBƏST IŞ 1 AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ QAPALI SƏHMDAR CƏMİYYƏTİ AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI Dəniz naviqasiyası və menecment fakultəsi SƏRBƏST IŞ 1 Kafedra:Tətbiqi mexanika Fənn:Materialşünaslıq və materiallar

Διαβάστε περισσότερα

Verbal hiss ə

Verbal hiss ə Verbal hissə Məntiq Bu cür tapşırıqlar ilkin göstəricilər və çıxarılmalı nəticələr baxımından bir-birindən fərqlənir. Buna görə də hər tapşırıqda olan suala xüsusi diqqət yetirin və verilən variantlardan

Διαβάστε περισσότερα

Fiziki coğrafi rayonlaşdırma. Mühazirə 1 Fizikicoğrafi rayonlaşma anlayışı və geokomplekslər. Fiziki-coğrafi rayonlaşmanın təyini

Fiziki coğrafi rayonlaşdırma. Mühazirə 1 Fizikicoğrafi rayonlaşma anlayışı və geokomplekslər. Fiziki-coğrafi rayonlaşmanın təyini Mühazirə 1 Fizikicoğrafi rayonlaşma anlayışı və geokomplekslər Fiziki-coğrafi rayonlaşmanın təyini Təbii rayonların metodiki xüsusiyyətləri və prinsipləri onun təyini ilə sıx əlaqədardır. Təyininə görə

Διαβάστε περισσότερα

E.Q. Orucov TƏTBİQİ FUNKSİONAL ANALİZİN ELEMENTLƏRİ

E.Q. Orucov TƏTBİQİ FUNKSİONAL ANALİZİN ELEMENTLƏRİ E.Q. Orucov TƏTBİQİ FUNKSİONL NLİZİN ELEMENTLƏRİ Baı 8 3 Elmi redator: BDU-u Tətbiqi riyaziyyat afedrasıı müdiri, ME-ı aademii Qasımov M.G. Rəyçilər: fizia-riyaziyyat elmləri dotoru, rofessor İsgədərov

Διαβάστε περισσότερα

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva Bakı Dövlət Universiteti Nanomaterialların n kimyəvi ə ifizikası ikas kafedrası Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva 1 NANOTEXNOLOGİYAYA GİRİŞ. Ş NANOTEXNOLOGİYANIN İNKİŞAF MƏRHƏLƏLƏRİ. 2 Nanoquruluşlar

Διαβάστε περισσότερα

ÜMUMİ FİZİKA KURSU MOLEKULYAR FİZİKA. Niftalı QOCAYEV. II Cild. Universitetlər üçün dərslik

ÜMUMİ FİZİKA KURSU MOLEKULYAR FİZİKA. Niftalı QOCAYEV. II Cild. Universitetlər üçün dərslik Niftalı QOCAYEV ÜMUMİ FİZİKA KURSU II Cild MOLEKULYAR FİZİKA Universitetlər üçün dərslik Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 aprel 2008-ci il tarixli 397 saylı əmri ilə tövsiyə olunmuşdur.

Διαβάστε περισσότερα

Kurs işi. I A qrup elementləri:- alınması, xassələri, birləşmələri, tətbiq sahələri. Plan:

Kurs işi. I A qrup elementləri:- alınması, xassələri, birləşmələri, tətbiq sahələri. Plan: 1 Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti Kafedra: Ümumi və qeyri üzvi kimya Fakültə: Kimya və biologiya Ixtisas: Kimya müəllimliyi Qrup: 361 Kurs: I Tələbə: Nağıyeva İradə

