Bank Nəzarəti üzrə Bazel Komitəsi. Beynəlxalq pul köçürmələrinə dair ödəniş-örtülmə məlumatları ilə bağlı lazımi ehtiyat tədbirləri və şəffaflıq

Σχετικά έγγραφα
3. Sərbəst işlərin mövzuları və hazırlanma qaydaları

Mühazirə 4. HİDROGENƏBƏNZƏR ATOMLAR ÜÇÜN ŞREDİNGER TƏNLİYİNİN HƏLLİ. Nüvədən və bir elektrondan ibarət sistemlərə hidrogenəbənzər sistemlər deyilir.

"Proqramlaşdırma dilləri və İnformatika" fənnindən imtahan cavabları. 1. İnformasiya anlayışı, onun mövcudolma və təsvir formaları.

İmza M.Y. İmza M.Y. KÖNÜLLÜ TĠBBĠ SIĞORTA QAYDALARI

KURS LAYİHƏSİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI. Fakültə: QNM

M Ü H A Z İ R Ə NANOTEXNOLOGİYALARIN TƏDBİQ SAHƏLƏRİ. NANOELEKTRONİKA: nanoobyektlər əsasında işləyən elektron qurğuları.

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

Qeyri-texniki xülasə. 1. Giriş. 2. Siyasi, normativ-hüquqi və inzibati baza. 3. Təsirin qiymətləndirilməsi metodologiyası. 4.

Mühazirə 1: YMB - kimyasi haqqında ümumi məlumat və əsas anlayişlar

MÜHAZİRƏ - 3. Karbon klasterləri: füllerenlər, nanoborular, nanoalmazlar və qrafen

Məhsulun adı: LHC724 Heat Conductive Sealant Retainer

Son illər ərzində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Sən demə, qədim insanlar da nanotexnologiyalar ilə məşğul olurmuş.

RОspublikanın ümumtəhsil məktəblərinin 6-cı siniпləri üçün Riyaziyyat dərslik komplekti

QADAĞAN EDİLMİŞ MADDƏLƏR VƏ ÜSULLARIN SİYAHISI

Respublikanın ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün Cəbr 9 dərsliyi

Verbal hiss ə

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

Riyaziyyat. 2. f(x) = (2x 3 4x 2 )e x funksiyasının törəməsini tapın. e) Heç biri

O caqov H.O. Nağıyev N.T. Muxtarov R.M. MM - də istifadə edilən dozimetrik cihazlar

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

POLİMERLƏRİN FİZİKİ KİMYASI

KLİNİK LABORATOR DİAQNOSTİKA

Mühazirə 10: Heterozəncirli polimerlər

RESPUBLİKA FƏNN OLİMPİADALARI

Fəsil 7 Ətraf mühi ti n i lki n vəzi yyəti

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Kimya dərsliyi

Е. S. C Ə F Ə R O V F İ Z İ K A

ELEKTROMAQNETİZMİN İNKİŞAFI

Bakı Dövlət Universiteti. Mühazirəçi: dosent Lalə İslam qızı Vəliyeva

RADİOFİZİKA. Elmi redaktoru: fizika-riyaziyyat elmləri namizədi, dosent N.Ə.Məmmədov AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Milli Kitabxana A.S.İSAYEV NEFT VƏ QAZ SƏNAYESİNİN İQTİSADİYYATI ÜZRƏ PRAKTİK MƏŞĞƏLƏLƏR

Nayma Qəhrəmanova Məhəmməd Kərimov İlham Hüseynov RİYAZİYYAT 10

T.M.Pənahov V.İ.Əhmədov ÜMUMİ FİZİKA KURSU FİZİKA -1

dərslik komplektinə dair İLKİN RƏY

Skanedici zond litoqrafiyası.

II. KINEMATIKA Kinematikaya giriş

Kurs işi. I A qrup elementləri:- alınması, xassələri, birləşmələri, tətbiq sahələri. Plan:

E.Q. Orucov TƏTBİQİ FUNKSİONAL ANALİZİN ELEMENTLƏRİ

18x 3x. x + 4 = 1 tənliyinin kökləri hasilini

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyası Kompüter şəbəkələri

Hazırladı: Geologiya mühəndisliyi tələbələri Bakı Design by Ali Agakishiyev

Sərbəst iş 5. (metiletilizopropilmetan) (2-metil 4-etil heptan)

FƏNN: BİOTEXNOLOGİYANIN ƏSASLARI

B.Ö.Tahirov, F.M.Namazov, S.N.Əfəndi, E.A.Qasımov, Q.Z.Abdullayeva. Riyaziyyatın tədrisi üsulları

Skanedici zond mikroskopunun köməyi ilə suyun mikroflorasının öyrənilməsi.

Sabit cərəyan dövrələri

ÜMUMİ FİZİKA KURSU MOLEKULYAR FİZİKA. Niftalı QOCAYEV. II Cild. Universitetlər üçün dərslik

10 Kumulyativ, transsərhəd təsirlər və qəza/təsadüfi hadisələr

Fizika-2 Fənni Üzrə İmtahan. Suallarının Cavabları

T205 Seriyasından Çənin Qaz Örtüyü Requlyatorları

Antony van Leeuwenhoek

Verbal hissə. Analogiyalar

Cbp' e.ehkfh fhpekfmshsu!

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ QAPALI SƏHMDAR CƏMİYYƏTİ AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI. Dəniz naviqasiyası və menecment fakultəsi SƏRBƏST IŞ 1

FƏSİL IX ELEKROMAQNİT İNDUKSİYASI ÜÇÜN FARADEY QANUNU

Fiziki coğrafi rayonlaşdırma. Mühazirə 1 Fizikicoğrafi rayonlaşma anlayışı və geokomplekslər. Fiziki-coğrafi rayonlaşmanın təyini

12. Elektrostatika. Elektrostatika sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini və sabit elektrik cərəyanının xüsusiyyətlərini öyrənir.

NYU-YORK 24 SAAT İLHAMӘ QASIMOVA. sağlam və gözəl. Sağlamlıq Sağlam həyat tərzi. Məsləhət Uşaqlarda danışma. Ağız sağlamlığı Ağız qoxusu nədir?

Xələfli A.A. Redaktor: Əməkdar elm xadimi professor M.İ.İsayeva. Ali məktəb tələbələri üçün dərslik s., 53 şəkil, 7 cədvəl.

YAĞLARDA HƏLL OLAN VİTAMİNLƏR Vitaminlər - hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir. Onlar qidanın əvəzolunmaz

Laboratoriya işi 6. SZM şəkillərinin işlənməsi və kəmiyyətcə təhlili

A.M.QAFAROV, P.H.SÜLEYMANOV, F.İ.MƏMMƏDOV

Ə.A.Quliyev HƏNDƏSƏ MƏSƏLƏLƏRİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ MÜHƏNDİS GEOLOJİ QRAFİKA

Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Cəbr və analiгin başlanğıcı dərsliвi

50-Cİ BKO 2018 NƏZƏRİ TAPŞIRIQLAR BAŞLANĞICA DÖNÜŞ İyul 2018 Bratislava, SLOVAKIYA Praqa, ÇEXİYA

AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ AZƏRBAYCAN TEXNĠKĠ UNĠVERSĠTETĠ «AVTOMOBĠL TEXNĠKASI» KAFEDRASI

Giriş. 1. Revstal emiqramları (x = T; y = - Rlnp); 2. Şou teftoqramları (x= T; y = ); 3. Revstal aeroqramları (x = InT; y = - RTInp);

9-cu sinif Kimya. Respublika Fənn Olimpiadaları. Rayon (Şəhər) mərhələsi. Soyad. Məktəb

16.Aromatik k/h-rin təsnifatı. Aromatik k/h-rin izomerləri və adlanması

M.C.Əliyev, F.A.Həsənli M e l i o r a t i v c o ğ r a f i y a B a k ı

İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI

Qadınlarla əlaqəli 60 sual


Qeyri-üzvi kimya. (Кimya-1) 1.Kimya elmi, predmeti və əsas məsələləri.

