Mühazirə 1: YMB - kimyasi haqqında ümumi məlumat və əsas anlayişlar

Σχετικά έγγραφα
Mühazirə 10: Heterozəncirli polimerlər

POLİMERLƏRİN FİZİKİ KİMYASI

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI

Rəyçilər: İxtisas redaktoru: Asif Nəsib oğlu Məmmədov, kimya üzra elmlar doktoru, professor. Dil redaktoru:

Riyaziyyat. 2. f(x) = (2x 3 4x 2 )e x funksiyasının törəməsini tapın. e) Heç biri

RESPUBLİKA FƏNN OLİMPİADALARI

MÜHAZİRƏ - 3. Karbon klasterləri: füllerenlər, nanoborular, nanoalmazlar və qrafen

Sərbəst iş 5. (metiletilizopropilmetan) (2-metil 4-etil heptan)

Mühazirə 4. HİDROGENƏBƏNZƏR ATOMLAR ÜÇÜN ŞREDİNGER TƏNLİYİNİN HƏLLİ. Nüvədən və bir elektrondan ibarət sistemlərə hidrogenəbənzər sistemlər deyilir.

ÜMUMİ FİZİKA KURSU MOLEKULYAR FİZİKA. Niftalı QOCAYEV. II Cild. Universitetlər üçün dərslik

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

Kurs işi. I A qrup elementləri:- alınması, xassələri, birləşmələri, tətbiq sahələri. Plan:

YAĞLARDA HƏLL OLAN VİTAMİNLƏR Vitaminlər - hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir. Onlar qidanın əvəzolunmaz

M Ü H A Z İ R Ə NANOTEXNOLOGİYALARIN TƏDBİQ SAHƏLƏRİ. NANOELEKTRONİKA: nanoobyektlər əsasında işləyən elektron qurğuları.

HİDROGEN. OKSİGEN. SU. M.M.Abbasov, A.V.Zülfüqarova, S.M.Abbaszadə, V.H.Əsgərov, B.A.Aslım

3. Sərbəst işlərin mövzuları və hazırlanma qaydaları

Son illər ərzində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Sən demə, qədim insanlar da nanotexnologiyalar ilə məşğul olurmuş.

Qeyri-üzvi kimya. (Кimya-1) 1.Kimya elmi, predmeti və əsas məsələləri.

3. Qədimdə sənətkarlar lehimləmə işlərində metal səthindən oksid təbəqəsini təmizləmək üçün hansı reaksiyadan istifadə etmişlər?

dərslik komplektinə dair İLKİN RƏY

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

KURS LAYİHƏSİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI. Fakültə: QNM

Е. S. C Ə F Ə R O V F İ Z İ K A

6. 14,2 q R2O5 maddəsində 8 q oksigen varsa, RH3 birləş məsinin nisbi

16.Aromatik k/h-rin təsnifatı. Aromatik k/h-rin izomerləri və adlanması

BAXIŞ TEST: 1329#01#Y14#01 KƏSR (QIYABI) 500 BÖLMƏ: 0101

9-cu sinif Kimya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

T.M.Pənahov V.İ.Əhmədov ÜMUMİ FİZİKA KURSU FİZİKA -1

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Cəbr 9 dərsliyi

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ QAPALI SƏHMDAR CƏMİYYƏTİ AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI. Dəniz naviqasiyası və menecment fakultəsi SƏRBƏST IŞ 1

II. KINEMATIKA Kinematikaya giriş

1210#01#Y15#01#500qiyabi Enerji istehsalı və ətraf mühit

Antony van Leeuwenhoek

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

KURS İŞİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

Fizika-2 Fənni Üzrə İmtahan. Suallarının Cavabları

"Proqramlaşdırma dilləri və İnformatika" fənnindən imtahan cavabları. 1. İnformasiya anlayışı, onun mövcudolma və təsvir formaları.

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Kimya dərsliyi

ÜZVI KIMYADA FIZIKI TƏDQIQAT ÜSULLARI

B) Hec biri C) A) H 2 N C. T 2 çoxseçimli testlər NH 2 ONH 4 H 2 O C O NH 4 COOH C) CH 2 CH 2 CHNH 2 COOH COOH COOH COOH COOH

Hazırladı: Geologiya mühəndisliyi tələbələri Bakı Design by Ali Agakishiyev

Nanohissəciklərin müxtəlif metodlarla sintezi

Verbal hiss ə

Cbp' e.ehkfh fhpekfmshsu!