Διαβάστε περισσότερα

Milli Kitabxana A.S.İSAYEV NEFT VƏ QAZ SƏNAYESİNİN İQTİSADİYYATI ÜZRƏ PRAKTİK MƏŞĞƏLƏLƏR

Milli Kitabxana A.S.İSAYEV NEFT VƏ QAZ SƏNAYESİNİN İQTİSADİYYATI ÜZRƏ PRAKTİK MƏŞĞƏLƏLƏR A.S.İSAYEV NEFT VƏ QAZ SƏNAYESİNİN İQTİSADİYYATI ÜZRƏ PRAKTİK MƏŞĞƏLƏLƏR BAKI-2008 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası Neft və qaz sənayesinin iqtisadiyyatı üzrə

Διαβάστε περισσότερα

O caqov H.O. Nağıyev N.T. Muxtarov R.M. MM - də istifadə edilən dozimetrik cihazlar

O caqov H.O. Nağıyev N.T. Muxtarov R.M. MM - də istifadə edilən dozimetrik cihazlar O caqov H.O. Nağıyev N.T. Muxtarov R.M MM - də istifadə edilən dozimetrik cihazlar MM - də istifadə olunan dozimetrik cihazlar İonlaşdırıcı şüalanmanın aşkar edilməsi və ölçülməsi üsulları D ozimetrik

Διαβάστε περισσότερα

16.Aromatik k/h-rin təsnifatı. Aromatik k/h-rin izomerləri və adlanması

16.Aromatik k/h-rin təsnifatı. Aromatik k/h-rin izomerləri və adlanması 15.Tsiklik birləşmələrin fiziki və kimyəvi xassələri. 16.Aromatik k/h-rin təsnifatı. Aromatik k/h-rin izomerləri və adlanması 17. Aromatik k/h-rin alınması, fiziki- kimyəvi xassələri və tətbiq sahələri.

Διαβάστε περισσότερα

A.M.QAFAROV, P.H.SÜLEYMANOV, F.İ.MƏMMƏDOV

A.M.QAFAROV, P.H.SÜLEYMANOV, F.İ.MƏMMƏDOV A.M.QAFAROV, P.H.SÜLEYMANOV, F.İ.MƏMMƏDOV METROLOGİYA STANDARTLAŞDIRMA VƏ SERTİFİKATLAŞDIRMA (Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma fənnindən kurs işlərinin yerinə yetirilməsi üçün metodiki

Διαβάστε περισσότερα

x = l divarları ilə hüdudlanmış oblastda baş verir:

x = l divarları ilə hüdudlanmış oblastda baş verir: Müazirə 3. BİRÖLÇÜLÜ POTNSİAL ÇUXURDA HİSSƏCİYİN HƏRƏKƏTİNİN ŞRDİNGR TƏNLİYİ Tutaq ki, zərrəcik sosuz üür və keçiəz ivarara üuaış fəza obastıa ərəkət eir. Beə obasta potesia çuur eyiir. Divarar keçiəz

Διαβάστε περισσότερα

Astronomiya. Onun bölmələri,öyrəndiyi əsas mənbələr Astrometriya a)sferik astronomiyada b)fundamental astrometriyada c)praktik astronomiyada

Astronomiya. Onun bölmələri,öyrəndiyi əsas mənbələr Astrometriya a)sferik astronomiyada b)fundamental astrometriyada c)praktik astronomiyada Astronomiya. Onun bölmələri,öyrəndiyi əsas mənbələr Astronomiya ən qədim təbiət elmidir.o,göy cisimlərini öyrənir.yunanca astron -göy cismi,ulduz, nomos -qanun,elm deməkdir.bir neçə elmi istiqamətlərdən

Διαβάστε περισσότερα

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ «AVTOMOBİL TEXNİKASI» KAFEDRASI

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ «AVTOMOBİL TEXNİKASI» KAFEDRASI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ «AVTOMOBİL TEXNİKASI» KAFEDRASI "AVTOMOBİLLƏRİN NƏZƏRİYYƏSİ, KONSTRUKSİYA EDİLMƏSİ VƏ HESABI 2" FƏNNİNDƏN MÜHAZİRƏLƏR KONSPEKTİ

Διαβάστε περισσότερα

Azərbaycan Dövlət Aqrar Universiteti. mühəndislik ixtisasları. Aqrar fizika və riyaziyyat. f.-r.e.n., dosent Ağayev Q.Ü.