HİDROGEN. OKSİGEN. SU. M.M.Abbasov, A.V.Zülfüqarova, S.M.Abbaszadə, V.H.Əsgərov, B.A.Aslım

Metal və ərintilər fizikası Elmi tədqiqat laboratoriyası

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

DRENAJ, HESABATI, LAYİHƏLƏNDİRİLMƏSİ VƏ İSTİSMARI

Azərbaycan Dövlət İqtisad Universiteti. «Beynəlxalq İqtisadi Münasibətlər» kafedrası DÜNYA İQTİSADİYYATI. i.e.d., prof. Hacızadə Elşən Mahmud olğu

Astronomiya. Onun bölmələri,öyrəndiyi əsas mənbələr Astrometriya a)sferik astronomiyada b)fundamental astrometriyada c)praktik astronomiyada

C.M.QULUZADƏ R.Q.SƏRTİPZADƏ. Təqvimlərin riyazi və astronomik əsasları. Təqvimlərin riyazi və astronomik əsasları. Bakı 2013.

x = l divarları ilə hüdudlanmış oblastda baş verir:

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ «AVTOMOBİL TEXNİKASI» KAFEDRASI

Azərbaycan Dövlət Aqrar Universiteti. mühəndislik ixtisasları. Aqrar fizika və riyaziyyat. f.-r.e.n., dosent Ağayev Q.Ü.

Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ

AZƏRBAYCAN RESPUBLİKASI

Mərkəzi sahə yaxınlaşmasına əsasən atomda elektronun halı nlmlm s

Müəlliflər (əlifba sırası ilə)

Big Bang (Бюйцк Партлайыш) нязяриййяси

KURS İŞİ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

1.Kompleks ədədlərin ustlü şəkli və onlar üzərində əməllər. 2.Qeyri müəyyən inteqral. Dəyişənin əvəz edilmə üsulu

ÜZVI KIMYADA FIZIKI TƏDQIQAT ÜSULLARI

Rəyçilər: İxtisas redaktoru: Asif Nəsib oğlu Məmmədov, kimya üzra elmlar doktoru, professor. Dil redaktoru:

ELÇİBƏY BİR İL ( )

Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura mərkəzinin magistrantı Sadıqov İlqar Misrəddin oğlunun İqtisadi nəzəriyyədə və praktikada

6. 14,2 q R2O5 maddəsində 8 q oksigen varsa, RH3 birləş məsinin nisbi

Transcript:

Bank Nəzarəti üzrə Bazel Komitəsi Beynəlxalq pul köçürmələrinə dair ödəniş-örtülmə məlumatları ilə bağlı lazımi ehtiyat tədbirləri və şəffaflıq May, 2009

Mündəricat I. İnformasiya axını II. Beynəlxalq bank köçürmələrini emal edən bankların rolu A. Sifarişçi/təşəbbüskar bankın məsuliyyəti B. Örtülmə-vasitəçi bankların məsuliyyəti 1. Qrafaların boş buraxılmadığına əmin olmaq məqsədilə monitorinq 2. Adların siyahısı ilə bağlı monitorinq 3. Müxbir əlaqəsinin monitorinqi C. Benefisiar bankların məsuliyyəti D. Müştəri informasiyası və məlumatların təhlükəsizliyi məsələləri E. Digər məsələlər III. Nəzarətçilərin rolu

Beynəlxalq pul köçürmələrinə dair ödəniş-örtülmə məlumatları ilə bağlı lazımi ehtiyat tədbirləri və şəffaflıq 1. Beynəlxalq pul köçürmələrinin¹ emal edilməsi çox vaxt bir neçə maliyyə institutunu əhatə edir. Təşəbbüskar və benefisiar bankdan əlavə çox vaxt əlavə banklar da cəlb olunmuş olur. Bu sənəddə bu örtülmə vasitəçi banklardan² biri yaxud daha çoxunun təşəbbüskar və benefisiar bankın yerləşdiyi yurisdiksiyadan fəqrli yurisdiksiyada yerləşdiyi hallar araşdırılır. Burada ödənişlərlə bağlı məlumatlarda şəffaflığı dəstəkləmək naminə Bazel Komitəsi tərəfindən dəstəklənən cari təşəbbüslərə müvafiq olaraq nəzarət gözləntiləri təsvir edilir, burada örtülmə ödənişlərinə dair ödəniş məlumatlarına daxil edilməli informasiyadan, belə məlumatlara tam və dəqiq informasiyanın daxil edildiyinə əmin olmaq məqsədilə istifadə edilməli mexanizmlərdən, bu mexanizmlərə cəlb edilmiş tərəflərin rollarının müxtəlifliyindən və həmin informasiyadan PY/TMM məqsədilə istifadədən söhbət gedir. 2. Bank tərəfindən örtülmə ödənişlərindən müştərinin adından çox vaxt digər ölkədəki benefisiara, habelə xarici valyutadan istifadə edildiyi təqdirdə eyni ölkə daxilində vəsaitlərin transfer edilməsinə dəlalət etmək məqsədilə istifadə edilir. Bir qayda olaraq, onlar aşağıdakıları əhatə edir: (i) təşəbbüskar yaxud benefisiar bankın yerləşdiyi ölkənin valyutasından fərqli valyuta ilə həyata keçirilmiş tranzaksiya və (ii) bir-biri ilə əlaqəsi olmayan təşəbbüskar və benefisiar banklar, bu, onlara bir-biri ilə birbaşa əlaqə yaratmağa imkan verir. Bu halda təşəbbüskar bank ödənişi həyata keçirmək üçün benefisiar bankı birbaşa təlimatlandıra bilər və ödəniş tapşırığı ilə yaranmış banklararası öhdəliyi örtmək məqsədilə vəsaitlərin köçürülməsini başqa kanal vasitəsilə həyata keçirməyi məsləhət görə bilər. Hesablaşma çox vaxt təşəbbüskar bankın o ölkədəki müxbiri vasitəsilə həyata keçirilir ki, orada milli valyuta ödəniş valyutasıdır. Əgər təşəbbüskar bankın müxbirinin benefisiar bankla əlaqəsi olarsa o, ödənişi özü həyata keçirə bilər; əks halda hesablaşma benefisiar bankla əlaqəsi olan əlavə vasitəçi bank vasitəsilə həyata keçirilir. Hazırki təcrübədə benefisiar bank banklararası hesablaşma başa çatdırılmazdan əvvəl, xüsusilə sağlam əlaqələrin mövcud olduğu hallarda, öz bankı tərəfindən hesabını kreditləşdirə bilər. 3. Örtülmə vasitəçi banklarının benefisiar banklara göndərilmiş bütün informasiyanı görmədikləri bu örtülmə ödənişi mexanizmi pul köçürmələrinə dair FATF-ın Xüsusi Tövsiyəsi (XT) VII-də nəzərdə tutulmuş birbaşa ardıcıl ödəniş zəncirindən fərqlidir, orada benefisiar banklara göndərilən informasiya müxtəlif vasitəçilərdən keçir (bax sonrakı paraqraf). Bu çox vaxt təşəbbüskar və benefisiar banklar arasındakı saat fərqi ilə bağlı gecikmələrə yol verməmək və kommersiya tranzaksiyalarının xərclərini azaltmaq məqsədilə istifadə edilir ¹FATF-ın XT VII-yə verilmiş izahedici qeyddə pul köçürməsi dedikdə maliyyə institutu vasitəsilə təşəbbüskar şəxs (həm fiziki, həm də hüquqi şəxs) adından ekektron vasitələrlə həyata keçirilən istənilən tranzaksiya nəzərdə tutulur, bu zaman məqsəd digər maliyyə institutundakı benefisiar şəxsə müəyyən məbləğin verilməsindən ibarətdir.təşəbbüskar və benefisiar eyni şəxs ola bilər. FATF-ın tərifinə görə sərhədlərarası/beynəlxalq pul köçürməsi təşəbbüskar və benefisiar bank müxtəlif ölkələrdə yerləşdikdə baş verir. Bu termin ən azı bir sərhədlərarası elementin mövcud olduğu istənilən pul köçürməsi zəncirinə şamil edilir. Təşəbbüskar və benefisiarın eyni yurisdiksiyada olduğu, amma üçüncü ölkədəki bir yaxud daha çox müxbirdən istifadə edilən pul köçürməsi müvafiq olaraq beynəlxalq pul köçürməsi hesab edilir. ² bu sənəddəki örtülmə vasitəçi bank termini ardıcıl ödənişlərdə vasitəçi bankın rolu ilə (bu sənəddə həmin ardıcıl ödənişlərdən söhbət açılmır) örtmə ödəniş zəncirində vasitəçinin rolu arasındakı fərqi qabartmaq məqsədilə istifadə edilir.

