dərslik komplektinə dair İLKİN RƏY

Σχετικά έγγραφα
Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Kimya dərsliyi

RОspublikanın ümumtəhsil məktəblərinin 6-cı siniпləri üçün Riyaziyyat dərslik komplekti

9-cu sinif Kimya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

HİDROGEN. OKSİGEN. SU. M.M.Abbasov, A.V.Zülfüqarova, S.M.Abbaszadə, V.H.Əsgərov, B.A.Aslım

RESPUBLİKA FƏNN OLİMPİADALARI

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Cəbr 9 dərsliyi

6. 14,2 q R2O5 maddəsində 8 q oksigen varsa, RH3 birləş məsinin nisbi

KURS LAYİHƏSİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI. Fakültə: QNM

Kurs işi. I A qrup elementləri:- alınması, xassələri, birləşmələri, tətbiq sahələri. Plan:

Mühazirə 1: YMB - kimyasi haqqında ümumi məlumat və əsas anlayişlar

MÜHAZİRƏ - 3. Karbon klasterləri: füllerenlər, nanoborular, nanoalmazlar və qrafen

3. Sərbəst işlərin mövzuları və hazırlanma qaydaları

16.Aromatik k/h-rin təsnifatı. Aromatik k/h-rin izomerləri və adlanması

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Cəbr və analiгin başlanğıcı dərsliвi

Rəyçilər: İxtisas redaktoru: Asif Nəsib oğlu Məmmədov, kimya üzra elmlar doktoru, professor. Dil redaktoru:

Sərbəst iş 5. (metiletilizopropilmetan) (2-metil 4-etil heptan)

Mühazirə 10: Heterozəncirli polimerlər

Riyaziyyat. 2. f(x) = (2x 3 4x 2 )e x funksiyasının törəməsini tapın. e) Heç biri

BAXIŞ TEST: 1329#01#Y14#01 KƏSR (QIYABI) 500 BÖLMƏ: 0101

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

3. Qədimdə sənətkarlar lehimləmə işlərində metal səthindən oksid təbəqəsini təmizləmək üçün hansı reaksiyadan istifadə etmişlər?

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI

50-Cİ BKO 2018 NƏZƏRİ TAPŞIRIQLAR BAŞLANĞICA DÖNÜŞ İyul 2018 Bratislava, SLOVAKIYA Praqa, ÇEXİYA

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

POLİMERLƏRİN FİZİKİ KİMYASI

Е. S. C Ə F Ə R O V F İ Z İ K A

YAĞLARDA HƏLL OLAN VİTAMİNLƏR Vitaminlər - hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir. Onlar qidanın əvəzolunmaz

Mühazirə 4. HİDROGENƏBƏNZƏR ATOMLAR ÜÇÜN ŞREDİNGER TƏNLİYİNİN HƏLLİ. Nüvədən və bir elektrondan ibarət sistemlərə hidrogenəbənzər sistemlər deyilir.

ÜMUMİ FİZİKA KURSU MOLEKULYAR FİZİKA. Niftalı QOCAYEV. II Cild. Universitetlər üçün dərslik

M Ü H A Z İ R Ə NANOTEXNOLOGİYALARIN TƏDBİQ SAHƏLƏRİ. NANOELEKTRONİKA: nanoobyektlər əsasında işləyən elektron qurğuları.

Qeyri-üzvi kimya. (Кimya-1) 1.Kimya elmi, predmeti və əsas məsələləri.

ÜZVI KIMYADA FIZIKI TƏDQIQAT ÜSULLARI

Nayma Qəhrəmanova Məhəmməd Kərimov İlham Hüseynov RİYAZİYYAT 10

Test: AAA_1315y#01#Q16#01 Eduman Fenn: 1315Y Kimya Sual sayi: ) Sual:Sәnayedә Al i hansı üsulla alırlar?

"Proqramlaşdırma dilləri və İnformatika" fənnindən imtahan cavabları. 1. İnformasiya anlayışı, onun mövcudolma və təsvir formaları.

T.M.Pənahov V.İ.Əhmədov ÜMUMİ FİZİKA KURSU FİZİKA -1

B.Ö.Tahirov, F.M.Namazov, S.N.Əfəndi, E.A.Qasımov, Q.Z.Abdullayeva. Riyaziyyatın tədrisi üsulları

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ QAPALI SƏHMDAR CƏMİYYƏTİ AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI. Dəniz naviqasiyası və menecment fakultəsi SƏRBƏST IŞ 1

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

FƏSİL IX ELEKROMAQNİT İNDUKSİYASI ÜÇÜN FARADEY QANUNU

ΟΜΟΣΠΟΝ ΙΑ ΕΚΠΑΙ ΕΥΤΙΚΩΝ ΦΡΟΝΤΙΣΤΩΝ ΕΛΛΑ ΟΣ (Ο.Ε.Φ.Ε.) ΕΠΑΝΑΛΗΠΤΙΚΑ ΘΕΜΑΤΑ ΕΠΑΝΑΛΗΠΤΙΚΑ ΘΕΜΑΤΑ ÄÉÁÍüÇÓÇ

Xələfli A.A. Redaktor: Əməkdar elm xadimi professor M.İ.İsayeva. Ali məktəb tələbələri üçün dərslik s., 53 şəkil, 7 cədvəl.

O caqov H.O. Nağıyev N.T. Muxtarov R.M. MM - də istifadə edilən dozimetrik cihazlar

12. Elektrostatika. Elektrostatika sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini və sabit elektrik cərəyanının xüsusiyyətlərini öyrənir.