Azərbaycan Dövlət Aqrar Universiteti. mühəndislik ixtisasları. Aqrar fizika və riyaziyyat. f.-r.e.n., dosent Ağayev Q.Ü. Azərbayca Dövlət Aqrar Uivrsitti. Fakültə: müədislik ixtisasları Kafdra: Aqrar fizika və riyaziyyat Fə: Fizika Müazirəçi: f.-r..., dost Ağayv Q.Ü. Ədəbiyyat:. Савельев И.В. Общий курс физики. I, II, III

Διαβάστε περισσότερα

50-Cİ BKO 2018 NƏZƏRİ TAPŞIRIQLAR BAŞLANĞICA DÖNÜŞ İyul 2018 Bratislava, SLOVAKIYA Praqa, ÇEXİYA

50-Cİ BKO 2018 NƏZƏRİ TAPŞIRIQLAR BAŞLANĞICA DÖNÜŞ İyul 2018 Bratislava, SLOVAKIYA Praqa, ÇEXİYA 19 29 İyul 2018 Bratislava, SLOVAKIYA Praqa, ÇEXİYA www.50icho.eu NƏZƏRİ TAPŞIRIQLAR Ölkə: Paspotda göstərilən ad: Şagird kodu: Dil: 50-Cİ BKO 2018 Beynəlxalq Kimya Olimpiadası SLOVAKIYA & ÇEXİYA BAŞLANĞICA

Διαβάστε περισσότερα

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI Məmmədov Famil Zərbəliyeva Sədaqət FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI Təbiət və fundamental fənlər kafedrası Məmmədov Famil Zərbəliyeva Sədaqət Qeyri-üzvi

Διαβάστε περισσότερα

Cbp' e.ehkfh fhpekfmshsu!

Cbp' e.ehkfh fhpekfmshsu! 2015 N'kbvfn Wvwvb uf,bkbmm'n ntcnb Ntcn brb ]bcc'l'y _ dth,fk d' hbmfpb ]bcc'k'hl'y b,fh'nlbh& }'h ]bcc' 40 nfgishs.s ']fn' tlbh& }'h nfgishs.sy t]nbvfk jkeyfy lqhl mf[el,ti zfdf,s dfhlsh d' jykfhlfy

Διαβάστε περισσότερα

B.Ö.Tahirov, F.M.Namazov, S.N.Əfəndi, E.A.Qasımov, Q.Z.Abdullayeva. Riyaziyyatın tədrisi üsulları

B.Ö.Tahirov, F.M.Namazov, S.N.Əfəndi, E.A.Qasımov, Q.Z.Abdullayeva. Riyaziyyatın tədrisi üsulları B.Ö.Tahirov, F.M.Namazov, S.N.Əfəndi, E.A.Qasımov, Q.Z.Abdullayeva Riyaziyyatın tədrisi üsulları 0 0 7 14 Elmi redaktor: fizika-riyaziyyat elmləri doktoru, professor Karlen İskəndər oğlu Xudaverdiyev Rəyçilər:

Διαβάστε περισσότερα

Müəlliflər (əlifba sırası ilə)

Müəlliflər (əlifba sırası ilə) 1 Müəlliflər (əlifba sırası ilə) A B C Ç D E Ə Əzimə Nəsibova F G H X Xanım İsmayılova İ J K Könül İsmayılzadə Q L M Magistr OL N O Ö P R Reşad Əbilzadə S Ş Şəbnəm Nuruyeva T Təhmasib Quluzadə Turqut İsmayılov

Διαβάστε περισσότερα

Azərbaycan Dövlət Aqrar Universiteti. mühəndislik ixtisasları. Aqrar fizika və riyaziyyat. f.-r.e.n., dosent Ağayev Q.Ü.