4. Mövcud məlumat ötürmə təcrübələri örtmə vasitəçi banklar üçün dəlalət etdikləri transferlər üzrə tam şəffaflığı təmin etmir. Banklararası ödənişi həyata keçirmək məqsədilə (aşağıdakı nümunədə SWİFT MT 202) istifadə edilən mesaj formatında təşəbbüskar və benefisiar haqqında informasiya olmadıqda şəffaflıq məhdudlaşmış olur. Amma benefisiar banka göndərilən məlumatlara belə informasiya daxil edilir (aşağıdakı nümunədə SWİFT MT 103). Vəsaitlərin transferi üçün təşəbübskar və benefisiar bank haqqındakı informasiyanın yoxluğu örtülmə vasitəçi bankının müxbir və klirinq əməliyyatları ilə bağlı olan riskləri dəqiqiliklə qiymətləndirmək qabiliyyətini məhdudlaşdıra yaxud ona mane ola bilər. Örtülmə vasitəçi bank tranzaksiyanı həyata keçirən şəxs haqqındakı informasiyanı yerli qanuna müvafiq olaraq aktivləri bloklaşdırılmış, imtina edilmiş yaxud dondurulmuş, yerli olaraq tətbiq edilə bilən fiziki yaxud hüquqi şəxslərin siyahısı ilə tutuşdura bilmir. Vasitəçi bankın siyahısı təşəbbüskar (yaxud benefisiar) bankın yerləşdiyi ölkənin siyahısından daha hərtərəfli olduqda bu, daha problemli olur. Belə bir risk də vardır ki, belə məlumatlar tranzaksiyanın tərəflərinin adlarını gizlətmək məqsədilə seçilə bilər. Yerli olaraq tətbiq edilə bilən tələblərə, məs, müəyyən fiziki yaxud hüquqi şəxslərin aktivlərinin bloklaşdırılması, rədd edilməsi yaxud dondurulması ilə bağlı tələblərə müvafiq olmaq üçün örtülmə vasitəçi banklar təşəbbüskar və benefisiarla bağlı informasiya əldə etməyə ehtiyac duya bilər. 5. Vəsaitlərin transferinin təşəbbüskarı və benefisiarları ilə bağlı daha təfərrüatlı informasiya yerli olaraq tətbiq edilə bilən tələblərə (məs, müəyyən fiziki yaxud hüquqi şəxslərin aktivlərinin bloklaşdırılması, rədd edilməsi yaxud dondurulması və şübhəli fəaliyyətlərin monitorinqi ilə bağlı tələblərə) uyğunluğu artıra və vəsaitlərin transferi ilə bağlı bankın risklərin qiymətləndirilməsi proseslərini gücləndirə bilər. Volfsberq Qrupu və Clearing House Association-un təşəbbüsündə bulunduğu sənaye səyləri (i) bank sənayesi daxililndə müəyyən əsas ödəniş mesajı standartlarının (Mesaj Standartları) qəbulu və (ii) üçüncü tərəf örtülmə ödənişləri üçün ödənişin təşəbbüskarı və benefisiarı haqqında informasiyanı təmin edəcək təkmilləşdirilmiş SWIFT ödəniş mesajı formatının yaradılması vasitəsilə³ şəffaflığı artırmaq əzmindədir. Bu təşəbbüsdən sonra SWIFT İcması texniki həlli hazırlamaqdadır ki, bu, təşəbbüskar və benefisiar haqqında olan tam informasiyanın örtülmə ödənişi ilə birlikdə standart tərzdə ötürülməsinə imkan verəcəkdir. Bu həllin icrası 2009-cu ilin noyabr ayı üçün planlaşdırılır. Şəffaflığın daha da artırılması naminə digər mesajlaşma standartları da tərtib edilə bilər. www.wolfsberg- ³Ödəniş Mesajları Standartları üzrə Wolfsberg Group, Clearing House Hesabatları: principles.com/pdf/wg-nych_statement_on_payment_message_standards_april-19-2007,pdf

6. Bazel Komitəsi özünün 2007-ci il oktyabr tarixli bülletenində⁴ bütün müvafiq mesaj standartları üçün bu inkişafı dəstəkləmişdir. Komitə o zaman habelə sənayedə şəffaflıq səylərinin icrasını dəstəkləmək məqsədilə nəzarət siyasətlərinin inkişaf etdirilməsini araşdırmaq məqsədinin olduğunu elan etmişdi. 7. Komitə şəffaflığı artırmaq naminə dizayn edilmiş texniki həll yollarından səmərəli və həqiqi şəkildə istifadə etməyə çağırış etmişdir. Əslində, ödəniş mesajlarında şəffaflığın artırılması yalnız mesajlaşma standartlarından deyil, habelə ödəniş sistemlərinin lazımi şəkildə fəaliyyətinə xüsusi önəm verən və pul köçürmələri ilə məşğul olan banklar tərəfindən müvafiq təcrübənin icrasından asılıdır. Sənaye artıq yaxşı təcrübələr⁵ termininin tərifi üzərində işləyir. Bütün dünya boyunca nəzarətçilər ödəniş mesajlarında şəffaflığın artırılmasının səmərəli və davamlı şəkildə icrasının monitorinqinin aparılmasında müstəsna rol oynayırlar. Bazel Komitəsi tərəfindən Müştərilərlə bağlı Lazımi Ehtiyat Tədbirləri və PY/TMM məsələlərinə ümumi nəzarət yanaşmasına dair hazırladığı sənəddən sonra bu sənəd örtülmə ödəniş mesajlarını müşaiyət edəcək informasiya və təşəbbüskar bankın, örtülmə vasitəçi bankların və ⁴Bazel Komitəsinin Bülleteni No12, Ödəniş Mesajlarında Şəffaflıq (www.bis.org/publ/bcbs_nl12.htm) ⁵məs, Ödəniş Mesajları Standartları üzrə Wolfsberg Group, Clearing House Hesabatları və Ödənişlərin Bazar Təcrübəsi Qrupunun MT 202 COV1-in istifadəsi üçün Bazar Təcrübəsi Qaydaları (Versiya 1.0, sentyabr, 2008, http://pmpg.webexone.com/login.asp?loc=&link=)