Giriş. 1. Revstal emiqramları (x = T; y = - Rlnp); 2. Şou teftoqramları (x= T; y = ); 3. Revstal aeroqramları (x = InT; y = - RTInp);

Sabit cərəyan dövrələri

QADAĞAN EDİLMİŞ MADDƏLƏR VƏ ÜSULLARIN SİYAHISI

HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ MÜHƏNDİS GEOLOJİ QRAFİKA

ΗΛΙΑΣΚΟΣ ΦΡΟΝΤΙΣΤΗΡΙΑ. Γενικής Παιδείας Χημεία Α Λυκείου ΥΠΗΡΕΣΙΕΣ ΠΑΙΔΕΙΑΣ ΥΨΗΛΟΥ ΕΠΙΠΕΔΟΥ. Επιμέλεια: ΒΑΣΙΛΗΣ ΛΟΓΟΘΕΤΗΣ

ELEKTROMAQNETİZMİN İNKİŞAFI

Antony van Leeuwenhoek

ΦΡΟΝΤΙΣΤΗΡΙΟ Μ.Ε. ΣΥΜΒΟΛΟ ΤΡΑΠΕΖΑ ΘΕΜΑΤΩΝ Α ΛΥΚΕΙΟΥ ΑΝΤΙ ΡΑΣΕΙΣ

Müəlliflər (əlifba sırası ilə)

Skanedici zond litoqrafiyası.

Laboratoriya işi 6. SZM şəkillərinin işlənməsi və kəmiyyətcə təhlili

Son illər ərzində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Sən demə, qədim insanlar da nanotexnologiyalar ilə məşğul olurmuş.

II. KINEMATIKA Kinematikaya giriş

RADİOFİZİKA. Elmi redaktoru: fizika-riyaziyyat elmləri namizədi, dosent N.Ə.Məmmədov AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

KURS İŞİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

Nanohissəciklərin müxtəlif metodlarla sintezi

Qeyri-texniki xülasə. 1. Giriş. 2. Siyasi, normativ-hüquqi və inzibati baza. 3. Təsirin qiymətləndirilməsi metodologiyası. 4.

Hazırladı: Geologiya mühəndisliyi tələbələri Bakı Design by Ali Agakishiyev

1210#01#Y15#01#500qiyabi Enerji istehsalı və ətraf mühit

Fizika-2 Fənni Üzrə İmtahan. Suallarının Cavabları

Fiziki coğrafi rayonlaşdırma. Mühazirə 1 Fizikicoğrafi rayonlaşma anlayışı və geokomplekslər. Fiziki-coğrafi rayonlaşmanın təyini

Fəsil 7 Ətraf mühi ti n i lki n vəzi yyəti

Verbal hiss ə


Α ΛΥΚΕΙΟΥ ΕΠΑΝΑΛΗΠΤΙΚΟ ΔΙΑΓΩΝΙΣΜΑ (ΚΕΦΑΛΑΙΑ 2-3) ( ) ΘΕΜΑ Α Α1.

Bank Nəzarəti üzrə Bazel Komitəsi. Beynəlxalq pul köçürmələrinə dair ödəniş-örtülmə məlumatları ilə bağlı lazımi ehtiyat tədbirləri və şəffaflıq

Milli Kitabxana A.S.İSAYEV NEFT VƏ QAZ SƏNAYESİNİN İQTİSADİYYATI ÜZRƏ PRAKTİK MƏŞĞƏLƏLƏR

Verbal hissə. Analogiyalar

Ə.A.Quliyev HƏNDƏSƏ MƏSƏLƏLƏRİ

Yeyinti qatqılarının qida texnologiyasında istifadəsi 300.

B) Hec biri C) A) H 2 N C. T 2 çoxseçimli testlər NH 2 ONH 4 H 2 O C O NH 4 COOH C) CH 2 CH 2 CHNH 2 COOH COOH COOH COOH COOH

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

Cbp' e.ehkfh fhpekfmshsu!

İmza M.Y. İmza M.Y. KÖNÜLLÜ TĠBBĠ SIĞORTA QAYDALARI

ΟΜΟΣΠΟΝΔΙΑ ΕΚΠΑΙΔΕΥΤΙΚΩΝ ΦΡΟΝΤΙΣΤΩΝ ΕΛΛΑΔΟΣ (Ο.Ε.Φ.Ε.) ΕΠΑΝΑΛΗΠΤΙΚΑ ΘΕΜΑΤΑ ΕΠΑΝΑΛΗΠΤΙΚΑ ΘΕΜΑΤΑ 2019 Β ΦΑΣΗ

T205 Seriyasından Çənin Qaz Örtüyü Requlyatorları

A.M.QAFAROV, P.H.SÜLEYMANOV, F.İ.MƏMMƏDOV

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası Kompüter şəbəkələri

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ «AVTOMOBİL TEXNİKASI» KAFEDRASI

3. Να συμπληρωθούν οι παρακάτω αντιδράσεις:

Skanedici zond mikroskopunun köməyi ilə suyun mikroflorasının öyrənilməsi.