Azərbaycan Dövlət Aqrar Universiteti. mühəndislik ixtisasları. Aqrar fizika və riyaziyyat. f.-r.e.n., dosent Ağayev Q.Ü. Aərbaan Dövlə Aqrar niversiei. Fakülə: üəndislik iisasları Kafedra: Aqrar fiika və riaia Fənn: Fiika Müairəçi: f.-r.e.n., dosen Ağaev Q.Ü. Ədəbia: 1. Савельев И.В. Общий курс физики. I, II, III т.т. М.

Διαβάστε περισσότερα

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası Kompüter şəbəkələri

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası Kompüter şəbəkələri Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası İstehsalat proseslərinin avtomatlaşdırılması fakultəsinin İnformasiya emalının və idarəetmənin avtomatlaşdırılmiş sistemləri

Διαβάστε περισσότερα

C.S. ƏSGƏROV. ELEKTROMAQNIT SAHƏ NƏZƏRİYYƏSİNİN XÜSUSİ MƏSƏLƏLƏRİ monoqrafiya

C.S. ƏSGƏROV. ELEKTROMAQNIT SAHƏ NƏZƏRİYYƏSİNİN XÜSUSİ MƏSƏLƏLƏRİ monoqrafiya CS ƏSGƏROV ELEKTROMQNIT SHƏ NƏZƏRİYYƏSİNİN XÜSUSİ MƏSƏLƏLƏRİ monoqafia ZƏRNƏŞR BKI-07 CS ƏSGƏROV ELEKTROMQNIT SHƏ NƏZƏRİYYƏSİNİN XÜSUSİ MƏSƏLƏLƏRİ monoqafia ZƏRNƏŞR BKI-07 BBK 45 C-4 Rəçilə: əbacan Elmi-Tədqiqat

Διαβάστε περισσότερα

6 Ətraf mühitin təsviri

6 Ətraf mühitin təsviri 6 Mündəricat 6.1 Giriş... 5 6.2 Məlumat mənbələri... 5 6.3 Fiziki mühit... 10 6.3.1 Seysmiklik... 10 6.3.2 İqlim... 10 6.4 Qurudakı ətraf mühit... 11 6.4.1 Parametrlər... 11 6.4.2 Hidrologiya... 13 6.4.3

Διαβάστε περισσότερα

T205 Seriyasından Çənin Qaz Örtüyü Requlyatorları

T205 Seriyasından Çənin Qaz Örtüyü Requlyatorları Bülleten 74.1:T205 D103747XAZ2 T205 Seriyasından May 2016-cı il T205 Seriyasından Çənin Qaz Örtüyü Requlyatorları Şəkil 1. T205 Çənin Qaz Örtüyü Requlyatoru Mündəricat Xüsusiyyətləri... 1 Giriş.... 2 Spesifikasiyaları...

Διαβάστε περισσότερα

FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI

FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI KAFEDRA: QİDA MƏHSULLARINI TEXNOLOGİYASI FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI Tərtib etdi: Dos. Qədimova Natəvan Səfər qızı Plan: Suda və yağda həll olan vitaminlərin alınması və tətbiqi. B 6 vitamininin produsentləri,

Διαβάστε περισσότερα

HİDROGEN. OKSİGEN. SU. M.M.Abbasov, A.V.Zülfüqarova, S.M.Abbaszadə, V.H.Əsgərov, B.A.Aslım

HİDROGEN. OKSİGEN. SU. M.M.Abbasov, A.V.Zülfüqarova, S.M.Abbaszadə, V.H.Əsgərov, B.A.Aslım 3-4(55-56)2016 HİDROGEN. OKSİGEN. SU M.M.Abbasov, A.V.Zülfüqarova, S.M.Abbaszadə, V.H.Əsgərov, B.A.Aslım Hidrogen. Kimyəvi elementlərin dövri sisteminin ilk elementidir. Onun atomunun nüvəsində yalnız