benefisiar bankların bu informasiya ilə bağlı müvafiq rollarına dair ümumi nəzarət gözləntilərini təsvir edir. Qaydalarda habelə beynəlxalq pul köçürmələrinə dair örtülmə ödəniş mesajlarında şəffaflıqla bağlı nəzarət tapşırıqlarının ümumi şəkildə başa düşülməsi təsvir edilir. İcranın müddəti 8. Yararlı texniki həllərin, məs, yuxarıda təsviri verilmiş həllərdən birinin icrası şəffaflığın artırılmasının həyata keçirilməsi və bu sənəddə təsvir edilmiş aidiyyatı olan nəzarət gözləntilərinin icrasının ilkin şərtidir. Texniki baxımdan real olan kimi bankların informasiyanı Bölmə Ι-ə əlavə etməsi və Bölmə ΙΙ-də öz rollarını həyata keçirmələri gözlənilir. İcranın miqyası 9. Bazel Komitəsi bütün dünya nəzarətçiləri üçün bu qaydaları müvafiq hesab edir. Qaydalar mövcud standartların, qanun və qaydaların icrasına, örtülmə ödənişlərinin xüsusi hallarına uyğundur. Bu qaydalar hər hansı yeni öhdəliklərin yaranmasına dəlalət etməsə də (çünki bankların öhdəlikləri beynəlxalq və milli standartları icra etməklə milli qanunlar tərəfindən müəyyən edilir) onlar beynəlxalq örtülmə ödənişləri üçün şəffaflığın artırılmasını və beynəlxalq səviyyədə bu artırılmış şəffaflıqla bağlı ümumi nəzarət gözləntilərini necə həvəsləndirmək yollarını ifadə edir. 10. Bu qaydalarda beynəlxalq əməkdaşlığa müvafiq məsələləri ünvanlamaq və təşəbbüskar və benefisiar bankın yerləşdiyi yurusdiksiyadan başqa yurisdiksiyada yerləşən örtülmə vasitəçi banklarına tətbiq etmək məqsədini daşıyır. Nəticədə, bu qaydalar ödənişlərdəki digər vasitəçi banklara tətbiq edilmək üçün deyildir. Məs, bu qaydalar ya təşəbbüskar, ya da benefisiar bankla eyni yurisdiksiyada yerləşən örtülmə vasitəçi banklara şamil edilmir⁶. Habelə qaydalar eyni yurisdiksiyada yerləşən sonrakı deyil, yalnız birinci örtülmə vasitəçi banklara şamil edilir. Bu qaydaların miqyasına daxil edilməyən örtülmə vasitəçi banklar yalnız beynəlxalq və milli standartları tətbiq etməklə onların milli qanunvericiliyi tərəfindən idarə edilir. 11. FATF-ın 2008-ci il fevral tarixli qərarı⁷ ilə Avropa Birliyi (AB) və Avropa İqtisadi Zonası (AİZ) burada bir yurisdiksiya kimi nəzərə alınmışdır. Beləliklə, bu qaydalar tamamilə AB/AIZnin sərhədləri daxilində baş verən istənilən pul köçürməsi zəncirinə şamil edilmir. 12. Əgər örtülmə vasitəçi bankın deyil, təşəbbüskarın yurisdiksiyasında az əhəmiyyətli amil mövcud olarsa, belə görünür ki, FATF-ın Xüsusi Tövsiyəsi VΙΙ⁸-nin izahedici qeydinə oxşar həll tətbiq edilməlidir və istənilən halda ölkələr tələb edə bilər ki, daxil olan beynəlxalq örtülmə ödəniş mesajlarında təşəbbüskar və benefisiar haqqında tam və dəqiq informasiya olsun. ⁶tək yurisdiksiyaya habelə iki yaxud daha çox ölkənin tək yurisdiksiya hesab edilməsi halları daxildir. ⁷Bax FATF metodologiyası, VΙΙ.3 meyarları, ekspertlər üçün qeydlər, səh.69, http://www.fatfgafi.org dataoecd/16/54/40339628.pdf ⁸http://www.fatf-gafi.org/document/53/0?3343,en_32250379_32236947_34261877_1_1_1_1,00.html#NSRVII, paragraph 4b

I. Informasiya axını 13. Beynəlxalq pul köçürmələrini müşaiyət etməli olan təşəbbüskar bank haqqındakı informasiya FATF tərəfindən ümumi baxımdan müəyyən edilmişdir və bu sənəd, digər məsələlərlə birlikdə, şəffaflığın artırılmasına imkan verən yeni mesajlaşma standartlarının qəbulundan sonra örtülmə ödənişlərini emal edən örtülmə vasitəçi banklar üçün hansı informasiyanın təqdim edilməsini aydınlaşdırır. Bu sənədin, müəyyən mənada, FATF-ın pul köçürmələri üzrə tövsiyələri və onun izahedici qeydinə uyğunluğu nəzərdə tutulmuşdur. 14. FATF Xüsusi Tövsiyə (XT) VII-də qeyd edir ki, Ölkələr maliyyə institutlarından, o cümlədən pul köçürmələrini həyata keçirən digər qurumlardan vəsaitlərin transferi üzrə təşəbbüskarla bağlı və göndərilən aidiyyatı olan mesajlarda dəqiq və məntiqi informasiya (adı, ünvanı və hesan nömrəsi⁹) tələb etmək və informasiyanın yaxud mesajın ödəniş zənciri boyunca qalmasını tələb etmək üçün tədbirlər görməlidirlər. FATF-ən İzahedici Qeydi habelə təsbit edir ki, pul köçürmələrinin vasitəçi elementini emal edən maliyyə institutları təşəbbüskarla bağlı informasiyanın köçürməni daim müşaiyət etməsini təmin etməlidirlər. Bu standart şübhəli tranzaksiyaların müəyyən edilməsi və onlarla bağlı hesabatlığın təmin edilməsi üçün pul köçürmələrinin təşəbbüskarına dair informasiyanın dərhal [dövlət orqanlarına və] benefisiar maliyyə institutlarına məlum olmasını təmin etmək məqsədini daşıyır. 15. Bazel Komitəsi hesab edir ki, təşəbbüskarlar və benefisiarlarla bağlı informasiya spesifik müştəri tranzaksiyalarına dair beynəlxalq pul köçürmələrini emal edən örtülmə vasitəçi banklara göndərilən bütün mesajlara daxil edilməlidir, məqsəd əməliyyat iştirak edən bütün banklar üçün artırılmış şəffaflığı və bütün tətbiq edilə bilən standartlara uyğunluğu təmin etməkdən ibarətdir. Girişdə qeyd edildiyi kimi, bu, örtülmə ödəniş mesajları üçün məqbul texniki standartların ilkin icrasını tələb edir. II. Beynəlxalq pul köçürmələrini emal edən bankların rolu 16. Bu bölmənin məqsədi pul köçürməsi üçün sərhədlərarası örtülmə ödənişinin emal edilməsində təşəbbüskar bank, örtülmə vasitəçi bank və benefisiar bankın müvafiq rolları ilə bağlı nəzarət gözləntilərini müəyyən etməkdən ibarətdir. Təşəbbüskar banklar pul köçürmələrinin müvafiq informasiya ilə müşaiyət edilməsini təmin etməli, ödəniş zəncirindəki digərlərindən isə bu informasiyaya əsaslanaraq emal etdikləri ödənişin monitorinqini həyata keçirmək tələb olunur. 17. Bazel Komitəsi müştəri tranzaksiyasını həyata keçirmək məqsədilə başlanmış örtülmə ödənişləri kontekstində bütün bankların tətbiq edilə bilən milli qanun və qaydalara tam uyğun olan yüksək səffaflıq standartlarını tətbiq etməsini stimullaşdırır. Xüsusilə: ⁹FATF-ın izahedici qeydində deyilir ki, şərti beynəlxalq pul köçürmələrini müşaiyət edən informasiya həmişə təşəbbüskarın adından, hesabın mövcud olduğu yerdən və hesabın nömrəsindən ibarət olmalıdır. Hesabın olmadığı təqdirdə vahid kod rəqəmi daxil edilməlidir. Şərti pul köçürmələrini müşaiyət edən informasiyaya habelə təşəbbüskarın ünvanı daxil edilməlidir. Amma ölkələr maliyyə institutlarına ünvanı milli identifikasiya nömrəsi, müştərinin identifikasiya nömrəsi yaxud anadan olduğu tarix və yerlə əvəz etməyə icazə verə bilər. Ölkələr ən minimal limiti müəyyən edə bilər (1,000 USD yaxud EURO-dan çox olmamaq şərtilə). Bu limitdən az olan beynəlxalq pul köçürmələri üçün: (i) ölkələr üçün sifariş verən maliyyə institutlarından təşəbbüskar bankla bağlı informasiyanı müəyyən etmək, verifikasiya etmək yaxud ötürmək məcburi deyildir. (ii) amma ölkələr daxil olan beynəlxalq pul köçürmələri üçün təşəbbüskar bankla bağlı tam və dəqiq informasiyanın verilməsini tələb edə bilər.