ΟΜΟΣΠΟΝΔΙΑ ΕΚΠΑΙΔΕΥΤΙΚΩΝ ΦΡΟΝΤΙΣΤΩΝ ΕΛΛΑΔΟΣ (Ο.Ε.Φ.Ε.) ΕΠΑΝΑΛΗΠΤΙΚΑ ΘΕΜΑΤΑ ΕΠΑΝΑΛΗΠΤΙΚΑ ΘΕΜΑΤΑ 2018 Β ΦΑΣΗ

KLİNİK LABORATOR DİAQNOSTİKA

MEXANIKA VƏ MOLEKULYAR FIZIKA

(είναι οι αντιδράσεις στις οποίες δεν μεταβάλλεται ο αριθμός οξείδωσης σε κανένα από τα στοιχεία που συμμετέχουν)

1. Η σχετική ατομική μάζα του Fe είναι 56. Αυτό σημαίνει ότι η μάζα ενός ατόμου Fe είναι: β) 56 φορές μεγαλύτερη από τη μάζα ενός ατόμου 12 6 C

İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI

AZƏRBAYCAN DİLİ TARİX

ÜMUMĠ SINAQ ĠMTAHANI 7. Riyaziyyat ixtisası üzrə SUAL KĠTABÇASI. Adı: Soyadı: ġv Seriya:

Θέμα Α. Ονοματεπώνυμο: Χημεία Α Λυκείου Διαγώνισμα εφ όλης της ύλης. Αξιολόγηση :

1.Kompleks ədədlərin ustlü şəkli və onlar üzərində əməllər. 2.Qeyri müəyyən inteqral. Dəyişənin əvəz edilmə üsulu

XHMEIA. 1 ο ΔΙΑΓΩΝΙΣΜΑ. ΘΕΜΑ 1 ο. Να δώσετε τη σωστή απάντηση στις παρακάτω περιπτώσεις.

Transcript:

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Ümumtəhsil məktəblərində istifadədə olan 8-ci sinif Kimya dərslik komplektinə dair İLKİN RƏY

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün Kimya dərslik komplekti Müəlliflər: Rəfiqə Əliyeva Vaqif Abbasov Abel Məhərrəmov Mütəllim Abbasov Sevinc Hacıyeva Nasim Abışov Vəli Əliyev Akif Əliyev Bakı: Aspoliqraf - 2015

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün Kimya fənni üzrə yeni təhsil proqramı (kurikulumu) Dərslikdəki materiallarda yeni təhsil proqramına (kurikulum) əsasən aşağıdakı 4 məzmun xətti üzrə 10 əsas və 11 alt standartın reallaşdırılması nəzərdə tutulmuşdur. Məzmun xətləri: 1. Maddə və maddi aləm 2. Eksperiment və modelləşdirmə 3. Kimyəvi hadisələr 4. Kimya və həyat

1. Maddə və maddi aləm 1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir. 1.1.1. Maddələri (oksidlər, əsaslar, turşular, duzlar) tərkibinə görə təsnif edir. 1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir. 1.2.1. Atomun quruluşunu, kimyəvi rabitələri, elektrolit məhlulunda baş verən prosesləri şərh edir. 1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır. 1.3.1. Atomun quruluşuna, kimyəvi rabitələrə, elektrolit məhlulunda baş verən proseslərə aid məsələlər qurur və həll edir.

2. Kimyəvi hadisələr 2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir. 2.1.1. Kimyəvi reaksiyaları təsnif edir, qanunauyğunluqlarını izah edir. 2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır. 2.2.1. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir. 2.2.2. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.

3. Eksperiment və modelləşdirmə 3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır. 3.1.1. Mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir. 3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir. 3.2.1. Mühüm qeyri-üzvi birləşmələrin molekullarının modellərini hazırlayır.

4. Kimya və həyat 4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir. 4.1.1. Həllolmanın və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu şərh edir. 4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir. 4.2.1. Ətraf mühiti çirkləndirən mənbələr haqqında məlumatlar toplayır, təqdim edir. 4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir. 4.3.1. Kimyanın əsas qanunauyğunluqları və atomun quruluşu sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, referatlar hazırlayır.

Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi 5 parametr üzrə həyata keçirilir: 1. Məzmunun işlənməsi 2. Dil və yazı üslubu 3. Dizayn və bədii tərtibat 4. Tapşırıqların elmi-metodiki uyğunluğu 5. Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi

Dərsliyin strukturu Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik 6 bölmə üzrə ( Qeyri-üzvi birləşmələrin mühüm sinifləri, Kimyəvi reaksiyaların təsnifatı. Kimyəvi reaksiyaların sürəti. Kimyəvi tarazlıq, Dövri Qanun. Kimyəvi elementlərin dövri sistemi və atomun quruluşu, Kimyəvi rabitə, Oksidləşmə-reduksiya reaksiyaları, Elektrolitik dissosiasiya. Elektroliz. Hidroliz ) 50 mövzudan və 198 səhifədən ibarətdir. Həmçinin hər bir mövzu üzrə Bilik və bacarıqların yoxlanılması bloku verilmişdir. Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilmişdir.

Məzmunun işlənməsi Dərsliyin məzmunu və quruluşu şagirdlərdə kimya üzrə bilik və bacarıqların formalaşmasına, onların kimyəvi maddələr, hadisələr və qanunauyğunluqların dərindən mənimsəməsinə yönəlmişdir. Mövzularda faktların elmiliyi, dəqiqliyi, etibarlılığı, eləcə də material seçimində didaktik tələblər tam olaraq gözlənilmişdir. Fəndaxili və fənlərarası inteqrasiyanın nəzərə alınması şagirdlərin dünyagörüşünün və nitq mədəniyyətinin formalaşmasını təmin edir. Burada tapşırıqların mövzularla uyğunluğu, elmiliyi, sadədən mürəkkəbə prinsipi gözlənilmişdir. Dərslikdəki materialların ətraflı izah olunması, kimyəvi reaksiyaların təcrübələrə, şəkillərə, sxemlərə, cədvəllərə istinad etməsi şagirdlərdə müstəqil təlimə imkan yaradır.