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ MÜHƏNDİS GEOLOJİ QRAFİKA

RADİOFİZİKA. Elmi redaktoru: fizika-riyaziyyat elmləri namizədi, dosent N.Ə.Məmmədov AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

Ə.A.Quliyev HƏNDƏSƏ MƏSƏLƏLƏRİ

Xələfli A.A. Redaktor: Əməkdar elm xadimi professor M.İ.İsayeva. Ali məktəb tələbələri üçün dərslik s., 53 şəkil, 7 cədvəl.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası Kompüter şəbəkələri

Verbal hissə. Analogiyalar

50-Cİ BKO 2018 NƏZƏRİ TAPŞIRIQLAR BAŞLANĞICA DÖNÜŞ İyul 2018 Bratislava, SLOVAKIYA Praqa, ÇEXİYA

HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

RОspublikanın ümumtəhsil məktəblərinin 6-cı siniпləri üçün Riyaziyyat dərslik komplekti

ELEKTROMAQNETİZMİN İNKİŞAFI

Fiziki coğrafi rayonlaşdırma. Mühazirə 1 Fizikicoğrafi rayonlaşma anlayışı və geokomplekslər. Fiziki-coğrafi rayonlaşmanın təyini

Laboratoriya işi 6. SZM şəkillərinin işlənməsi və kəmiyyətcə təhlili

Skanedici zond litoqrafiyası.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

QADAĞAN EDİLMİŞ MADDƏLƏR VƏ ÜSULLARIN SİYAHISI

Azərbaycan Dövlət Aqrar Universiteti. mühəndislik ixtisasları. Aqrar fizika və riyaziyyat. f.-r.e.n., dosent Ağayev Q.Ü.

İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI

12. Elektrostatika. Elektrostatika sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini və sabit elektrik cərəyanının xüsusiyyətlərini öyrənir.

C.M.QULUZADƏ R.Q.SƏRTİPZADƏ. Təqvimlərin riyazi və astronomik əsasları. Təqvimlərin riyazi və astronomik əsasları. Bakı 2013.


Milli Kitabxana A.S.İSAYEV NEFT VƏ QAZ SƏNAYESİNİN İQTİSADİYYATI ÜZRƏ PRAKTİK MƏŞĞƏLƏLƏR

A.M.QAFAROV, P.H.SÜLEYMANOV, F.İ.MƏMMƏDOV

KLİNİK LABORATOR DİAQNOSTİKA

Yeyinti qatqılarının qida texnologiyasında istifadəsi 300.

Astronomiya. Onun bölmələri,öyrəndiyi əsas mənbələr Astrometriya a)sferik astronomiyada b)fundamental astrometriyada c)praktik astronomiyada

Sabit cərəyan dövrələri

E.Q. Orucov TƏTBİQİ FUNKSİONAL ANALİZİN ELEMENTLƏRİ

AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ AZƏRBAYCAN TEXNĠKĠ UNĠVERSĠTETĠ «AVTOMOBĠL TEXNĠKASI» KAFEDRASI

FƏSİL IX ELEKROMAQNİT İNDUKSİYASI ÜÇÜN FARADEY QANUNU

Giriş. 1. Revstal emiqramları (x = T; y = - Rlnp); 2. Şou teftoqramları (x= T; y = ); 3. Revstal aeroqramları (x = InT; y = - RTInp);

MEXANIKA VƏ MOLEKULYAR FIZIKA

B.Ö.Tahirov, F.M.Namazov, S.N.Əfəndi, E.A.Qasımov, Q.Z.Abdullayeva. Riyaziyyatın tədrisi üsulları

T205 Seriyasından Çənin Qaz Örtüyü Requlyatorları

O caqov H.O. Nağıyev N.T. Muxtarov R.M. MM - də istifadə edilən dozimetrik cihazlar

Nayma Qəhrəmanova Məhəmməd Kərimov İlham Hüseynov RİYAZİYYAT 10

Fəsil 7 Ətraf mühi ti n i lki n vəzi yyəti

Skanedici zond mikroskopunun köməyi ilə suyun mikroflorasının öyrənilməsi.

Azərbaycan Dövlət Aqrar Universiteti. mühəndislik ixtisasları. Aqrar fizika və riyaziyyat. f.-r.e.n., dosent Ağayev Q.Ü.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ «AVTOMOBİL TEXNİKASI» KAFEDRASI

Qeyri-texniki xülasə. 1. Giriş. 2. Siyasi, normativ-hüquqi və inzibati baza. 3. Təsirin qiymətləndirilməsi metodologiyası. 4.

1.Kompleks ədədlərin ustlü şəkli və onlar üzərində əməllər. 2.Qeyri müəyyən inteqral. Dəyişənin əvəz edilmə üsulu

18x 3x. x + 4 = 1 tənliyinin kökləri hasilini

İmza M.Y. İmza M.Y. KÖNÜLLÜ TĠBBĠ SIĞORTA QAYDALARI

20 Sənayedə ən çox istifadə olunan nasos hansıdır? A) mərkəzdən qaçam nasosu B) porşenli nasos C) plunjerli nasos D) oxlu nasos E) rotorlu nasos 21

Bank Nəzarəti üzrə Bazel Komitəsi. Beynəlxalq pul köçürmələrinə dair ödəniş-örtülmə məlumatları ilə bağlı lazımi ehtiyat tədbirləri və şəffaflıq

NYU-YORK 24 SAAT İLHAMӘ QASIMOVA. sağlam və gözəl. Sağlamlıq Sağlam həyat tərzi. Məsləhət Uşaqlarda danışma. Ağız sağlamlığı Ağız qoxusu nədir?