Ödəniş məlumatlarına bu sənəddə təsbit edildiyi kimi müvafiq informasiya daxil edilməlidir. Maliyyə institutları ödəniş prosesində hər hansı digər maliyyə institutu tərəfndən bu informasiyanın aşkar edilməsindən yan qaçmaq məqsədilə ödəniş məlumatlarındakı informasiyanı dəyişməməli, silməməlidirlər. Maliyyə institutları ödəniş prosesində hər hansı digər maliyyə institutu tərəfndən informasiyanın aşkar edilməsindən yan qaçmaq məqsədilə hər hansı bu və ya digər ödəniş məlumatından istifadə etməməlidir. Maliyyə institutları, bütün tətbiq edilə bilən qanunlara müvafiq olaraq, ödəniş prosesində digər maliyyə institutları ilə tam şəkildə əməkdaşlıq etməli və tələb olunduğu təqdirdə cəlb olunan tərəflər barədə informasiya təmin etməlidirlər. Maliyyə institutları müxbir banklarla münasibətlərində müxbirlik əlaqələrinin səffaflıq təcrübələrini nəzərə almalıdırlar. 18. İnformasiya axınına gəldikdə isə, hər pul köçürməsi üçün tam informasiyanın təmin edilməsi təşəbbüskarın bankının məsuliyyətidir. Amma benefisiar və örtülmə vasitəçi bankların da müvafiq informasiya axınının təmin edilməsində müvafiq rolu vardır. 19. Səmərəli PY/TMM prosedurlarının¹ əhəmiyyətli aspekti məhz müştərilərin monitorinqini aparmaqdan ibarətdir. Amma PY/TMM məqsədləri üçün effektiv monitorinq bankların müştərilərinin normal və məntiqi hesab fəaliyyətlərini başa düşmələrini tələb edir ki, banklar hesabın fəaliyyətinin normal gedişatından hər hansı kənarlaşmaya səbəb olan tranzaksiyanı müəyyən etmək üçün vasitəyə malik olsunlar. Bu, monitorinq məsuliyyətinə təsir göstərir, bu məsuliyyətlər bank olmayan müştəriləri üzrə birbaşa informasiyaya malik olan banklarda bir şəkildə mövcuddur, yalnız ödəniş aparmaq məqsədilə digər banklarla kommersiya münasibətlərini idarə edən örtülmə vasitəçi banklarda başqa şəkildədir, məhz ikinci növ bankların yekun müştəriləri üzrə belə monitorinq aparmaq iqtidarında olmaları gözlənilmir (bax paraqraf 21). A. Təşəbbüskar bankların məsuliyyəti 20. FATF-ın izahedici qeydində ifadə edildiyi kimi, sifariş verən (ilkin) maliyyə institutu beynəlxalq pul köçürmələrində sifarişçi haqqında tam informasiyanı təmin etməlidir.¹¹ Sifariş verən maliyyə institutu təşəbbüskara dair müştəri ilə bağlı lazımi ehtiyat tədbirləri üçün məsuliyyət daşıyır. O, sifarişçi ilə bağlı informasiyanın dəqiqliyini verifikasiya etməli və bu informasiyanı FATF standartlarını icra edən yerli tənzimləyici tələblərə müvafiq şəkildə təmin etməlidir. 21. Təşəbbüskarın bankı örtülmə vasitəçi banklara göndərdiyi mesajlarda təşəbbüskar və benefisiar bank haqqında informasiyanın olmasını təmin etməlidir. Təşəbbüskarla bağlı informasiya FATF XT VII-ni icra edən yerli tənzimləyici tələblərə və onun izahedici qeydlərinə müvafiq olmalıdır. Benefisiar haqqında informasiyaya ən azı onun adı yaxud identifikasiya kodu (məs, Biznes Müəssisənin İdentifikasiyası¹²), habelə mövcud olduğu təqdirdə benefisiar haqqında olan və birbaşa banka göndərilən digər informasiya daxil edilməlidir. Mümkün olduğu ¹ Bank Nəzarəti üzrə Bazel Komitəsi, Müştərilərlə bağlı lazımi ehtiyat tədbirləri, oktyabr 2001, paraqraf 53. ¹¹ Bax qeyd 8 ¹² Əgər idnetikasiya kodu (məs, Biznes Müəssisənin İdentifikasiyası) vasitəçi banka benefisiarın adını asanlıqla və etibarlı şəkildə benefisiarın adını tapmağa və adlar siyahısı ilə avtomatlaşdırılmış skrininq aparmaq imkanı verərsə ondan ad əvəzinə istifadə etmək olar.

təqdirdə, banklar benefisiarla bağlı digər identifikasiya informasiyasını daxil etməyə həvəsləndirilməlidirlər, bu, müştərinin aktivlərinin səhvən dondurulması, bloklaşdırılması yaxud rədd edilməsi yaxud örtülmə ödənişinin məntiqsiz şəkildə gecikdirilməsi riskini məhdudlaşdırmaq üçün vacibdir. Benefisiar haqqında informasiya sifarişçi tərəfindən əldə edilməlidir. Sifarişçinin bankının siyasətlərinə aşağıdakılar daxil edilməlidir: Uçotun aparılması, Sifarişçi haqqında informasiyanın verifikasiyası, Mesaj formatları və onlardan istifadə halları, Mesajlara daxil edilməli informasiya. 22. SWIFT standartlarına görə, örtülmə ödəniş mesajına (MT202COV) MT 103-də olan, sifarişçi və benefisiar haqqında informasiyanın daxil edilməsi məcburidir. Məcburi olaraq doldurulmalı sahələr boş qaldıqda, bunlar SWIFT tərəfindən rədd ediləcəkdir. 23. FATF standartları və Bazel Komitəsinin Banklar üçün Müştərilərlə bağlı Lazımi Ehtiyat Tədbirləri sənədinə müvafiq olaraq, tranzaksiyaların institutun müştəri, onun biznesi və risk profilinə, o cümlədən mümkün olduğu təqdirdə vəsaitlərin mənbəyi ilə bağlı bilgisinə müvafiq şəkildə həyata keçirildiyini təmin etmək üçün sifarişçi/təşəbbüskar banklar sifarişçi ilə biznes münasibətləri üzrə davamlı ehtiyat tədbirlərinə və həmin münasibət boyunca tranzaksiyaların araşdırılmasına beynəlxalq pul köçürmələrini daxil etdirməlidirlər.¹³ Bir çox yurisdiksiyalar banklara risk yönümlü yanaşmadan istifadə etmək səlahiyyəti verir, səmərəliliyin qiymətləndirilməsi məqsədilə müntəzəm olaraq bunun auditi həyata keçirilməlidir. B. Örtülmə vasitəçi bankların məsuliyyəti 24. Yuxarıda qeyd edildiyi kimi, FATF-ın Xüsusi Tövsiyəsi VΙΙ-yə görə, ardıcıl ödənişlərdə vasitəçi bankların əsas məsuliyyəti bütün ilkin informasiyanın köçürmə ilə birlikdə bütün pul köçürməsi boyunca qalmasını təmin etməkdən ibarətdir. Bundan əlavə FATF-ın müxbir bankçılığa dair 7-ci tövsiyəsi və Bazel Komitəsinin Banklar üçün müştərilərlə bağlı xüsusi ehtiyat tədbirləri sənədinin 49 52-ci paraqrafları vasitəçi bankların müxbir bankçılıq xidmətləri təklif edən banklarla bağlı həyata keçirməli olduqları lazımi ehtiyat tədbirlərini müəyyən etmişdir. Bu sənəd həmin prinsipləri dəyişmək deyil, müxbir banklar vasitəsilə beynəlxalq örtülmə ödənişləri ilə bağlı spesifik məsələləri qabartmaq məqsədini daşıyır. 1. Qrafaların boş buraxılmadığına əmin olmaq məqsədilə monitorinq 25. Yuxarıda qeyd edildiyi kimi, təşəbbüskar və benefisiar bankla bağlı qrafalarda boş sahələr olsa örtülmə ödəniş mesajları SWIFT tərəfindən qəbul edilmir. Vasitəçi kimi fəaliyyət göstərən bankların təşəbbüskar və benefisiarla bağlı qrafaların boş buraxılmadığını təmin etməyən digər sistem və proseslərdən istifadə etdiyi hallarda onlar: ¹³ Maliyyə institutu tərəfindən aparılan monitorinqin dərəcəsi və təbiəti maliyyə institutunun ölçüsündən, institutda olan PY/TMM risklərindən, istifadə edilən monitorinq metodundan (əllə, avtomatlaşdırılmış yaxud onların müəyyən kombinasiyası) və araşdırılma aparılan fəaliyyətin növündən asılıdır. FATF, Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Mübarizəyə Risk Yönümlü Yanaşmaya dair Rəhbərlik, iyun, 2007, 3.12.