Διαβάστε περισσότερα

Metal və ərintilər fizikası Elmi tədqiqat laboratoriyası

Metal və ərintilər fizikası Elmi tədqiqat laboratoriyası Metal və ərintilər fizikası Elmi tədqiqat laboratoriyası 1988-ci illərdə AzMİU-da Fizika kafedrasında elmi tədqiqat işləri geniş miqyasda inkişaf edirdi. Müasir fizikanın ən aktual problemlərini əhatə

Διαβάστε περισσότερα

ELEKTROMAQNETİZMİN İNKİŞAFI

ELEKTROMAQNETİZMİN İNKİŞAFI 1 M Ü H A Z I R Ə 5 ELEKTROMAQNETİZMİN İNKİŞAFI Elektrik və maqnit hadisələri haqqında məlumatlar insanlara çox qədim zamanlardan məlum idi; ildırım, kəhrəbanın xassəsi 1 və s. qeyd etmək olar. Bundan

Διαβάστε περισσότερα

Qeyri-texniki xülasə. 1. Giriş. 2. Siyasi, normativ-hüquqi və inzibati baza. 3. Təsirin qiymətləndirilməsi metodologiyası. 4.

Qeyri-texniki xülasə. 1. Giriş. 2. Siyasi, normativ-hüquqi və inzibati baza. 3. Təsirin qiymətləndirilməsi metodologiyası. 4. Qeyri-texniki xülasə Vahidlər və ixtisarlar 1. Giriş 1.1 Giriş... 1-2 1.1.1 3Ö Seysmik Tədqiqatın Xülasəsi... 1-2 1.1.2 AYDH Kontrakt Sahəsinin yaxınlığında BP-nin digər kəşfiyyat və hasilat fəaliyyətləri...

Διαβάστε περισσότερα

3. Qədimdə sənətkarlar lehimləmə işlərində metal səthindən oksid təbəqəsini təmizləmək üçün hansı reaksiyadan istifadə etmişlər?

3. Qədimdə sənətkarlar lehimləmə işlərində metal səthindən oksid təbəqəsini təmizləmək üçün hansı reaksiyadan istifadə etmişlər? ##book_id=659//book_name= Kompleks birləşmələr kimyası // ##fk=124//ks=02//fn=659// sumalltest= 299 // ##Ali təhsil pilləsi: Bakalavr ##Fakültənin adı: Kimya və biologiya ##Kafedra: Ümumi kimya və KTM

Διαβάστε περισσότερα

YAĞLARDA HƏLL OLAN VİTAMİNLƏR Vitaminlər - hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir. Onlar qidanın əvəzolunmaz

YAĞLARDA HƏLL OLAN VİTAMİNLƏR Vitaminlər - hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir. Onlar qidanın əvəzolunmaz YAĞLARDA HƏLL OLAN VİTAMİNLƏR Vitaminlər - hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir. Onlar qidanın əvəzolunmaz komponentləridir. Vitaminlərin çoxusu insan və heyvan

Διαβάστε περισσότερα

Qeyri-üzvi kimya. (Кimya-1) 1.Kimya elmi, predmeti və əsas məsələləri.

Qeyri-üzvi kimya. (Кimya-1) 1.Kimya elmi, predmeti və əsas məsələləri. Qeyri-üzvi kimya. (Кimya-1) 1.Kimya elmi, predmei və əsas məsələləri. Kimya digər əbiə elmləri fizika, biologiya, geologiya ilə yanaşı əbiədə baş verən prosesləri öyrənən bir elmdir. Təbiə müxəlif cisimlər

Διαβάστε περισσότερα

Fəsil 7 Ətraf mühi ti n i lki n vəzi yyəti

Fəsil 7 Ətraf mühi ti n i lki n vəzi yyəti Fəsil 7 Ətraf mühi ti n i lki n vəzi yyəti MÜNDƏRİCAT 7 ƏTRAF MÜHİTİN İLKİN VƏZİYYƏTİ... 7-1 7.1 Giriş... 7-1 7.2 Geologiya, Geomorfologiya və Geoloji Təhlükələr... 7-1 7.2.1 Giriş... 7-1 7.2.2 Metodologiya...