NANOBİOTEXNOLOGİYA XXI əsrin texnologiyası

Qadınlarla əlaqəli 60 sual

1105yq_Az_Q18_Qiyabi_Yekun imtahan testinin sualları Fənn : 1105yq İstehlak mallarının təhlükəsizliyi

RİYAZİYYAT. 2.b -nin hansı qiymətində. tənliklər sisteminin həlli yoxdur? A) 2 B) 3 C) 6 D) 2 E)-3

Məhsulun adı: LHC724 Heat Conductive Sealant Retainer

10 Kumulyativ, transsərhəd təsirlər və qəza/təsadüfi hadisələr

C.S. ƏSGƏROV. ELEKTROMAQNIT SAHƏ NƏZƏRİYYƏSİNİN XÜSUSİ MƏSƏLƏLƏRİ monoqrafiya

Transcript:

Fənn: Yüksək molekullu birləşmələr kimyası Müəllim: Yavər əfər qızı Qasımova Fakültə: Kimya İxtisas: Kimya müəllimliyi Kafedra: Üzvi kimya və kimya texnologiyası Təhsil pilləsi: Bakalavr Mühazirə 1: YMB - kimyasi haqqında ümumi məlumat və əsas anlayişlar Plan 1. Giriş 2. YMB kimyasının tarixi (nəzəriyyələr) haqqında məlumat 3. YMB kimyasının mühüm anlayışları 4. Yüksək molekullu birləşmələrin təsnifatı və nomenklaturası 1.1. Giriş Polimer nədir? azırda yüksəkmolekullu birləşmələr kimyası böyük sürətlə inkişaf edən müstəqil elm sahələrindən biridir. Müasir dövrdə insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada polimerdən istifadə olunmasın. Polimer maddələr çox qədim zamanlardan mövcuddur. Lakin, bir çoxları güman edirlər ki, bu maddələr kimyaçılar tərəfindən suni və ya sintetik üsulla alınandan sonra məlum olmuşdur. Bu düzgün fikir deyildir. Belə ki, üzvü maddələrin sintetik üsulla alınmasına XIX əsirin əvvəllərindən başlandığı halda, polimer maddələr 100 min ildən əvvəl də məlum olmuşdur. İnsanlar yarandığı gündən bəri gündəlik həyatında daima polimer maddələrlə əlaqədə olmuşdur. Belə ki, ağacın əsasını təşkil edən sellüloz, yun, kətan və kəndir lifləri, gön buğda və kartofun əsasını təşkil edən nişasta və s. polimer maddələr sırasına daxildir. Bütün bunlar həmişə həyat üçün ən vacib vəsait olmuşdur. Polimer maddələr təbiətdə olan bütün maddələr kimi ayrı-ayrı molekullardan, molekullar isə atomlardan təşkil olunmuşdur. Lakin, polimer maddələr onları təşkil edən molekulların iriliyi və molekul çəkilərinin böyüklüyü ilə bəsit maddələrdən fərqlənir. Polimer maddələrin molekul çəkisi bəsit maddələrin molekul çəkisindən bir neçə min dəfəyə qədər çox olur. Bunu misallarla göstərək: amıya məlum olan və hər gün istifadə etdiymiz xörək duzunun molekulu bir Na və bir l atomundan, içdiymiz suyun molekulu isə iki və bir atomundan ibarətdir. Polistirol adlanan polimer maddənin tərkibinə isə minlərlə və atomları daxildir. ər hansı böyük molekulu adi gözlə görmək mümkün olmur. Adətən molekulun ölçüsünü bilmək 1