beynəlxalq örtülmə ödəniş mesajlarında real zaman kəsiyində təşəbbüskar və benefisiar qrafaların boş buraxılmadığını təmin etmək məqsədilə məntiqi siyasətlərə malik olmalıdır. boş buraxılmış qrafalar olduqda, tətbiq edilə bilən milli qanuna müvafiq olaraq müvafiq addımlar atmalıdır. Buraya, məs, (i) tranzaksiyanın emal edilməsindən imtina etmək; (ii) çatışmayan informasiyanı təşəbbüskarın bankından yaxud əvvəlki vasitəçi bankdan əldə etmək¹⁴; və/yaxud (iii) şübhəli tranzaksiya barədə yerli orqanlara hesabat vermək daxil edilə bilər. qəbul edilmiş qərarlar və onların səbəbləri sənədləşdirməlidirlər. 2. Adlar olan siyahılarla tutuşdurma 26. Ardıcıl ödəniş zəncirində artıq bu informasiyaya malik olan vasitəçilərdən fərqli olaraq örtülmə vasitəçi banklar üçün təşəbbüskar və benefisiar bankla bağlı informasiyaya çıxış yeni variant olacaqdır. Texniki dəyişiklik icra edildikdən sonra beynəlxalq örtülmə ödənişindəki örtülmə vasitəçi bank milli qanuna uyğunluğu təmin etmək məqsədilə təşəbbüskar və benefisiarın adını öz yurisdiksiyasında tətbiq edilə bildiyi şəkildə aktivləri bloklaşdırılmış, rədd edilmiş yaxud dondurulmuş fiziki və hüquqi şəxslərin siyahısı ilə üzləşdirir. Bloklaşdırma, rədd etmə yaxud dondurma tələbi risk yönümlü ola bilməz. ¹⁵ 27. Bəzi örtülmə vasitəçi banklar təşəbbüskar və benefisiar adlarını aktivləri bloklaşdırılmış, rədd edilmiş yaxud dondurulmuş fiziki və hüquqi şəxslərin siyahısı ilə üzləşdirərkən təşəbbüskar bankın həyata keçirdiyi skrininqi təkrar etmiş ola bilərlər. Bu, məs, aşağıdakı hallarda baş verə bilər: pul köçürməsinə cəlb edilmiş müxtəlif yurisdiksiyalarda banklara şamil edilə bilən siyahılar eynidir. təşəbbüskar və örtülmə vasitəçi bank eyni korporativ qrupa daxildir və qrupun bütün üzvləri, Bazel Komitəsinin Konsolidasiya Edilmiş MT Risklərin İdarə edilməsinə¹⁶ müvafiq olaraq, skrininq üçün baş öfis tərəfindən müəyyən edilmiş vahid siyahıdan istifadə edir və bu siyahı bütün bank qrupları yerləşən məkanlar üçün tətbiq edilə bilən adlardan ibarətdir. ¹⁷ ¹⁴ (i) və (ii) hallarında örtülmə vasitəçi bank təşəbbüskar və benefisiarın bankını örtülmə ödənişin rədd edilməsi yaxud gecikdirilməsi ilə bağlı mümkün qədər tez bir zamanda məlumatlandırmaq üçün məntiqi addımlar atmalıdır. ¹⁵ FATF, Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Mübarizəyə Risk Yönümlü Yanaşmaya dair Rəhbərlik, iyun, 2007, 1.40: Müəyyən edilmiş fərdlərin yaxud müəssisələrin aktivlərinin dondurulması tələbləri, harada ki, bu tələblər mövcuddur, istənilən risklərin idarə olunmasından müstəqil olmalıdır. Dondurma tələbi mütləqdir və risk yönümlü proses ona təsir edə bilməz. ¹⁶ Bank Nəzarəti üzrə Bazel Komitəsi, Konsolidasiya edilmiş MT Risklərin İdarə edilməsi, oktyabr, 2004, 19. ¹⁷ Bu halda təşəbbüskarın bankı milli qanunvericilikdəki tətbiq edilə bilən öhdəliklərə müvafiq olaraq hüquq və uyğunluq riskini nəzərdən keçirməli, müəyyən etməli, qimətləndirməli və azaltmalıdır.