Διαβάστε περισσότερα

Rəyçilər: İxtisas redaktoru: Asif Nəsib oğlu Məmmədov, kimya üzra elmlar doktoru, professor. Dil redaktoru:

Rəyçilər: İxtisas redaktoru: Asif Nəsib oğlu Məmmədov, kimya üzra elmlar doktoru, professor. Dil redaktoru: Rəyçilər: İxtiyar Bəhram oğlu Bəxtiyarlı, k.e.d., professor, AMEA-nın Kataliz va Qeyri-üzvü Kimya İnstitutunda laboratoriya müdiri Akif Əmiraslan oğlu Teyli, kimya üzra falsafa doktoru, Bakı şahar 83M-H

Διαβάστε περισσότερα

Bank Nəzarəti üzrə Bazel Komitəsi. Beynəlxalq pul köçürmələrinə dair ödəniş-örtülmə məlumatları ilə bağlı lazımi ehtiyat tədbirləri və şəffaflıq

Bank Nəzarəti üzrə Bazel Komitəsi. Beynəlxalq pul köçürmələrinə dair ödəniş-örtülmə məlumatları ilə bağlı lazımi ehtiyat tədbirləri və şəffaflıq Bank Nəzarəti üzrə Bazel Komitəsi Beynəlxalq pul köçürmələrinə dair ödəniş-örtülmə məlumatları ilə bağlı lazımi ehtiyat tədbirləri və şəffaflıq May, 2009 Mündəricat I. İnformasiya axını II. Beynəlxalq

Διαβάστε περισσότερα

İmza M.Y. İmza M.Y. KÖNÜLLÜ TĠBBĠ SIĞORTA QAYDALARI

İmza M.Y. İmza M.Y. KÖNÜLLÜ TĠBBĠ SIĞORTA QAYDALARI Razılaşdırılıb: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin Rəisi N.C.Xəlilov Təsdiq edilmişdir: Xalq Sığorta ASC-nin İdarə Heyətinin Sədri R.T.Qurbanov İmza M.Y. İmza

Διαβάστε περισσότερα

KLİNİK LABORATOR DİAQNOSTİKA

KLİNİK LABORATOR DİAQNOSTİKA AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ AZƏRBAYCAN TİBB UNİVERSİTETİ RAMİN BAYRAMLI YAVƏR HACIYEV KLİNİK

Διαβάστε περισσότερα

9-cu sinif Kimya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

9-cu sinif Kimya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb Respublika Fənn Olimpiadaları Rayon (Şəhər) mərhələsi Kimya Ad Soyad Məktəb 1. İmtahan müddəti 180 dəqiqədir.. 4 səhv cavab 1 düz cavabı aparır. 3. Hər sual 4 bal ilə qiymətləndirilir. 4. Nəzarətçilərə

Διαβάστε περισσότερα

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Kimya dərsliyi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Kimya dərsliyi Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Kimya dərsliyi Müəlliflər: Vaqif Abbasov Abel Məhərrəmov Mütəllim Abbasov Vəli Əliyev Rəcəb Əliyev Akif Əliyev Lətif Qasımov Bakı: Aspoliqraf,

Διαβάστε περισσότερα

Verbal hissə. Analogiyalar

Verbal hissə. Analogiyalar Verbal hissə Analogiyalar Bu cür tapşırıqlarda tünd şriftlə göstərilmiş iki söz (başlanğıc cütlük) verilmişdir. Onların mənaları arasında müəyyən əlaqə vardır. Onların boyunca verilmiş sözü ehtimal olunan