üçün xüsusi uzunluq vahidi anqstremdən istifadə edilir. Anqstrem sm-in yüz milyonda biridir. Müəyyən edilmişdir ki, su molekulunun ölçüsü 3 anqstremdir. albuki polimer maddə olan sellülozun bir molekulunun uzunluğu bundan çox-çox artıqdır. Müqayisə üçün desək: 10 sm məsafədə 175 milyon su molekulu yerləşdiyi halda, həmin məsafədə sellülozanın 18 min molekulu yerləşir. Deməli, polimer maddələr bəsit maddələrdən ilk növbədə molekullarının böyüklüyü ilə fərqlənir. Polimer sözü iki yunan sözündən ibarət olub poli - çox, meros -hissə deməkdir. Polimerdən fərqli olaraq, kiçik molekullardan təşkil olunan və polimer əmələ gətirə bilən maddələr, məsələn, etilen, asetilen qazı və s. monomer adlanırlar (mono yunanca bir deməkdir). Monomer elə bir halqadır ki, ondan polimerin bütün zənciri qurulur. Tək-tək kərpiclər yığılıb böyük bir binanı əmələ gətirdiyi kimi ayrı-ayrı monomerlər də yığılıb (birləşib) polimeri əmələ gətirir. Monomerlərdə ayrı-ayrı molekullar arasındakı rabitə qüvvəsi çox böyük olmur. nlar birbirlərindən ayrıla bilir. na görə də monomerlər adətən qaz və maye halında olur. Bərk halda olan monomer isə suda və ya başqa həlledicilərdə asanlıqla həll olur. Polimer maddələrin xassələri monomerlərdən tamamilə fərqlidir. Polimerin makro molekulları nə qədər böyük olarsa, onları bir-birindən ayırmaq da bir o qədər çətin olar. Belə birləşmələrdə molekulları atomlara ayırmaq onları bir-birindən ayırmaqdan çox asandır. Əgər bina haqqındakı söhbətimizi davam etdirsək, demək olar ki, divardakı kərpici sındırmaq onu durduğu yerdən çıxartmaqdan çox asandır. Deməli, polimer maddələrin molekulları giqant olmaqla bərabər pəhləvan kimi güclüdür. Məhz buna görə də onlar buxarlanmır və həlledicilərdə çox çətin həll olur. azırda molekul kütləsi 5 mindən yuxarı olan maddələr yüksəkmolekullu birləşmələrə aid edilir. Molekul kütləsinin yuxarı həddi adətən bir neçə yüz minə, bəzən isə bir neçə milyona çatır. Yüksəkmolekullu birləşmələri həmçinin polimerlər də adlandırırlar. Polimerlərin molekulları tərkib və quruluşca eyni olan çoxlu miqdarda hissələrin, fraqmentlərin bir-biri ilə birləşməsi yolu ilə əmələ gəlirlər. Yüksəkmolekulu birləşmələr bizi əhatə edən ətraf mühütdə - canlı və cansız təbiədə geniş yayılmışdır. Bu maddələrin tarixi insan cəmyyətinin tarixi qədər qədimdir, çünki insanlar bu maddələrin tərkibi və quruluşu haqqında ən elementar təsəvvürə malik olmadıqları dövrlərdə belə onlardan öz həyatı ehtiyacları üçün geniş miqyasda istifadə etmişlər. Yun, pambıq, dəri, ağac və s. polimer materialları insanların müxtəlif təlabatını ödəyən vasitələr 2

olmuşlar. Polimer maddələr həm də bu və ya başqa formada canlı materiyanın bitki və heyvanlar aləminin əsasını təşkil edir. Bitkilərin tərkibinə daxil olan polisaxaridlər, liqnin, zülallar, pektin maddələri və s. polimer maddələridir. Zülallar, nuklein turşuları həm də insanların və heyvanlar aləminin həyati proseslərini müəyyən edir. F. Engelsin təbirincə desək, «əyat zülali maddələrin mövcudluq formasıdır». Nuklein turşuları orqanizmdə zülal sintezi və irsiyyətlə əlaqədar olan çox mürəkkəb prosesləri tənzim edir. Polimerlər cansız təbiətdə də geniş yayılmışdır. Yer səthinin əsas hissəsi polimer şəklində olan silisium 4-oksid və alminium oksiddir. Kvars, dağ billuru, ametist silisum 4-oksidin, korund, rubin, sapfir isə alminum-oksidin polimerləridir. Təbiətdə rast gəlinən almaz, qrafit polimer halında olan karbondur. Yalnız XX əsirin əvvəllərində bu maddələr kimyəvi yolla sintez etmək, habelə onların xassələrini öyrənmək imkanı yarandıqdan sonra polimerlər müstəqil maddələr şəkilində ayrılmağa başlandı. Əsas səbəb, polimerlərin kiçik molekullu birləşmələrdən fərqli olan kompleks xassələrə malik olmasıdır. Bu xassələrdən ən mühümü, bütün polimerlərin yüksək molekul kütləsinə malik olmalarıdır. Polimerlərin çeviklik, fiziki halları, məhlulların xüsusiyyətləri və s. kimi polimerlərin başqa xassələri onların yüksək molekul kütlələrinin funksiyası kimi dəyişir. Polimerlərin həllolma prosesi, polimerlərin çox duru məhlulları belə, adi üzvi birləşmələrin məhlularından və həllolma prosesindən fərqlənir (böyük özlülüyə malikdir). XX əsirin 20-30-cu illərində kimyanın bir sahəsi olan polimer kimyası müstəqil elm sahəsinə çevrilməyə başlamışdır və polimerlər haqqında kolloid nəzəriyyə meydana gəldi. Polimer məhlularının kolloid məhlullar kimi yüksək özlülüyə malik olması, polimer makromolekullarının ölçülərinə görə kolloid hissəciklərə yaxın olması onlara liofil kolloidlər kimi baxılmasına əsas verirdi. 1.2. YMB kimyasının tarixi haqqında məlumat Polimer kalloidlərin quruluşu haqqında iki təsəvvür - K.Meyer, Q.Markın mitsel nəzəriyyəsi, Q.Ştaudingerin makromolekulyar nəzəriyyəsi daha çox yayılmışdı. 1-ci nəzəriyyəyə görə polimerlərə sərt makromolekul dəstələrindən ibarət mitsellər kimi baxılırdı. 2-ci nəzəriyyə isə öz aralarında assosiasiya etməyən çox uzun makromolekulların mövcud olması fikrinə əsaslanırdı. Bu mülahizələr polimer kimyasının formalaşmasında müsbət rol oynamışdı. Polimerlərin müasir quruluş nəzəriyyəsinin yaradılmasında bir çox yeni polimer maddələr sintezi həlledici rol oynadı. 30-cu illərin əvvəllərində ilk dəfə olaraq S.V.Lebedevin rəhbərliyi ilə keçmiş SSRİ- 3