gedən beynəlxalq pul köçürmələri zamanı təşəbbüskar bank könüllü olaraq örtülmə vasitəçi bankın yurisdiksiyasına tətbiq edilə bilən siyahı ilə təşəbbüskar və benefisiarın adlarını üzləşdirir¹⁸ və ikinci yurisdiksiyada heç bir qarşı tərəfin adı olmadığı təqdirdə transferə davam edir. Təşəbbüskar bankın məqsədi, məs, təşəbbüskar yaxud benefisiarın yurisdiksiyasındakı siyahıda fiziki şəxslər yaxud müəssisələrin adı olmadığı, amma örtülmə vasitəçi bankın yurisdiksiyasında bu adlara rast gəlindiyi və ikincilərin vəsaitlərinin dondurulduğu halda yarana biləcək hüquqi çətinliklərdən yan qaçmaq ola bilər. ¹⁷ 28. Belə yaxud oxşar vəziyyətlə üzləşmiş örtülmə vasitəçi bank tələb olunan skrininqi aparmaq üçün respondentə arxalanmaq arzusunda ola bilər. Belə etibar etməyə imkan verən yurisdiksiyalarda belə varianta üstünlük verməyə meylli olan örtülmə vasitəçi bank hətta əgər skrininq funksiyasını outsource etmiş olsa belə yerli qanuna uyğunluğa görə məsuliyyət daşımağa davam etdiyini başa düşməlidir. FATF-ın 7-ci tövsiyəsi və Banklar üçün Müştərilərlə bağlı Lazımi Ehtiyat Tədbirləri sənədinin 50-ci paraqrafında təsvir edilmiş vasitəçinin artırılmış lazımi ehtiyat tədbirləri skrininq üçün respondentə arxalanmağın müvafiq olub-olmadığını müəyyən edərkən örtülmə vasitəçi bankın nəzərdən keçirməli olduğu addımlara dair faydalı rəhbərlik təmin edir. Hər institutun müvafiq məsuliyyətləri xüsusilə aydın təsvir edilməlidir və örtülmə vasitəçi bank respondentlə müvafiq əlaqəyə girməzdən qabaq və belə əlaqə ərzində müntəzəm əsasda respondent institutun skrininq prosedurlarını və aidiyyatı olan nəzarətlərini qiymətləndirməlidir. Bunu, məs, seçmə üsulla seçilmiş transferlər üçün təşəbbüskar və benefisiarın adları ilə bağlı risk yönümlü qiymətləndirmədən asılı olaraq öz skrininqini aparmaqla həyata keçirmək olar. 3. Müxbir əlaqələrinin monitorinqi 29. Müxbir bankçılığın prinsiplərinə¹⁹ müvafiq olaraq örtülmə vasitəçi banklar müxbir banklarla əlaqələrinin monitorinqini aparmalıdırlar. Belə monitorinq vasitəçi banka respondent bankın fəaliyyətinin və PY/TMM nəzarətinin əlaqənin əvvəlində müəyyən edilmiş və sonralar təkmilləşdirilmiş ² fəaliyyət və nəzarətə uyğunluğunu qiymətləndirmək imkanı verir. Burada da həmçinin bir çox yurisdiksiyalar banklara risk yönümlü yanaşmadan istifadə etmək səlahiyyəti verir. Belə yanaşmaya görə, habelə milli tələblər və institutun özünün risk qiymətləndirməsindən asılı olaraq monitorinq böyük ehtimalla tranzaksiyadan sonra həyata keçirilir və onun tezliyi və dərinliyi örtülmə vasitəçi bankların öz müxbir bankları ilə bağlı apardıqları risk qiymətləndirməsinin nəticələri ilə müəyyən edilir. (a) Aydın şəkildə mənasız yaxud natamam qrafaların monitorinqi 30. Müxbir bank əlaqələrinin monitorinqinin bir hissəsi kimi və milli qanunlarına müvafiq olaraq örtülmə vasitəçi banklar emaldan sonrakı ödəniş mesajlarındakı məlumatların monitorinqi və ödəniş mesajlarındakı aydın şəkildə mənasız və natamam olan qrafaları ünvanlamaq üçün məntiqi siyasət və prosedurlar hazırlamalı və icra etməlidirlər. ¹⁸ Təşəbbüskar habelə eyni səbəbdən benefisiarın yurisdiksiyasında tətbiq edilə bilən siyahını da nəzərə almalıdır. Amma burada biz örtülmə vasitəçi bank üçün təşəbbüskar bankın skrininqinin nəticələrinə fokuslaşmışıq. ¹⁹ Bank Nəzarəti üzrə Bazel Komitəsi, Banklar üçün Müştərilərlə bağlı Lazımi Ehtiyat Tədbirləri, 49 52. ² FATF-ın 5-ci tövsiyəsi müvafiq vaxtlarda mövcud əlaqələr üzrə lazımi ehtiyat tədbirlərinin həyata keçirilməsini tələb edir. İzahedici qeyddə Bank Nəzarəti üzrə Bazel Komitəsinin Banklar üçün Müştərilərlə bağlı Lazımi Ehtiyat Tədbirləri sənədinə (oktyabr, 2001) istinad edilir (bax 24).

Anlaşılır ki, bir çox yurisdiksiyalar banklara risk yönümlü yanaşmadan istifadə etməyə icazə verir və risk amilləri FATF və Volfsberq Qrupu tərəfindən müəyyən edilmişdir.²¹ Qrafaların aşkar şəkildə mənasız və natamam olduğu hallarda cavablara, məs, aşağıdakılar daxil edilə bilər, (i) tələb olunan qrafada alınmış informasiyanı aydınlaşdırmaq yaxud tamamlamaq məqsədilə təşıbbüskarın bankı yaxud əvvəlki vasitəçi bankla əlaqənin yaradılması; (ii) (eyni müxbirlə bağlı təkrar insidentlər yaxud müxbirin əlavə informasiya verməkdən boyun qaçırdığı hallar olduqda) müxbir yaxud presedent örtülmə vasitəçi bankla əlaqələrin məhdudlaşdırlması yaxud xitam verilməsi ilə bağlı variantın nəzərdən keçirilməsi; banklar belə vəziyyətlərlə bağlı nəzarətçilərə hesabat verməlidirlər; və/yaxud (iii) vəziyyət yerli hesabatlıq tələblərinə uyğundursa, şübhəli fəaliyyətlə bağlı yerli orqanlara hesabatın təqdim edilməsi. Verilmiş qərarların səbəbləri sənədləşdirilməlidir. (b) Şübhəli fəaliyyətlərin monitorinqi 31. Nə təşəbbüskar, nə də benefisiar örtülmə vasitəçi bankın müştərisi olmadığı üçün, bir qayda olaraq, örtülmə vasitəçi bank belə tranzaksiyaların məqsədini yaxud Müştəri ilə bağlı Lazımi Ehtiyat Tədbirlərinin həyata keçirilməsini başa düşəcək vəziyyətdə olmur. Nəticə etibarilə örtülmə vasitəçi bankın təşəbbüskar və benefisiarın fəaliyyətlərini anlamağa əsaslanaraq örtülmə ödənişi tərəfindən təmsil olunan tranzaksiyanın şübhəli olub-olmadığını müəyyən etmək həvəsində olacağı ehtimalı çox azdır. Amma mümkündür ki, vasitəçilər şübhəli ola biləcək halları müəyyən etmək üçün həyata keçirdikləri tranzaksiyaların monitorinqini keçirsinlər, belə hallarda beynəlxalq standartları icra edərək yerli tənzimləyici tələblər yaxud milli qanunvericiliyə müvafiq olaraq şübhəli fəaliyyətlərlə bağlı hesabat versinlər və belə şübhəli hallar yaxud fəaliyyətlər bu və ya digər müxbir bankla əlaqəli olduqda, həmin müxbirlə əlaqəni nəzaərdən keçirsinlər. Örtülmə ödənişlərinin monitorinqi bu vasitəçilər üçün mövcud Bazel Komitəsi və FATF standartlarına yeni öhdəliklərin əlavə edilməsi yaxud uzadılması kimi başa düşülməməlidir, bunlar əvvəllər mövcud olan öhdəliklərin tətbiq edildiyi digər haldır. C. Benefisiarların banklarının məsuliyyəti 32. Benefisiarın bankı benefisiarı müəyyən etməli və müştəri ilə bağlı lazımi ehtiyat tədbirləri standartlarına²² müvafiq olaraq onun identifikasiyasını verifikasiya etməlidir. Benefisiarın bankı öz müştərisinin benefisiarın fəaliyyətlərinin monitorinqinə görə məsuliyyət daşıyır. FATF-ın Xüsusi Tövsiyəsi VΙΙ-yə izahedici qeydə görə, benefisiarın maliyyə institutlarında təşəbbüskarla bağlı tam informasiya olmayan pul köçürmələrini müəyyən etmək üçün səmərəli risk yönümlü prosedurları olmalıdır. 33. Xüsusi Tövsiyə VΙΙ-nin izahedici qeydinə uyğun olaraq, pul köçürməsi yaxud aidiyyatı olan tranzaksiyaların şübhəli olub-olmadığının və müvafiq sayıldığı təqdirdə maliyyə institutlarından maliyyə monitorinqi xidməti yaxud digər səlahiyyətli orqanlara hesabat verib-verilməməsinin qiymətləndirilməsində şəffaflıq problemləri amil hesab edilə bilər. ²¹ Bax FATF, Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Mübarizəyə Risk Yönümlü Yanaşmaya dair Rəhbərlik, iyun, 2007, xüsusilə 1.43 və 3.20, Volfsberq Qrupunun Müxbir Bankçılığı üçün Çirkli Pulların Yuyulmasına qarşı Mübarizənin Volfsberq Prinsipləri, 21 oktyabr, 2002, www.wolfsberg-principles.com. Banklar aşkar şəkildə mənasız yaxud natamam köçürmələrlə bağlı riskin qiymətləndirilməsi zamanı müvafiq amillərə fokuslaşmalıdırlar. ²² FATF-ın 5-ci tövsiyəsinə izahedici qeyddə qeyd edildiyi kimi: 5-ci tövsiyədə müəyyən edilmiş Müştərilərlə bağlı Lazımi Ehtiyat Tədbirləri nəzərdə tutmur ki, maliyyə institutları müştərinin tranzaksiya apardığı hər dəfə hər müştərini təkrarən identifikasiya və verifikasiya etməlidir. Əgər informasiyanın həqiqiliyi ilə bağlı şübhə olmazsa, institutun artıq həyata keçirdiyi identifikasiya və verifikasiya mərhələlərinə etibar etmək hüququna malikdir. Belə şübhələrə gətirib çıxara biləcək situasiyalarla bağlı nümunələr verilmişdir.