Məzmunun işlənməsi 1-ci fəsildə ( Qeyri-üzvi birləşmələrin mühüm sinifləri ) sonrakı siniflərdə tədris olunacaq məlumatlara yer verilib. Məsələn: Səhifə 10 Səhifə 11

Məzmunun işlənməsi Səhifə 12 Səhifə 23 Səhifə 36 Səhifə 18 Səhifə 33

Məzmunun işlənməsi Səhifə 6. 2-ci abzasın sonunda nona sözünün yunan mənşəli olduğu verilib, lakin nona latın mənşəli sözdür. Səhifə 9. 1-ci yarımbaşlıqda Li, Na və K-un oksigenlə reaksiyaları qızdırılmaqla verilib, lakin bu reaksiyalar adi şəraitdə baş verir. Reaksiyalardan temperatur işarəsi götürülməlidir. Səhifə 18. 7-ci abzasdan sonra verilmiş 6NaOH + Cl2 + NaClO3 + 3H2O reaksiya sxemi düzgün əmsallaşdırılmayıb. t Reaksiya tənliyi 6NaOH + 3Cl2 5NaCl + NaClO3 + 3H2O kimi verilməlidir. t 5NaCl

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 24. Cədvəl 5 -in 3-cü sütununda Ağzı açıq qabda maddələrin məhlullarının kütləsinin dəyişməsi verilmişdir. Metasilikat turşusu suda həll olmadığından onun suda məhlulu olmur. Buna görə də, həmin maddənin çıxarılması məqsədəuyğundur.

Məzmunun işlənməsi Məzmunun işlənməsi Səhifə 27. 5-ci hissədə Turşuların qarışıq oksidlərlə qarşılıqlı təsiri zamanı həmişə iki müxtəlif normal duz alınır cümləsi doğru deyil. Belə reaksiyalar zamanı iki duzun alınmadığı hallar da vardır (Məsələn: Fe3O4 + HNO3(q) Fe(NO3)3 + NO + H2O ). Səhifə 28. Turşular bəzi duzlarla da qarşılıqlı təsirdə olur yarımbaşlıında əvvəlcə turşuların fəallıq sırası, daha sonra isə 3-cü abzasda Bu sırada öndə duran turşu, özündən sonra yerləşmiş turşuları duzundan sıxışdırıb çıxarır. Mötərizə arasındakı turşular bir-birini sıxışdırıb çıxarmır ifadəsi verilib. Nəzərə almaq lazımdır ki, HCl HBr HI sırasında turşuluq xassəsi güclənir.

Məzmunun işlənməsi Məzmunun işlənməsi Səhifə 28. Turşuların parçalanması yarımbaşlığında qeyd edilmiş Davamsız turşuları (HNO3, H2CO3, H2SO3 və s.), eləcə də metasilikat turşusunu H2SiO3 qızdırdıqda turşu oksidi və suya parçalanır cümləsi dəqiqləşdirilməlidir. Çünki bu qayda nitrat turşusu üçün ödənilmir. Nitrat turşusunun parçalanmasından turşu oksidi və su ilə yanaşı oksigen də alınır. Səhifə 31 və 36. Səhifə 31-də Metallarla halogenlərin və t 2NaCl kükürdün qarşılıqlı təsiri hissəsində 2Na+Cl2 reaksiyasında, t Na2SO4+H2O və səhifə 36-da 6-cı hissədə NaHSO4+NaOH t Na CO +H O reaksiyalarında temperatur NaHCO3+NaOH 2 3 2 işarəsi qeyd edilmişdir. Bu reaksiyalar adi şəraitdə baş verdiyindən temperatur işarəsi çıxarılmalıdır.

Məzmunun işlənməsi Məzmunun işlənməsi Səhifə 35. Cədvəl 7 də CaSO4 və Ag2SO4 maddələri Suda həll olmayan sütununda verilsə də, bu maddələr suda az həll olan duzlardır. Həmçinin Suda həll olan sütununda verilmiş (NH4)2SiO3 formullu maddə mövcud deyil.

Məzmunun işlənməsi Məzmunun işlənməsi Yenə həmin səhfədə Duzların kimyəvi xassələri yarımbaşlığında Duzların kimyəvi xassələri ilə suyun, qələvilərin və turşuların xassələrini, oksidlərin və duzların alınma üsullarını öyrənəndə tanış olmusunuz ifadəsi verilib. Lakin su haqqında məlumat 7-ci sinifdə Su, onun təbiətdə yayılması, təmizlənməsi, xassələri və tətbiqi və Təbii suyun əhəmiyyəti. Su hövzələrinin çirklənmədən qorunması mövzularında verilib, burada duzların kimyəvi xassələri haqqında heç bir məlumat yoxdur.

Məzmunun işlənməsi Məzmunun işlənməsi Səhifə 43. Dəyişmə (və ya mübadilə) reaksiyaları yarımbaşlığında Mübadilə reaksiyalarında qaz, su, ya da suda həll olmayan maddə alınmalıdır cümləsi dəqiqləşdirilməlidir. Çünki qeyd edilmiş qayda bütün mübadilə reaksiyaları üçün ödənilmir. Məsələn, kalium-nitrat və qatı sulfat turşusu arasında gedən mübadilə reaksiyası. Səhifə 48. 4-cü abzasda yazılmış Homogen reaksiyanın əmsalı olan maddəyə görə orta sürəti əmsalı olmayan maddəyə görə sürətindən əmsalı qədər çox olur cümləsinin Homogen reaksiyanın əmsalı 1-dən fərqli olan maddəyə görə orta sürəti əmsalı 1-ə bərabər olan maddəyə görə sürətindən əmsalı qədər çox olur ilə əvəz olunması məqsədəuyğundur.