də sintetik kauçuk alındı. ABŞ-da U. Karozers sintetik polimid efirlərinin ilk nümayəndələrini sintez etdi. 1953-1954-cü illərdə K.Siqler və.natta tərəfindən stereo-müntəzəm quruluşlu yeni tipli polimerlərin sintezi YMB- kimyası elmində yeni bir səhifə açdı. Zülallar və nüklein turşuları kimi mürəkkəb təbii bioloji polimerlərin quruluşunun öyrənilməsi (Fişer, Sencer, Todd, Uotson, Krik, Belozerski) və onların bir çoxunun sintez edilməsi yüksəkmolekullu birləşmələr kimyasının yeni böyük nailiyyətlərindən biri oldu. Beləliklə, tarixən çox qısa bir müddət ərzində yüksəkmolekullu birləşmələr kimyası böyük sürətlə inkişaf edərək XX əsirin başlıca elm sahələrindən birinə çevrildi. 1.3. YMB kimyasının mühüm anlayışları Yüksəkmolekullu birləşmələrin molekulları kiçik molekullu maddələrin molekullarına nisbətən böyük ölçülərə malikdirlər. na görə də polimerlərin molekullarına makromolekullar deyilir. Polimer makromolekullarının tərkibi dəfələrlə təkrar olunan atom qruplardan ibarət olur. Belə qruplar elementar zvenolar (manqalar) adlanır. Məsələn, təbii kauçuk makromolekulunun.... 2 2 2 2 2 2... 3 3 3 2 2 hissəsidir. Elementar zvenosi makromolekul zəncirinin təkrar olunan 3 Ümumi halda elementar zvenonu A ilə işarə etsək polimer makro- molekulunu... A A A A A A A... şəklində göstərmək olar. Makromolekulu, həmçinin, elementar zvenonu yazıb indeksdə oların sayını göstərməklə də ifadə edirlər. 3 Məs. təbii kauçuku 2 2 n yaxud [ 5 8 ] n Polietileni [ 2 2 ] n yaxud [ 2 4 ] n şəklində yazmaq olar. Makromolekulda elementar zvenavorların sayını göstərən n, polimerləşmə dərəcəsini (R) ifadə edir. Polimerləşmə dərəcəsi polimerin molekul kütləsini xarakterizə edir və aşağıdakı sadə asılılıqla müəyyən olunur. R= m M, burada M və m uygun olaraq, polimerin və elementar zvenonun molekul kütlələridir. 4

Yüksək molekullu birləşmələr üçün mühüm göstəricilərdən biri olan molekul kütləsi anlayışı kiçik molekul kütləli birləşmələr üçün müvcud olan molekul kütləsi anlayışından müəyyən qədər fərqlidir. Klassik kimyada molekul kütləsi birləşmənin fərdliyini müəyyən edən göstəricidir və onun dəyişməsilə birləşmənin fiziki-kimyəvi xassələri dəyişir. Yüksək molekulu birləşmələr üçün orta molekul kütləsi (M) anlayışından istifadə edilir və onun çox da böyük olmayan həddə (adətən bir neçə min) dəyişməsi polimerin xassələrində nəzərə çarpacaq dəyişikliklərə səbəb olmur. rta molekul kütləsi anlayışı polimerlərin alınma reyaksiyalarının xarakteri ilə əlaqədar olaraq müxtəlif uzunluqda, müxtəlif molekul kütləli makromolekulların əmələ gəlməsi ilə əlaqədardır. Eyni polimerin molekul kütlələrinə görə fərqlənən belə makromolekullarına polimerhomoloqlar deyilir. Polimerhomoloqların bir-birindən ayrılması imkanı hələlik məlum deyildir və alınan polimer onların qarışığından ibarət olur. Deməli, təcrübədə təyin edilən molekul kütləsi polimerhomoloqların molekul kütlələrinin orta statistik qiymətidir. Fiziki xassələrinə görə bir-birindən ayrıla bilən nisbətən aşağı molekul kütləli polimerhomoloqlardan ibarət maddələrə oliqomerlər deyilir. Molekul kütləsi 500-5000 həddində olan oliqomerlər yüksək molekullu birləşmələrin əsas xassələrini göstərməsələr də onları kiçik molekullu birləşmələrə aid etmək olmaz. Polimer makromolekulunun tərkibi və zəncirinin quruluşu ilə əlaqədar olan bəzi anlayışlarla tanış olaq: Makromolekulun elementar zvenoları kimyəvi tərkibcə eyni, yaxud müxtəlif ola bilər. Əgər makromolekula eyni tərkibli elementar zvenolardan düzəlmişsə belə polimerlərə homopolimerlər deyilir. Məsələn, polietilen ( 2 2 ) n, polistirol, polivinilxlorid ( 2 l ) n, və s. homopolimerlərdir. Makromolekulaya kimyəvi tərkibinə görə fərqlənən ən azı iki tip müxtəlif zvenolar daxil olarsa, belə polimerlər birgə polimerlər və ya sopolimerlər adlanır. Ümümi şəkildə sopolimerin tərkibini aşağdakı kimi ifadə etmək olar.... A A B A B B B A... yaxud... A B B B A A... Zülallar, nuklein turşuları kimi təbii polimerlər və bir sıra sintetik polimerlər (butadien-stirol kauçuku, etilen-propilen elastomeri və s.) birgə polimerlərdir. Müxtəlif elementar zvenolar birgə polimer zəncirində xaotik şəkildə, yaxud nizamla yerləşə bilərlər. Zvenoların düzgün növbələndiyi birgə polimerlər müntəzəm, xaotik yerləşdiyi birgə polimerlər isə qeyri-müntəzəm və ya statistik birgə polimerlər adlanırlar. Əksər birgə polimerlər qeyri- 5