Διαβάστε περισσότερα

DRENAJ, HESABATI, LAYİHƏLƏNDİRİLMƏSİ VƏ İSTİSMARI

DRENAJ, HESABATI, LAYİHƏLƏNDİRİLMƏSİ VƏ İSTİSMARI AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİ AZƏRBAYCAN ELMİ-TƏDQİQAT HİDROTEХNİKA VƏ MELİORASİYA İNSTİTUTU ELM-İSTEHSALAT BİRLİYİ S.T.HƏSƏNOV DRENAJ, HESABATI, LAYİHƏLƏNDİRİLMƏSİ VƏ

Διαβάστε περισσότερα

1210#01#Y15#01#500qiyabi Enerji istehsalı və ətraf mühit

1210#01#Y15#01#500qiyabi Enerji istehsalı və ətraf mühit Стр. 1 из 88 BAXIŞ Testlər/1210#01#Y15#01#500qiyabi/Baxış TEST: 1210#01#Y15#01#500QIYABI Test Fənn Təsviri Müəllif Testlərin vaxtı Suala vaxt Növ 1210#01#Y15#01#500qiyabi 1210 - Enerji istehsalı və ətraf

Διαβάστε περισσότερα

11-ci sinif Biologiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

11-ci sinif Biologiya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb Respublika Fənn Olimpiadaları Rayon (Şəhər) mərhələsi Biologiya Ad Soyad Məktəb 1. İmtahan müddəti 90 dəqiqədir. 2. 4 səhv cavab 1 düz cavabı aparır. 3. Hər sual 4 bal ilə qiymətləndirilir. 4. Nəzarətçilərə

Διαβάστε περισσότερα

KURS İŞİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

KURS İŞİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ Kafedra : Ekologiya və Təbiətdən istifadə Fakültə : Kimya və Biologiya İxtisas : Ekologiya mühəndisliyi KURS İŞİ Mövzu : Sənaye qaz

Διαβάστε περισσότερα

Nanohissəciklərin müxtəlif metodlarla sintezi

Nanohissəciklərin müxtəlif metodlarla sintezi Nanobiotexnologiya Nanohissəciklərin Biosintezi Mühazirə 10 Dr. İsmət Əhmədov Bakı ı Dövlət Universitetinin Nanoaraşdırmalar mərkəzinin aparıcı elmi işçisi Tel: 4325790 ev 3350923 mobil E-mail: ismet522002@yahoo.com

Διαβάστε περισσότερα

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Cəbr və analiгin başlanğıcı dərsliвi

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Cəbr və analiгin başlanğıcı dərsliвi Respuliknın ümumtəhsil məktələrinin 11-ci sinifləri üçün Cər və nliгin şlnğıcı dərsliвi Müəlliflər: Misir Mərdnov Məmməd Yquov Sir Mirzəyev Ağ İrhimov İlhm Hüseynov Məhəmməd Kərimov Ədürrəhim Quliyev Bkı:

Διαβάστε περισσότερα

NYU-YORK 24 SAAT İLHAMӘ QASIMOVA. sağlam və gözəl. Sağlamlıq Sağlam həyat tərzi. Məsləhət Uşaqlarda danışma. Ağız sağlamlığı Ağız qoxusu nədir?

NYU-YORK 24 SAAT İLHAMӘ QASIMOVA. sağlam və gözəl. Sağlamlıq Sağlam həyat tərzi. Məsləhət Uşaqlarda danışma. Ağız sağlamlığı Ağız qoxusu nədir? -ləhəyat sağlam və gözəl SAĞLAMLIQ VƏ GÖZƏLLİK JURNALI Sayı: 5 (16) 2012 Güvəndiyim İnsanlar Ailəm və Evimin İçidir İLHAMӘ QASIMOVA Lalə Dilanova: QADIN XÖŞBƏXTdirsə GÖZƏL görünür Qış meyvә vә tәrәvәzlәrinin