Məzmunun işlənməsi Məzmunun işlənməsi Səhifə 55. Səhifənin sonundakı cədvəldə Heterogen kataliz sütunu üzrə verilmiş 4-7-ci reaksiyaların katalizatorları qeyd olunmalıdır, əks halda onların heterogen katalizə aid olduqları məlum olmur.

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 62 və 64. Səhifə 62-də 1 və 2, səhifə 64-də 3-cü qrafikdə maddələrin (N2, H2 və NH3) qatılıqlarının dəyişməsi mütənasib verilməmişdir. Səhifə 62 Səhifə 64

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 69. Sonda cədvəldə suyun qaz halında olduğu göstərilib ( H2O(qaz) ). Lakin su adi şəraitdə qaz halında olmadığından, aqreqat halı maye kimi verilməlidir. Səhifə 73. Cədvəl 9 da maddələrin bəzilərinin atom kütləsi tam ədədlə, bəzilərinin atom kütləsi isə kəsr ədədlə verilib. Uyğunsuzluğun aradan qaldırılması tövsiyə edilir.

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 85. 6-cı abzasda qeyd edilmiş istənilən dövr daxilində dəyişməyən elektron təbəqələrinin (energetik səviyyələrin) sayı, istənilən əsas yarımqrupda dəyişməyən isə xarici təbəqədəki elektronların (valent elektronlarının) sayıdır ifadəsinin istənilən dövr daxilində elektron təbəqələrinin (energetik səviyyələrin) sayı, istənilən əsas yarımqruplarda isə xarici təbəqədəki elektronların (valent elektronlarının) sayı dəyişmir ilə əvəz olunması tövsiyə edilir. Səhifə 87. Sonuncu abzasda p-yarımsəviyyələrindəki elektronlar təklənməmiş s-yarımsəviyyəsindəki elektronlar təklənə bilmir qaydasına misal olaraq ns1np4nd0 verilməsi doğru deyil, çünki bu halda s-yarımsəviyyəsində elektron cütü yoxdur.

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 92. 24-cü mövzunun ilk cümləsi ( Atomun elektron quruluşu, elementin yalnız dövri sistemdəki yerini deyil, həm də onun mühüm xassələrini - ölçüsünü (radiusunu, ionlaşma enerjisini və elektromənfiliyini, rabitə elektronlarının özünə cəzb etmə xassəsini, yəni elektron almaq xassəsini) müəyyən edir) dəqiqləşdirilməlidir. Çünki ionlaşma enerjisi, elektromənfilik, rabitə elektronlarının özünə cəzb etmə xassəsinin (yəni elektron almaq xassəsi) atomun ölçüsünə aid edilməsi doğru deyil.

Məzmunun işlənməsi Məzmunun işlənməsi Səhifə 110. 8-ci abzasdan sonrakı Hreak. = Hrab.en(məhs.) Hrab.en(reagentlər) ifadəsinin verilməsi məqsədəuyğun deyil, çünki mövzuda rabitə enerjisinin entalpiya dəyişməsi anlayışından istifadə olunmur.

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 126. Mətnin 7-ci abzasında almaz kristallarının oktaedr, qrafit kristallarının isə prizma şəklində olması, Cədvəl 14 -də isə almaz kristallarının tetroedrik, qrafit kristallarının isə laylı şəklində olması qeyd edilmişdir. Uyğunsuzluğun aradan qaldırılması tövsiyə edilir. Həmçinin Cədvəl 14 -də Fülleren üçün kristal qəfəs növü Atomar deyil, Molekulyar kimi verilməlidir.

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 130. Sondan 2-ci abzasda Əksər elementlərin ən yüksək oksidləşmə dərəcəsi yerləşdiyi qrupun nömrəsinə uyğundur cümləsinin Əsas yarımqrup elementlərinin ən yüksək oksidləşmə dərəcəsi yerləşdiyi qrupun nömrəsinə uyğundur kimi yazılması məqsədəuyğundur. Səhifə 135. Sonuncu abzasda Elə reaksiyalar vardır ki, onlar birləşmə, parçalanma, mübadilə, əvəzetmə reaksiyalarına aid olmayıb, yalnız oksidləşmə-reduksiya reaksiyalarıdır. Metalların duru, qatı HNO3, qatı H2SO4 ilə qarşılıqlı təsiri, metal hidridlərinin su ilə qarşılıqlı təsiri və s. belə reaksiyalara aiddir məlumatı qeyd edilmişdir. Lakin metal hidridlərinin su ilə qarşılıqlı təsiri mübadilə reaksiyalarıdır. Məlumatın dəqiqləşdirilməsi tövsiyə edilir.

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 141. 2-ci abzasdan sonra qeyd edilmiş 4Li + O2 = 2Li2O reaksiyası 4Li + O2 2Li2O kimi verilməlidir. Səhifə 144. 3-cü abzasda verilmiş Qeyd də Hər hansı oksidləşməreduksiya reaksiyalarında oksidləşmə dərəcəsi azalan maddənin ən dərin reduksiya məhsulu, həmin elementin ən kiçik oksidləşmə dərəcəsi göstərdiyi halıdır məlumatı və buna misal olaraq qatı nitrat turşusunun ən dərin reduksiya məhsulu N2O-dur ifadəsi qeyd edilmişdir. Lakin N2O-da azot ən kiçik oksidləşmə dərəcəsi göstərmir. Buna görə də, Ən dərin reduksiya məhsulu ifadəsinin tam reduksiya məhsulu kimi yazılması tövsiyə edilir.