müntəzəmdirlər. Müntəzəm birgə polimerlərə, stirolun malein anhidridi ilə birgə polimerini misal göstərmək olar. Bir çox hallarda müxtəlif tip elementar zvenolar birgə polimer zəncirində bloklar şəklində yerləşir. Bu cür polimerlərə blok birgə polimerlər deyilir:... A A A A A A A B B B B... Bəzən bir tip elementar zvenodan düzəlmiş əsas zəncirə, başqa tip elementar zvenolardan ibarət bloklar şaxələr şəklində birləşir. Belə polimerlər calaq olunmuş birgə polimerlər adlanır.... A A A A A A A... B B B...... Makromolekulun eynilik dövrü, həndəsi formaları, habelə zəncirin fəza quruluşu haqqında olan anlayışları da qeyd etmək lazımdır. Polimerin kristallaşma qabiliyyəti ilə əlaqədar olan eynilik dövrü zəncirin quruluşca eyni olan hissələri arasındakı məsafəyə deyilir və nanometrlərlə ölçülür. Məs., təbii kauçukun bütün makromolekulları quruluşca eyni deyildir. Kristal kauçukda (sis-izomer) zəncirin quruluşca eyni olan hissələrinə iki elementar zveno, quttaperçada (trans izomer) isə bir elementar zveno daxil olur: 3 2 2 3 2 2 2 2 3 2 2 3 3 3 3 2... 2 2 2 2... 2 0,816 nm sis-izomer... 3 2 3 2 2 2... 2 0,48 nm 0,48 nm trans-izomer 3 Sellüloza makromolekulunda da B-D-andhidroqlükozanın piranoz tsikli biri- birinə nisbətən 180 0 2 6

dönmüşdür və buna görə də zəncirin eyni quruluşlu hissələrinə iki elementar zveno daxil olur: 2 2 2 2 2 Polimerlərin biri çox fiziki- mexaniki xassələrini müəyyən edən amillərdən biri makromolekul zəncirinin həndəsi quruluş formasıdır. Xətti polimerlərin makromolekulları yüksək asimtriyaya malik olan uzun zəncirlərdən ibarətdir. Belə zəncirlərin eninə ölçüləri, monomer molekulunun eninə ölçüsünə bərabər olub uzunluğu bu ölçülərdən biri neçə min dəfə çox olur. Xətti polimerlərə misal olaraq təbii kauçuk, sellüloza, polietilen, polistirol vəs. göstərmək olar. Makromolekul zəncirində şaxələrin, budaqların olduğu polimerlər şaxəli polimerlər adlanır. alaq olunmuş birgə polimerlər belə polimerdəndir. Tor şəkilli polimerlərdən xətti makromolekullar kimyəvi rabitələrlə eninə istiqamətdə tikilmişlər. Tor şəkilli polimerlərin müxtəlif növləri (pilləkanvari (c), parketvari(ç), üçölçülü (d) vardır (c, ç, d). Təbii yun, almaz, qrafit, qliftal qətranları, fenol-formaldehid qətranları (rezit) torşəkilli polimerlər sırasına daxildir. Makromolekul zəncirinin quruluş müxtəlifliyi α-əvəz olunmuş olefinlərin polimerlərində əvəzedicilərin əsas müstəvisinə nisbətən müxtəlif vəziyyətlərdə yerləşməsilə də müəyyən oluna bilər. Stereo-müntəzəm və ya fəza-müntəzəm quruluşlu polimerlər adlanan bu tip polimerlər 1953-1954-cü illərdə.natta və K.Siqler tərəfindən sintez olunmuşdur. α,β-birləşmə qaydası üzrə əmələ gələn bu polimerlərin iki növü vardır: izotaktik və sindiotaktik. Elementar zvenolardakı əvəzedicilərin makromolekul müstəvisinin yalnız bir tərəfində yerləşdiyi polimerlər iziotaktik polimerlər adlanır.(izos-eyni, taksis-qayda ilə yerləşmək deməkdir). İzotaktik polimerin quruluşu aşağıdakı kimidir: 7