Διαβάστε περισσότερα

RİYAZİYYAT. 2.b -nin hansı qiymətində. tənliklər sisteminin həlli yoxdur? A) 2 B) 3 C) 6 D) 2 E)-3

RİYAZİYYAT. 2.b -nin hansı qiymətində. tənliklər sisteminin həlli yoxdur? A) 2 B) 3 C) 6 D) 2 E)-3 RİYAZİYYAT 1.İki işçi birlikdə müəyyən işi 8 saata yerinə yetirə bilər. Birinci işçi təklikdə bütün işə ikincidən 12 saat az vaxt sərf edir. Birinci işçi təklikdə bütün işə nə qədər vaxt sərf edər? A)

Διαβάστε περισσότερα

Qadınlarla əlaqəli 60 sual

Qadınlarla əlaqəli 60 sual Muhəmməd ibn Saleh əl-useymin Qadınlarla əlaqəli 60 sual Tərcümə: Turab Abdullayev Müəllif: Muhəmməd ibn Saleh əl-useymin Tərcümə: Turab Abdullayev İxtisas redaktoru: M. Qarayev Redaktor: X. Rəfili Hörmətli

Διαβάστε περισσότερα

M.C.Əliyev, F.A.Həsənli M e l i o r a t i v c o ğ r a f i y a B a k ı

M.C.Əliyev, F.A.Həsənli M e l i o r a t i v c o ğ r a f i y a B a k ı M.C.Əliyev, F.A.Həsənli M e l i o r a t i v c o ğ r a f i y a B a k ı - 2 0 1 0 2 1 Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu Coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar

Διαβάστε περισσότερα

NANOBİOTEXNOLOGİYA XXI əsrin texnologiyası

NANOBİOTEXNOLOGİYA XXI əsrin texnologiyası NANOBİOTEXNOLOGİYA XXI əsrin texnologiyası Mühazirə 3 Nanohissəciklər və Nanomaterialların təsnifatı Dr. İsmət Əhmədov Bakı Dövlət Universiteti Nanoaraşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Tel: 4189067

Διαβάστε περισσότερα

QADAĞAN EDİLMİŞ MADDƏLƏR VƏ ÜSULLARIN SİYAHISI

QADAĞAN EDİLMİŞ MADDƏLƏR VƏ ÜSULLARIN SİYAHISI QADAĞAN EDİLMİŞ MADDƏLƏR VƏ ÜSULLARIN SİYAHISI QADAĞAN EDILMIŞ MADDƏLƏR VƏ ÜSULLARIN SIYAHISI Qadağan edilmiş Maddələrin və Üsulların Siyahısı ÜADA tərəfindən təsdiq edilməli, İngilis və Fransız dillərinə

Διαβάστε περισσότερα

6. 14,2 q R2O5 maddəsində 8 q oksigen varsa, RH3 birləş məsinin nisbi

6. 14,2 q R2O5 maddəsində 8 q oksigen varsa, RH3 birləş məsinin nisbi 1.Bəsit maddələr verilmişdir: duda (his), ozon, qrafit, oksigen, qırmızı fosfor. Bu maddələrin tərkibinə neçə kimyəvi element daxildir? A)2 B))3 C)4 D)5 E)6 2. Hansı birləşmədə hidrogenin kütlə payı ən

Διαβάστε περισσότερα

BAXIŞ TEST: 1329#01#Y14#01 KƏSR (QIYABI) 500 BÖLMƏ: 0101

BAXIŞ TEST: 1329#01#Y14#01 KƏSR (QIYABI) 500 BÖLMƏ: 0101 BAXIŞ Testlər/1328#01#Y14#01qiyabi kəsr 500/1329#01#Y14#01 kəsr (qiyabi) 500/Baxış TEST: 1329#01#Y14#01 KƏSR (QIYABI) 500 Test 1329#01#Y14#01 kəsr (qiyabi) 500 Fənn Təsviri 1329 - Kimya II [Təsviri] Müəllif

Διαβάστε περισσότερα