Bəzi hallarda benefisiar maliyyə institutu şəffaflıq standartlarına riayət etməyən maliyyə institutları ilə biznes əlaqələrinin məhdudlaşdırılması yaxud hətta onlara xitam verilməsi məsələlərini nəzərdən keçirməlidir. Verilmiş qərarın səbəbi sənədləşdirilməlidir. D. Müştəri informasiyası və məlumatların məxfiliyi məsələləri 34. Müştəri məlumatlarının tranzaksiyanı həyata keçirəcək üçüncü tərəfə ötürülməsi unikal hal olmamaqla məlumatların mühafizəsi ilə bağlı xüsusi narahatlığa səbəb olmamalıdır. İstənilən halda banklar məlumatların qorunması üzrə qanun və qaydalara uyğun fəaliyyət göstərməlidirlər. Onlar aldıqları və emal etdikləri informasiyanın milli qanun və büynəlxalq standartlarla icazə verildiyi məqsədlər üçün istifadə edildiyini və müştəriyə adekvat informasiyanın verildiyini təmin etməyi nəzərə alaraq lazımi addımlar atmalıdırlar. Məxfiliyin hər hansı formada pozulması yaxud bu informasiyadan kommersiya məqsədilə hər hansı istifadə istisna edilir. Banklar verilmiş informasiya ilə adekvat davranmağı öhdələrinə götürməli və özlərinin və istənilən üçüncü tərəfin həmin informasiyadan qeyri-qanuni istifadəsini istisna etməlidirlər. E. Digər məsələlər 35. Bazel Komitəsinin Banklar üçün Müştərilərlə bağlı Lazımi Ehtiyat Tədbirləri sənədində ifadə edilmiş prinsiplərə müvafiq olaraq əvvəlki bölmələrdə təsvir edilmiş ehtiyat tədbirləri bütün müvafiq prosedurlarda, sistem və nəzarətlərdə nəzərə alınmalı və müvafiq işçi heyətinin treninqinin bir hissəsi olmalı və bankın daxili audit və uyğunluq funksiyasının miqyasına daxil edilməlidir. 36. Bundan əlavə, əgər müxbirlərinin müvafiq şəffaflıq standartlarına riayət etmələri mesajlaşma sistemində iştirakdan, yerli tələblərdən yaxud digər ekvivalent mexanizmlərdən nəticələnməzsə, banklar şəffaflıq standartlarına uyğunluğu təmin etmək məqsədilə müxbir bankçılığa aid müqavilə üzrə sənədlərini nəzərdən keçirməli və yalnız 12-ci paraqrafda istinad edilən şəffaflıq stanfartlarına uyğun olan banklarla müqavilə əlaqələrinə girməlidirlər. ΙΙΙ. Nəzarətçilərin rolu 37. Banklar üçün Müştərilərlə bağlı Lazımi Ehtiyat Tədbirləri²³ sənədində qeyd edildiyi kimi, nəzarətçilər bankların sağlam MT prosedurlarını tətbiq etdiklərinin və davamlı əsasda etik və peşəkar standartlar sərgilədiklərinin monitorinqini aparmağa görə məsuliyyət daşıyırlar. Nəzarətçilər xüsusilə bankları örtülmə ödəniş zəncirindəki müvafiq rollarına görə - təşəbbüskar, vasitəçi yaxud benefisiar bank qismində müvafiq siyasət, prosedur və proseslərin hazırlanması və icra edilməsindən məmnun qalmalıdırlar. 38. Nəzarətçilər örtülmə ödənişləri ilə bağlı nəzarət etdikləri institutların risklərin idarə edilməsi təcrübələrini qiymətləndirmək üçün bir neçə tədbir görə bilərlər. Nəzarətçilər həmin əməliyyatlarla bağlı risklərin idarə edilməsi təcrübələrini diqqətlə yoxlamalıdırlar. Nəzarətçilər maliyyə institutunun risklərin idarə edilməsi təcrübələrini qiymətləndirərkən aşağıdakı addımları ata bilərlər: institutda ödəniş fəaliyyətlərini əhatə edən, bütün müvafiq amilləri nəzərə alan, o cümlədən əməliyyatlara cəlb edilmiş müxbir əlaqələrini nəzərə alan cari risklərin qiymətləndirilməsi sisteminin olmasının yoxlanması, vəsaitlərin transferinin ümumi həcmi və yurisdiksiyaları, vəsaitlərin transferində institutun rolunun yoxlanması; institutun şəffaflıq standartlarını icra etməsinin və şəffaflıq standartlarına davamlı şəkildə uyğunluğunu təmin etmək üçün sistemlərdən istifadə etdiyinin müəyyən edilməsi, məqsəd

məs, bankın banklararası örtülmə ödənişlərində olduğu kimi ixtisarla mesaj formatlarından istifadə etmədiyini aydınlaşdırmağı təmin etməkdən, müxbir vasitəçilər tərəfindən təşəbbüskar və benefisiar informasiyasından yan qaçmaqdan ibarətdir; nəzarətçilər əmin olmalıdırlar ki, təşəbbüskar banklar bütün sərhədlərarası pul köçürmələrində tam müştəri informasiyasını daxil edirlər; institutun sərhədləarası örtülmə ödəniş tranzaksiyalarının klirinqinə cəlb edilmiş müxbir banklarla bağlı adekvat ehtiyat tədbirlərinin həyata keçirilməsi üçün malik olduqları proseslərin qiymətləndirilməsi; institutun bloklaşdırılmalı, imtina edilməli yaxud dondurulmalı tranzaksiyalara dair milli qanunlara uyğunluq üçün olan proseslərinin yoxlanması; ödəniş tapşırıqlarına dair məlumatların daxil edilməsi və yoxlama üçün məlumatların saxlanması, şübhəli fəaliyyətlərin monitorinqi, inspeksiyası və hesabatlığı və tranzaksiyalar və hesablarla bağlı verilmiş qərarların sənədləşdirilməsi ilə bağlı tələblərə uyğunluğun təmin edilməsi üçün institutun proseslərinin mövcudluğunun yoxlanması. 39. Nəzarətçilər məmnun qalmalıdırlar ki, pul köçürməsi fəaliyyətinin monitorinqini aparmaq üçün müvafiq daxili nəzarət vardır, bu nəzarət səmərəlidir və banklar nəzarət və tənzimləyici qaydalara uyğun fəaliyyət göstərir. Digər sahələrdə olduğu kimi, nəzarət prosesinə təkcə siyasət, prosedur və prosesslərin yoxlanması deyil, habelə bəzi tranzaksiyaların seçilməsi daxildir. İstənilən belə nəzarət yoxlamaları risk səviyyəsinə uyğun olmalıdır. Səlahiyyətləri olduqları təqdirdə nəzarətçilər müvafiq şəffaflıq təcrübələrindən istifadəni təmin etmək üçün nəzarət səlahiyyətlərindən istifadə etməlidirlər. 40. Nəzarət fəaliyyəti zamanı yaxud banklardan daxil olan hesabatları izləyərkən nəzarətçilər bankların digər yurisdiksiyalardakı şəffaflıq standartlarına uyğunluqla bağlı əhəmiyyətli uğursuzluqlarından xəbər tutarsa, onlar müvafiq nəzarətçiləri xəbərdar etməlidirlər. Davamlı çətinliklər müvafiq səlahiyyətli orqanların diqqətinə çatdırılmalıdır.