...... 3 3 3 3 3 3 3 3 Əvəzedicilərin zəncir müstəvisinin hər iki tərəfində düzgün növbələndiyi polimerlərə sindiotaktik polimerlər deyilir. Sindiotaktik polimerlərə misal olaraq poli-1,2-butadieni göstərmək olar: 2 2 2 2 2 2 2 2 1.4. Yüksək molekullu birləşmələrin təsnifatı və nomenklaturası Yüksək molekullu birləşmələri müxtəlif əlamətlərə görə müəyyən qruplara ayırırlar. Mənşəyinə görə əsasən polimerləri 3 qrupa bölürlər: 1. Təbii polimerlər. Bu qrupa təbii şəraitdə əmələ gələn, bitkilər və heyvanlar aləmində, təbii minerallarda və yer səthində yayılmış polimerlər daxildir. Zülallar, nuklein turşuları, polisaxaridlər, qrafit, almaz və s. təbii polimerlərdir. Son illər təbii polimerləri bioloji polimerlər də adlandırırlar. 2. Süni polimerlər. Bu tip polimerlər təbii polimerlərin kimyəvi yolla emalından alınır. Sellülozanın nitrolaşmasından alınan nitrosellüloza asetilləşməsindən aınan asitilsellülozlar süni polimerlərdir. 3. Sintetik polimerlər. Kiçikmolekullu birləşmələrdən sintez yolu ilə alınan polimerlər sintetik polimerlər adlanır. Polietilen, polistirol, butadienstirol kauçuku, polivinilxlorid və çoxlu sayda bu tip polimerlər sintetik polimerlərdir. Əsas zəncirin quruluşuna görə yüksəkmolekullu birləşmələr üç qrupa bölünür. 1. Əsas zənciri eyni atomlardan düzəlmiş homozəncirli polimerlər: Bu tip polimerlərin makromolekul zəncirini əksər hallarda karbon atomları təşkil etdiyindən onlara çox vaxt karbon zəncirli polimerlər də deyilir. Təbii kauçuk, polistirol, polivinilxlorid, polietilen, almaz və s. karbon zəncirli polimerlərdir. 2. Əsas zənciri iki və daha çox müxtəlif element atomlarından təşkil olunmuş heterozəncirli polimerlər: Belə polimerlərin makromolekul zəncirinə karbon atomları ilə yanaşı, oksigen, kükürd, azot, fosfor və s. element atomları daxil olur. Zülallar, polisaxaridlər, nuklein turşuları, kapron, naylon, lavsan və s. heterozəncirli polimerlərə aiddir. 3. Qoşulmuş rabitəli yüksəkmolekullu biləşmələr: bu tip polimerlərin makromolekul zəncirində bir-biri ilə qoşulmuş rabitələr olur. 8

... = = =-... yaxud...... Yuxarıda qeyd edilən qruplar daxilində polimerləri daha kiçik qruplara bölmək olar. Məsələn: 1) Karbonzəncirli yüksəkmolekullu birləşmələri elementar zvenonun tərkibinə görə karbohidrogenlərin, spirtlərin, turşuların, aldehidlərin, efirlərin və s. polimerləri olmaqla ayrı-ayrı altqruplara ayırırlar. 2) eterozəncirli polimerlərə isə oksigenli, azotlu, kükürdlü, fosforlu element, üzvi yüksəkmolekullu birləşmələr daxil edilir. 3) Poliasetilenlər, polifenilenlər, polinitrillər və s. qoşulmuş rabitəli polimerlərin ayrı-ayrı altqruplarıdır. Yüksəkmolekullu birləşmələrin nomenklaturası kiçik molekullu birləşmələrə nisbətən daha sadədir. nların adları, bir qayda olaraq, alındıqları kiçik molekullu birləşmənin adının qarşısına poli sözönlüyü əlavə etməklə düzəldilir. Məs., stiroldan alınan polimer polistirol, vinilxloriddən alınan polimer polivinilxlorid, izoprendən alınan polimer poliizopren və s. adlanır. Birgə polimerlərin adlarını düzətmək üçün uyğun birləşmələrin adlarından və birgə polimer sözlərindən istifadə edilir. Məs., butadien-stirol birgə polimeri, stirol-metilmetakrilat birgə polimeri və s. Bir çox hallarda polimerlər üçün daha ümumi adlar işlədilir. Məs., zəncirində mürəkkəb efir qrupu olan polimerlər poliefirlər, amid qrupu saxlayan polimerlər isə poliamidlər adlanırlar. Bəzi polimerlər üçün bu və ya başqa səbəblə əlaqədar olaraq verilmiş təsadüfi adlardan istifadə edilir. Məs., tereftal turşusu və etilenqlikol əsasında SSRİ Elimlər Akademiyasının Yüksəkmolekullu birləşmələr labaratoriyasında alınmış polimer bu laboratoriyanın rus dilində adına uyğun olaraq lavsan (лаборатория высокомолекиляpных соединений Академии наук), diaminlər və dikarbon turşuları əsasında alınan poliamidlər Nyu-York və London şəhərlərinin şərəfinə Naylon (найлон) adlanır. Ayrı-ayrı polimerlərin müxtəlif ölkələrdə qəbul olunmuş çoxlu sayda firma adları da mövcuddur. Praktikum / Sərbəst araşdırma Monomer, oliqomer və polimerin əsas fərqləri. Polietilenin alınması üsulları və tətbiq sahələri haqqında ətraflı məlumat 9