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 169. Cədvəl 16 da Cr(OH)3 maddəsinin ağ çöküntü kimi verilməsi doğru deyil, çünki Cr(OH)3 tünd yaşıl rəngli çöküntüdür. Səhifə 171. Cədvəl 17 də CaSO4, H2O, HCOOH, CH3COOH maddələri qeyri-elektrolit kimi verilib, lakin bu maddələr zəif elektrolitdir.

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 174. Duzların, turşuların və əsasların suda həll olması cədvəlində BaSO4, MgSO4, ZnSO4, PbSO4, FeSO4 suda az həll olan duz, CuSO4, Fe2(SO4)3 və Al2(SO4)3 isə su ilə parçalanan və ya mövcud olmayan duzlar kimi verilmişdir. Lakin BaSO4 və PbSO4 suda praktiki olaraq həll olmayan, MgSO4, ZnSO4, FeSO4, CuSO4, Fe2(SO4)3 və Al2(SO4)3 isə suda həll olan duzlardır.

Məzmununişlənməsi işlənməsi Məzmunun Səhifə 181. Səhifənin əvvəlində Reduksiyaedicilik, kimyəvi aktivlik azalır sırasında Ba elementi verilməsə də, sıranın altındakı abzasda bu metalın adı çəkilir. Sıraya Ba elementinin də əlavə edilməsi məqsədəuyğundur. Səhifə 193. Səhifənin sonunda qeyd edilmiş mürəkkəb efirlərin hidrolizinə aid olan hissəni çıxarmaq tövsiyə edilir. Çünki şagirdlər hələ mürəkkəb efirlər, karbon turşuları və spirtlər haqqında kifayət qədər məlumata malik deyillər.

Dil və yazı üslubu Dərslikdə dil qaydalarına əsasən əməl olunmuş, yeni söz və terminlərin izahı verilmişdir ki, bu da şagirdlərdə verilmiş kimyəvi anlayışları daha yaxşı dərk etməyə, öyrəndikləri bilik və bacarıqları tətbiq etməyə imkan yaradır. Təlim materialları dil və yazı üslubu şagirdlərin yaş səviyyəsinə uyğundur, sadə və lakonikdir. Bu da onların kimyəvi maddələr və hadisələrlə bağlı qanunauyğunluqları daha yaxşı mənimsəmələrinə şərait yaradır. Bununla yanaşı, dərslikdə müəyyən qüsurlara da rast gəlinir.

Dilvə vəyazı yazıüslubu üslubu Dil Bəzi hallarda mol sayı əvəzinə mol miqdarı yazılıb.(səhifə 20, 151, 157, 168 və s.) Səhifə 12. Bilik və bacarıqların yoxlanılması blokunda 2-ci və 6-cı tapşırıqlarda Ar(0) deyil, Ar(O) yazılmalıdır. Səhifə 53. Bilik və bacarıqların yoxlanılması blokunda 3-cü tapşırıqda reaksiyaların sürət düsturlarında K əvəzinə k yazılmalıdır.

Dil və yazı üslubu Səhifə 55. 6-cı abzasın ilk cümləsində katalik proseslər ifadəsi katalitik proseslər kimi verilməlidir. Səhifə 85. 6-cı abzasda qeyd edilmiş istənilən dövr daxilində dəyişməyən elektron təbəqələrinin (energetik səviyyələrin) sayı, istənilən əsas yarımqrupda dəyişməyən isə xarici təbəqədəki elektronların (valent elektronlarının) sayıdır ifadəsinin istənilən dövr daxilində elektron təbəqələrinin (energetik səviyyələrin) sayı, istənilən əsas yarımqruplarda isə xarici təbəqədəki elektronların (valent elektronlarının) sayı dəyişmir ilə əvəz olunması tövsiyə edilir.

Dil və yazı üslubu Səhifə 92. Mövzunun 3-cü abzasının sonunda verilən Eyni elementin müxtəlif yüklü hissəciklərində dəyişməyən protonlarının, neytronlarının sayı, nisbi atom kütləsidir, radius və elektronların sayı isə dəyişir cümləsinin Elementin müxtəlif yüklü hissəciklərində protonların, neytronların sayı və nisbi atom kütləsi eyni, radius və elektronların sayı isə müxtəlif olur ilə əvəz olunması tövsiyə edilir. Səhifə 105. Bilik və bacarıqların yoxlanılması blokunda 5-ci tapşırıqda cümlənin sonunda? işarəsi qoyulmalıdır.

Dizayn və bədii tərtibat Üz qabığının tərtibatı ilə dərsliyin məzmunu bir-birini tamamlamalı, verilmiş şəkil və illüstrasiyalar şagirdlərdə fənn haqqında ilkin təsəvvürlər yaratmalıdır. Bu meyara görə üz qabığının tərtibatı dərsliyin məzmununu özündə əks etdirir. Üz qabığının arxa tərəfində D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemi nin verilməsi dərsliyin məzmununu bilavasitə özündə əks etdirir. Dərslikdə rəsm və illüstrasiyaların orijinallığı əsasən təmin edilmişdir. İstifadə edilən şriftlər müvafiq yaş qrupuna uyğundur. Burada vahid dizayn üslubu, mətnə görə şəkillərin uyğun yerləşdirilməsi və həcm nisbəti əsasən gözlənilmişdir. Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir.