Testlər 1. Polimer maddələr nə vaxtdan mövcud olmuşdur? A) Çox qədim zamanlardan B) Kimyaçılar tərəfindən süni və sintetik üsulla polimer maddələr alınandan sonra ) Yaxın zamanlardan D) XX əsrdən E) Son illərdən 2. Polimer maddələr hansı xüsusiyyətlərinə görə bəsit maddələrdən fərqlənirlər? A) nları təşkil edən molekulların həcmi və molekul kütləsinin böyüklüyü ilə B) Yalnız onları təşkil edən molekulların həcmi ilə ) Yalnız onları təşkil edən molekulların molekul kütləsinin böyüklüyü ilə D) nları təşkil edən atomların sayı ilə E) eç nə ilə fərqlənmir 3. Ümumi şəkildə nizamlı quruluşlu birgə (so) polimer hansıdır? 1.... A A A B B B A A A... 2.... A B A B A B A... 3.... A B A A B A B A B B... A) Yalnız 2 B) Yalnız 3 ) Yalnız 1 D) 2; 3 E) 1; 3 4. Polimerləşmə dərəcəsi hansı asılılıqla müəyyən olunur? A) P=M/m B) P=m/M ) K=m/V D) =ν/v 10

E) ν=m/m 5. Aşağıdakı variantların hansında yalnız təbii polimerlər verilmişdir? A) Zülallar, polisaxaridlər, qrafit, almaz, nuklein turşuları B) Zülallar, sellülozanın efirləri, polistirol ) Nişasta, sellüloza, xlorlaşmış təbii kauçuk, butadien-stirol birgə polimeri D) Təbii kauçuk, xlorlaşmış təbii kauçuk, polivinilxlorid E) Asetilsellülozlar, sellüloza, nuklein tuşuları, polietilen 6. ansı variantda yalnız homozəncirli polimerlər verilmişdir? A) Təbii kauçuk, polistirol,polivinilxlorid, polietilen, almaz B) Təbii kauçuk, polisaxaridlər, kapron, naylon ) Polietilen, nuklein turşuları, kapron, lavsan D) Polivinilxlorid, polietilen, lavsan, almaz E) Almaz, lavsan, kapron, polistirol, təbii kauçuk 7. Monomerlərin aqreqat halları hansılardır? A) Qaz, maye və bərk B) Yalniz maye ) Yalniz bərk D) Yalniz qaz E) Bərk, maye 8. Silisium oksidin polimerləri hansı variantda düzgün verilmişdir? A) Kvars, dağ billuru, ametist B) Korund, rubin, sapfir ) Almaz, qrafit D) Almaz, kvars E) Qrafit, korund 9. Birgə polimerlər hansı quruluşda olurlar və nə ilə fərqlənirlər? A) Ataktik, müntəzəm, qeyri-müntəzəm və yerləşməsi ilə fərqlənirlər 11

B) Müntəzəm, qeyri- müntəzəm və fərqlənmirlər ) Müntəzəm və elementar zvenoların nizamsız yerləşməsi ilə fərqlənirlər D) Qeyri müntəzəm və elementar zvenoların nizamsız yerləşməsi ilə fərqlənirlər E) eç biri 10. rta molekul kütləsi 408000 olan poliizoprenin polimerləşmə dərəcəsi neçədir? A) 6000 B) 3000 ) 12000 D) 1500 E) 600 Ədəbiyyat 1. Əkbərov.., Əzizov A.Ə., Əkbərov E.. Yüksək molekullu birləşmələr kimyası. Bakı, Universitet nəşr., 2004 2. Əkbərov.., Əzizov A.Ə. Yüksək molekullu birləşmələr kimyası, Bakı, Universitet nəşr., 2007 12