Dizayn və bədii tərtibat Dizayn və bədii tərtibat Səhifə 25. HNO3 turşusunun verilmiş şəkli həqiqəti əks etdirmir. Şəkildə NO2 qazının qabdan çıxaraq aşağıya doğru yayılması göstərilməmişdir.

Dizaynvə vəbədii bədiitərtibat tərtibat Dizayn Səhifə 37. 2-ci qrafikdə m in bərk qalığın kütləsi olduğunun verilməsi tövsiyə edilir. Səhifə 44. 4-cü abzasda və onun altında verilmiş reaksiyalarda dönərlik işarəsinin bir qədər kiçik verilməsi tövsiyə edilir.

Dizayn və bədii tərtibat Məzmunun işlənməsi Səhifə 64. Səhifənin sonunda verilmiş ikinci şəkildə mis kuporosunun doymuş məhlulda tarazlığı, mayebuxar tarazlığı və yod kristalları və buxarları arasındakı tarazlıq ifadələri qeyd edilib. Lakin şəkil kimyəvi tarazlığa aid deyil. Şəklin dəqiqləşdirilməsi tövsiyə edilir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Dərslik komplektindəki tapşırıq və çalışmalar şagirdlərin yaş səviyyəsinə əsasən uyğundur. Tapşırıqların elmiliyi, sadədən mürəkkəbə prinsipi əsasən gözlənilmişdir. Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır: Səhifə 9. Bilik və bacarıqların yoxlanılması blokunda 10-cu tapşırıqda verilən oksidlərin normal şəraitdə qaz, maye və bərk aqreqat halında olmasına görə quruplaşdırılması tələb olunur, lakin cavablarda normal şəraitdə maye halda olan turşu oksidi yoxdur.

Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 12. Bilik və bacarıqların yoxlanılması blokunda 3-cü tapşırıqda verilən 5-ci reaksiya haqqında mövzuda məlumat verilmədiyindən reaksiya dəyişdirilməlidir. 4-cü tapşırıqda Hansı əsasların parçalanmasından oksid almaq olar? sualının Hansı əsaslar ərimə temperaturuna qədər qızdırıldıqda parçalanır? ilə əvəz olunması tövsiyə edilir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 16. Bilik və bacarıqların yoxlanılması blokunda 10-cu tapşırığın doğru cavabı yoxdur. Səhifə 20. Bilik və bacarıqların yoxlanılması blokunda 6-cı tapşırıqda Y-ə uyğun gələn maddə yoxdur. Çünki suda həll olmayan əsaslar su ilə məhlul əmələ gətirmir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 29. Bilik və bacarıqların yoxlanılması blokunda 2-ci tapşırıqdakı Hansı metallar turşularla reaksiyada H2 ayırmır? cümləsinin əvəzinə Hansı metalların turşularla reaksiyadan H2 ayrılmır? verilməsi tövsiyə edilir. Yenə həmin səhifədə Bilik və bacarıqların yoxlanılması blokunda 3-cü tapşırıqda yalnız HCl və HBr qazlarının suda məhlulu turşudur, H3PO4, HNO3, H2SO4, H3BO3 maddələrinin isə özləri turşudur. Buna görə də, tapşırıqda verilmiş Suda məhlulu turşu sütunu dəqiqləşdirilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Yenə həmin səhifədə Bilik və bacarıqların yoxlanılması blokunda 5-ci tapşırıqda cədvəlin 3-cü sütununda Reaksidan alınan duzun növü ifadəsinin əvəzinə Reaksiyadan alınan duz verilməldir. Çünki tapşırığın şərtində duzunu formulunu müəyyən etmək tələb olunur. Yenə həmin səhifədə 9-cu tapşırıqda cədvəldə verilmiş Reaksiya məhsulu ifadəsi Reaksiya məhsulları ilə, yalnız oksid ifadəsi isə yalnız oksidlər ilə əvəz edilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 38. Bilik və bacarıqların yoxlanılması blokunda 2-ci tapşırıqda Ar(Cl) = 36 əvəzinə Ar(Cl) = 35,5, Ar(Na) = 23 əvəzinə Ar(C) = 12 verilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 40. Bilik və bacarıqların yoxlanılması blokunda 1-ci tapşırıqda 1 mol P2O5-in 3 mol H2O ilə reaksiyasından 1 mol H3PO4 alındığı göstərilib. Lakin həmin reaksiyadan 2 mol H3PO4 alınır. Yenə həmin səhifədə Bilik və bacarıqların yoxlanılması blokunda 2-ci tapşırıqda misin qatı sulfat turşusu ilə reaksiyasından alınan duzun formulunu müəyyən etmək təklif olunur. Lakin bu reaksiya 9-cu sinif proqramına aid olduğundan hələ tədris edilməmişdir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Yenə həmin səhifədə Bilik və bacarıqların yoxlanılması blokunda 4-cü və 5-ci tapşırıqlar növbəti dərslərdə keçiləcək Elektrolitik dissosiasiya. Elektroliz. Hidroliz fəslinə aiddir. Tapşırıqların dəyişdirilməsi məqsədəuyğundur.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Yenə həmin səhifədə Bilik və bacarıqların yoxlanılması blokunda 7-ci tapşırıqda dəmirin qatı sulfat turşusu ilə reaksiyasından alınan duzun formulunu müəyyən etmək təklif olunur. Lakin bu reaksiyalar 9-cu sinif proqramına aid olduğundan hələ tədris edilməmişdir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 49. Bilik və bacarıqların yoxlanılması blokunda 8-ci tapşırığın çıxarılması tövsiyə edilir. Çünki sual birmənalı deyil.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 57. Bilik və bacarıqların yoxlanılması blokunda 8-ci tapşırıqda qeyd edilmiş 4) C + 2S reaksiyası şagirdlərə tədris edilmədiyindən, reaksiyanın dəyişdirilməsi məqsədəuyğundur. Yenə həmin səhifədə 9-cu tapşırıqda 4) KClO3 2KCl + 3O2 Q reaksiyası 4) 2KClO3 2KCl + 3O2 Q kimi verilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 61. Bilik və bacarıqların yoxlanılması blokunda 3-cü tapşırığın doğru cavabı verilməmişdir. Yenə həmin səhifədə Bilik və bacarıqların yoxlanılması blokunda 4-cü tapşırıq doğru deyil. Çünki sistemə Z maddəsi əlavə etməklə onun qatılığını 6 mol/l-dən (I tarazlıq) 5 mol/l-ə qədər (II tarazlıq) azaltmaq mümkün deyil.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 76. Bilik və bacarıqların yoxlanılması blokunda 2-ci tapşırıq uğurlu tərtib olunmayıb. Burada elektron və proton saylarından birinin neytron sayı ilə əvəz olunması tövsiyə edilir. Əks halda elementlərin nisbi atom kütlələrinə ehtiyac qalmır. Səhifə 88. Bilik və bacarıqların yoxlanılması blokunda 1-ci tapşırıqda Hansı elementlərdə həyəcanlanma zamanı tək elektronların sayı dəyişmir? cümləsinin Hansı elementlərin atomları həyəcanlanmır? ilə əvəz edilməsi məqsədəuyğundur.

Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 102. Bilik və bacarıqların yoxlanılması blokunda 5 və 7-ci tapşırıqların mahiyyəti eynidir. Tapşırıqlardan birinin dəyişdirilməsi tövsiyə edilir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 112. Səhifə 109-da Kimyəvi rabitənin enerjisi yarımbaşlığında rabitə enerjisinin vahidi kc/mol kimi qeyd olunduğundan, səhifə 112-də Bilik və bacarıqların yoxlanılması blokunda 6-cı tapşırıqda rabitə enerjisinin kkal/mol əvəzinə kc/mol ilə ifadə olunması tövsiyə edilir. Səhifə 121. Bilik və bacarıqların yoxlanılması blokunda 3-cü tapşırıqda qeyd edilmiş Al3(SO4)3 maddəsi Al2(SO4)3 kimi verilməlidir.

Tapşırıqların elmi-metodiki uyğunluğu Tapşırıqların elmi-metodiki uyğunluğu Səhifə 146. Bilik və bacarıqların yoxlanılması blokunda 1-ci tapşırıqda c) 4Mg + 10HNO3(d) 4Mg(NO3)2 + N2O + 5H2 reaksiyası c) 4Mg + 10HNO3(d) 4Mg(NO3)2 + N2O + 5H2O kimi, e) H2SO4 + 2NaOH Na2SO4 + 2H2 reaskiaysı isə e) H2SO4 + 2NaOH Na2SO4 + 2H2O kimi verilməlidir. Səhifə 186. Bilik və bacarıqların yoxlanılması blokunda 10cu tapşırığın doğru cavabı yoxdur.

Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi Müəllim üçün metodik vəsait 192 səhifədən ibarətdir. Vəsaitdə VIII sinifdə Kimya nın tədrisinə dair metodik tövsiyələr də Təlimin məzmunu barədə, VIII sinifdə tətbiq olunan təlim və qiymətləndirmə strategiyaları haqqında, Təlimin planlaşdırılması barədə məlumat verilmişdir. MMV-də həmçinin İllik planlaşdırma nümunəsi cədvəli və Dərs mövzularının tədrisi metodikası da öz əksini tapmışdır. Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi Səhifə 43. 2-ci tapşırıqdakı çevrilmədə ox işarələri qoyulmalıdır. Səhifə 60. Sondan 3-cü abzasda verilmiş məsələnin şərti tam deyil, ammonyakın tarazlıq qatılığı da verilməlidir. Əks halda məsələnin həlli mümkün deyil.

Müəllim Müəllim üçün üçün metodik metodik vəsait in vəsait in (MMV-nin) (MMV-nin) məzmununun məzmununun işlənməsi işlənməsi Səhifə 70. 4-cü tapşırığın D) bəndində NaSO4 əvəzinə Na2SO4 yazılmalıdır. Səhifə 71. 7-ci tapşırığın şərtində υ = 0,02 mol/l.san nin verilməsinə ehtiyac yoxdur, çünki sürətin neçə olacağının yox, necə dəyişəcəyinin müəyyən edilməsi təklif olunur. Səhifə 101. Bilet 12 -nin 3-cü sualında sıra nömrəsi 55 olan elementin xassələri əvəzinə I - IV dövr elementlərindən birinin xassələrinin soruşulması soruşulması tövsiyə edilir. Çünki digər biletlərdə də I - IV dövr elementlərinin xassələri soruşulur.

Müəllim üçün metodik vəsait in (MMV-nin) Müəllim üçün metodik vəsait in (MMV-nin) məzmununun işlənməsi məzmununun işlənməsi Səhifə 108. CO molekulunda donor-akseptor rabitəsinin istiqaməti doğru deyil. Belə ki, oxun istiqaməti oksigenə (donor) deyil, əksinə karbon atomuna (akseptor) doğru verilməlidir. Səhifə 111. 4-cü abzasda sonra verilmiş flüor atomunun orbitallarının üstündə yazılmış elektron formulu artıq olduğundan çıxarılması tövsiyə edilir.